İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 İYUN
15:00 Konoplyanka “Fənərbaxça“da? - 3 illik müqavilə
14:45 Maradona istefa verdi
14:31 “Xəzər“dən AzTV-yə keçdi
14:23 Aşpazların kiçik sirləri
14:15 Dadlı çiyələkli keks
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:47 Sadə məhsullardan DADLI SALAT
13:38 Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları
13:27 Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
13:15 Klublarımızın yay transferləri
13:00 Van Qoqun özünə sui-qəsd etdiyi silah hərraca çıxarılıb
12:49 Yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
12:37 Uşaqlar üçün faydalı tətil necə olmalıdır?
12:25 “Barselona“ Rakitiçi satır
12:13 Kibariye Bakıda
13 İYUN
18:00 Eldar da şou-biznesin bu trendinə qoşuldu
17:45 Qara nöqətələrə qarşı ən effektli MASKA
17:35 Gözəllik üçün əvəzsiz təbii vasitələr
17:23 Albalı ilə çizkeyk. Asan hazırlanan qeyri-adi desert
17:12 Ev şəraitində dadlı içməli yoqurt. Əla çiyələkli desert
17:00 MLS-in ən yüksək maaş alan futbolçusu - İbrahimoviç
16:47 “Qarabağ“dan “Zirə“yə
16:37 Ruslan Abışovun yeni klubu müəyyənləşdi
16:29 Bu dəfə heç-heçə
16:15 Günel ərindən danışdı: “Daha qısqanmır“
16:00 Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
15:48 “O biriləri kimi pulu yastığın altına yığmıram“
15:39 Utancaqlığın səbəbi nədir? Ondan qurtulmaq olarmı?
15:28 Bişirdikdən əvvəl əti və toyuğu yumaq lazımdırmı?
15:13 Hava ilə gücləndirilən yumşaq robotlar kosmosda kömək edə bilər
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:49 Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?
14:35 Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU. Evdə özünüz hazırlayın!
14:22 Türkiyəli stomatoloq: Dişləri yeməkdən dərhal sonra fırçalamayın
14:12 Elektriki müqavimətsiz çatdıran maddə
14:00 Ev şəraitində dişlərin ağardılması üsulları. Stomatoloq tövsiyə edir
13:45 Vasif Məhərrəmlinin ARXİV FOTOSU YAYILDI
13:33 Qar dənələrindən elektrik yaradan cihaz
13:25 Qarğıdalını kərə yağı ilə yeyin! Sağlamlığa faydaları
13:15 Ac qarına su içməyin saysız faydaları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (66412)
2 PRESS-ANONS (34035)
3 Banan qabığı təbii məlhəmdir (27739)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (27540)
5 Qreyfrutun faydaları və zərərləri (22565)
ABŞ-ın tanınmış universitetində Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhvəsi müzakirə olunub
Tarix: 12.04 | Saat: 11:15 | E-mail | Çapa göndər

