İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 İYUN
15:00 Konoplyanka “Fənərbaxça“da? - 3 illik müqavilə
14:45 Maradona istefa verdi
14:31 “Xəzər“dən AzTV-yə keçdi
14:23 Aşpazların kiçik sirləri
14:15 Dadlı çiyələkli keks
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:47 Sadə məhsullardan DADLI SALAT
13:38 Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları
13:27 Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
13:15 Klublarımızın yay transferləri
13:00 Van Qoqun özünə sui-qəsd etdiyi silah hərraca çıxarılıb
12:49 Yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
12:37 Uşaqlar üçün faydalı tətil necə olmalıdır?
12:25 “Barselona“ Rakitiçi satır
12:13 Kibariye Bakıda
13 İYUN
18:00 Eldar da şou-biznesin bu trendinə qoşuldu
17:45 Qara nöqətələrə qarşı ən effektli MASKA
17:35 Gözəllik üçün əvəzsiz təbii vasitələr
17:23 Albalı ilə çizkeyk. Asan hazırlanan qeyri-adi desert
17:12 Ev şəraitində dadlı içməli yoqurt. Əla çiyələkli desert
17:00 MLS-in ən yüksək maaş alan futbolçusu - İbrahimoviç
16:47 “Qarabağ“dan “Zirə“yə
16:37 Ruslan Abışovun yeni klubu müəyyənləşdi
16:29 Bu dəfə heç-heçə
16:15 Günel ərindən danışdı: “Daha qısqanmır“
16:00 Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
15:48 “O biriləri kimi pulu yastığın altına yığmıram“
15:39 Utancaqlığın səbəbi nədir? Ondan qurtulmaq olarmı?
15:28 Bişirdikdən əvvəl əti və toyuğu yumaq lazımdırmı?
15:13 Hava ilə gücləndirilən yumşaq robotlar kosmosda kömək edə bilər
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:49 Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?
14:35 Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU. Evdə özünüz hazırlayın!
14:22 Türkiyəli stomatoloq: Dişləri yeməkdən dərhal sonra fırçalamayın
14:12 Elektriki müqavimətsiz çatdıran maddə
14:00 Ev şəraitində dişlərin ağardılması üsulları. Stomatoloq tövsiyə edir
13:45 Vasif Məhərrəmlinin ARXİV FOTOSU YAYILDI
13:33 Qar dənələrindən elektrik yaradan cihaz
13:25 Qarğıdalını kərə yağı ilə yeyin! Sağlamlığa faydaları
13:15 Ac qarına su içməyin saysız faydaları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (66491)
2 PRESS-ANONS (34035)
3 Banan qabığı təbii məlhəmdir (27744)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (27580)
5 Qreyfrutun faydaları və zərərləri (22571)
Azərbaycan XİN beynəlxalq ictimaiyyəti atəşkəsə məhəl qoymayan Ermənistanın təxribatçı əməllərini pisləməyə çağırıb
Tarix: 28.04 | Saat: 13:08 | E-mail | Çapa göndər

“Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqlarını bölüşürük”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, 27 aprel tarixində axşam saatlarından başlayaraq 28 aprel tarixinədək Ermənistan silahlı qüvvələri qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar və toplardan istifadə etməklə, əsasən Ağdam və Tərtər rayonlarında sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub: “Ermənistan tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, mülki Azərbaycan əhalisini məsuliyyətsiz və hədəflənmiş şəkildə ağır silahlardan atəşə tutması nəticəsində Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız 27 apreldən 28-nə keçən gecə Tərtər və Ağdam rayonlarında 20-dən artıq mülkiyyətə və sosial obyektə ciddi zərər dəyib. Ümumiyyətlə, 2 aprel tarixindən başlayaraq Ermənistanın bu kimi əməllərinə görə təmas xəttinə yaxın yaşayış məntəqələrində dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub”. XİN-in mətbuat katibi əlavə edib ki, Ermənistanın təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir: “Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir. Ermənistan silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq, mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri sıradan olan adi hal deyil, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı və sistematik terror siyasətinin tərkib hissədir. Qoşunların təmas xətti boyunca Ermənistanın nəzarətində olan işğal edilmiş ərazilərdə mülki insanlara və obyektlərə zərərin dəyməsi barəsində rəsmi İrəvanın iddiaları yalandır. Ermənistan tərəfinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində təmas xəttinin Ermənistanın nəzarətində olan hissələrində mülki insanlar yoxdur”. H. Hacıyev beynəlxalq ictimaiyyəti 5 aprel tarixində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində əldə olunmuş atəşkəsə məhəl qoymayaraq, Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi, mülki insanların və sosial obyektlərin qəsdən hədəfə alınması və münaqişənin həlli üzrə danışıqlardan imtina etməsi kimi təxribatçı əməlləri qəti şəkildə qınamağa və pisləməyə çağırıb: “Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlara hazırlaşması barəsində hərtərəfli şəkildə məlumatlandırıb və xəbərdar edib. Qoşunların təmas xətti boyunca yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələrinin Ermənistanın hərbi obyektlərinə qarşı atmalı olacağı cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək”. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Xəbər 800 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.06.2019
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir
13.06.2019
Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir
13.05.2019
Kaliforniyanın Örvayn şəhərində mayın 28-i Azərbaycan Milli Günü elan edilib
10.05.2019
Ümummilli lider Heydər Əliyevin xatirəsi Bolqarıstanın Teteven şəhərində də anılıb
10.05.2019
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
14 İYUN  |   13:27
Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
13 İYUN  |   16:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Aşpazların kiçik sirləri
14 İYUN  |   14:23
Dadlı çiyələkli keks
14 İYUN  |   14:15

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info