İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 İYUN
15:00 Konoplyanka “Fənərbaxça“da? - 3 illik müqavilə
14:45 Maradona istefa verdi
14:31 “Xəzər“dən AzTV-yə keçdi
14:23 Aşpazların kiçik sirləri
14:15 Dadlı çiyələkli keks
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:47 Sadə məhsullardan DADLI SALAT
13:38 Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları
13:27 Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
13:15 Klublarımızın yay transferləri
13:00 Van Qoqun özünə sui-qəsd etdiyi silah hərraca çıxarılıb
12:49 Yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
12:37 Uşaqlar üçün faydalı tətil necə olmalıdır?
12:25 “Barselona“ Rakitiçi satır
12:13 Kibariye Bakıda
13 İYUN
18:00 Eldar da şou-biznesin bu trendinə qoşuldu
17:45 Qara nöqətələrə qarşı ən effektli MASKA
17:35 Gözəllik üçün əvəzsiz təbii vasitələr
17:23 Albalı ilə çizkeyk. Asan hazırlanan qeyri-adi desert
17:12 Ev şəraitində dadlı içməli yoqurt. Əla çiyələkli desert
17:00 MLS-in ən yüksək maaş alan futbolçusu - İbrahimoviç
16:47 “Qarabağ“dan “Zirə“yə
16:37 Ruslan Abışovun yeni klubu müəyyənləşdi
16:29 Bu dəfə heç-heçə
16:15 Günel ərindən danışdı: “Daha qısqanmır“
16:00 Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
15:48 “O biriləri kimi pulu yastığın altına yığmıram“
15:39 Utancaqlığın səbəbi nədir? Ondan qurtulmaq olarmı?
15:28 Bişirdikdən əvvəl əti və toyuğu yumaq lazımdırmı?
15:13 Hava ilə gücləndirilən yumşaq robotlar kosmosda kömək edə bilər
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:49 Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?
14:35 Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU. Evdə özünüz hazırlayın!
14:22 Türkiyəli stomatoloq: Dişləri yeməkdən dərhal sonra fırçalamayın
14:12 Elektriki müqavimətsiz çatdıran maddə
14:00 Ev şəraitində dişlərin ağardılması üsulları. Stomatoloq tövsiyə edir
13:45 Vasif Məhərrəmlinin ARXİV FOTOSU YAYILDI
13:33 Qar dənələrindən elektrik yaradan cihaz
13:25 Qarğıdalını kərə yağı ilə yeyin! Sağlamlığa faydaları
13:15 Ac qarına su içməyin saysız faydaları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (66491)
2 PRESS-ANONS (34035)
3 Banan qabığı təbii məlhəmdir (27744)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (27576)
5 Qreyfrutun faydaları və zərərləri (22571)
Əli Həsənov: “Belə təəssürat yaranır ki, beynəlxalq təşkilatlar, Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun təhlükəsizliyinin təmin edilməsinə yönəldib“
Tarix: 28.04 | Saat: 17:22 | E-mail | Çapa göndər

Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yaranmış vəziyyətlə bağlı APA-ya açıqlama verib. "Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu həmsədrləri son günlər erməni hərbi birləşmələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini, dinc əhalini atəşə tutması ilə bağlı susqunluq nümayiş etdirirlər. Buna münasibətiniz necədir" sualkına cavanbında Ə. Həsənov deyib: "Təəssüflə qeyd etmək olar ki, bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk qrupu, bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin işğal altında olan Azərbaycan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyiblər. Halbuki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun ardıcıl təxribatlarına layiqli cavabı və bunun nəticəsi olaraq işğal altında olan bəzi əraziləri azad etməsi əksər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çevik reaksiyasına səbəb oldu. Bütün müraciətlər və bəyanatlarda hərbi əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması ilə bağlı fikirlər səsləndirildi. Hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin edilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər. Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir. Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli tədbirlər görməlidirlər. Azərbaycan Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə, Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq üçün qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın və onun təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcəkdir.

Xəbər 830 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.06.2019
Milli Məclisin növbədənkənar plenar iclası keçirilir
13.06.2019
Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir
13.05.2019
Kaliforniyanın Örvayn şəhərində mayın 28-i Azərbaycan Milli Günü elan edilib
10.05.2019
Ümummilli lider Heydər Əliyevin xatirəsi Bolqarıstanın Teteven şəhərində də anılıb
10.05.2019
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
14 İYUN  |   13:27
Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
13 İYUN  |   16:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Aşpazların kiçik sirləri
14 İYUN  |   14:23
Dadlı çiyələkli keks
14 İYUN  |   14:15

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info