Atlanta şəhərində yerləşən ABŞ-ın aparıcı və tanınmış təhsil ocaqlarından olan Corciya Texnologiya (Georgia Tech) Universitetinin Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunda "Avropa və Avrasiyada dəyişən enerji landşaftı: Yeni təhdid və imkanlar" adlı konfransı keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda əsas məruzəçi qismində Azərbaycanın ABŞ-da səfiri Elin Süleymanov çıxış edib.
Elin Süleymanov çoxsaylı tədbir iştirakçılarına Azərbaycanın dünya enerji xəritəsində yer alan ilk ölkələrdən biri olduğunu bildirərək müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycanın bu sahədə əhəmiyyətli rolu barədə danışıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən bir neçə il sonra ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində gündəmə gətirilmiş və reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin Xəzər dənizi hövzəsi ilə Aralıq dənizi arsında təmas yaradaraq dünya enerji xəritəsini dəyişdiyini və bundan əlavə Azərbaycan, Türkiyə və Gürcüstan arasında könüllü və olduqca uğurlu tərəfdaşlığın başlanğıcı olduğunu deyib. Diplomat bildirib ki, bu tərəfdaşlığın davamı Avropa enerji təhlükəsizliyinin təmin olunmasında olduqca vacib rol oynayacaq 45 milyard ABŞ dolları dəyərində olan irimiqyaslı Cənub Qaz Dəhlizi layihəsinin yerinə yetirilməsində də öz əksini tapıb. O qeyd edib ki, bu möhtəşəm, tarixi layihənin irəliləməsində əsas rolu Azərbaycan prezidenti İlham Əliyev oynamaqdadır. Bildirilib ki, Cənub Qaz Dəhlizinin vacib hissəsi olan Trans Anatoliya boru kəməri (TANAP) layihəsi üzrə razılaşma məhz Azərbaycan və Türkiyə rəhbərliyinin şəxsi təşəbbüs və liderliyi sayəsində mümkün olub. Azərbaycan diplomatı həmçinin Cənubi Qaz Dəhlizinin önəmi, onun Avropa coğrafiyasını dəyişdiyini vurğulayıb və hazırda bu layihənin həyata keçirilməsi üzrə daha detallı məlumatı konfrans iştirakçılarına təqdim edib.E.Süleymanov Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni İpək Yolu, eləcə də Azərbaycanda bununla bağlı irimiqyaslı infrastruktur tikintisi barədə məlumat verərək, beləliklə bu yolu istifadəsi Asiya ilə Avropa arasında daşımaların dəfələrlə daha tez həyata keçirməyə imkan verdiyini deyib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə tədbir qonaqlarına ətraflı məlumat verib. O, həmçinin təmas xəttində bir neçə gün əvvəl baş vermiş gərginlikdən danışaraq, Ermənistan tərəfinin cəbhədə bu təxribatının məhz Azərbaycan prezidentinin ABŞ-da olduğu uğurlu səfərdən qayıdarkən həyata keçirməsinin heç də təsadüf olmadığını deyərək rəsmi Yerevanın ilk dəfə deyil ki, belə addıma əl atmasını bildirib. Səfir qeyd edib ki, bu bir daha münaqişədə hazırkı vəziyyətin, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında və bir milyon həmvətənimizin doğma evlərindən didərgin düşməsi halda, davam etməsinin mümkünsüzlüyünü göstərir. O bildirib ki, həll olunmamış bu münaqişə bütün regionun sülh və sabitliyini böyük təhlükə altında saxlayır və eyni zamanda Ermənistanı da regionun normal üzvü kimi integrasiya etməkdən məhrum edir. Bunun üçün isə Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır. Çıxışından sonra səfir iştirakçıların suallarını cavablandırdı. Konfrasda iştirak etmiş məruzəçilər - Atlantik Şurası Analitik Mərkəzindən Bad Kut (Bud Coote), “Chevron” şirkətinin Beynəlxalq Hökumət əlaqələri meneceri Cey Tompson (Jay Thompson), Səm Nan Beynəlxalq Əlaqələr İnstitutunun professorları Adam Stalberq (Adam Stulberg) və Alasdayr Yanq (Alasdair Young) dünyada enerji bazarının spesifikası, o cümlədən burada Azərbaycanın rolunu müzakirə ediblər Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin dünyada enerji təhlükəsizliyi baxımından nümunəvi layihə olduğu vurğulanıb. Atlanta şəhərinə səfəri zamanı E.Süleymanov həmçinin Amerika Yəhudi Komitəsi (AJC) üzvləri ilə görüş keçirib. Görüş zamanı o, Azərbaycanın regionda rolu və ölkəmizdə mövcud olan tolerantlığın çoxəsrlik ənənəsindən danışıb.

Xəbər 1247 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.06.2019
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir
13.06.2019
Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir
13.05.2019
Kaliforniyanın Örvayn şəhərində mayın 28-i Azərbaycan Milli Günü elan edilib
10.05.2019
Ümummilli lider Heydər Əliyevin xatirəsi Bolqarıstanın Teteven şəhərində də anılıb
10.05.2019
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
14 İYUN  |   13:27
Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
13 İYUN  |   16:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Aşpazların kiçik sirləri
14 İYUN  |   14:23
Dadlı çiyələkli keks
14 İYUN  |   14:15

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info