İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

12 DEKABR
12:34 Azərbaycanla Gürcüstan arasında delimitasiya üzrə danışıqlar gələn ilin əvvəlindən davam etdiriləcək
12:25 Xələf Xələfov: “Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb“
12:13 Bakı-Sumqayıt-Bakı qatarlarına əlavə heyət qoşulub
12:00 Heydər Əliyev Koreyada anılıb
11:35 Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
11:28 Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb
11:17 Daşkəsəndə avtomobil çaya düşüb, xəsarət alanlar var
11:00 Heydər Əliyevin vəfatından 14 il keçir
10:48 Moskvada Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib
10:37 Mingəçevirdə yaşayış binasında yanğın baş verib, 5 nəfər xilas olunub, 37 nəfər təxliyə edilib
10:28 Günün qoroskopu
10:15 Dünya birjalarında neft bahalaşmaqdadır
10:08 Atəşkəs pozulub
11 DEKABR
13:00 Bəzi yollarda parklanma yerlərindən vəsaiti bələdiyyələr toplayacaq
12:47 Hava yağmursuz keçəcək, külək arabir güclənəcək
12:33 Prezident: “Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığı daha da genişləndirilməlidir”
12:14 Sabah Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
12:00 “Qarabağ” qış fasiləsinə rekordla yollanıb
11:35 Trombosit azlığı nədir
11:22 Orqanizmi cavanlaşdıran sarımsaqlı limon suyunun MÜALİCƏVİ XASSƏLƏRİ
11:11 Orqanizmdə möcüzələr yaradan SEHRLİ BİTKİ - İNANILMAZ NƏTİCƏ
10:58 Taksilər sifariş gözləyərkən yalnız xüsusi duracaqlardan istifadə edə biləcək
10:47 Zabratda yolu keçən kişini maşın vuraraq öldürüb
10:38 Bakı-Quba yolunda iki maşın toqquşub, 7 nəfər xəsarət alıb
10:28 Günün qoroskopu
10:17 Dünya birjalarında neft ucuzlaşıb
10:08 Atəşkəs pozulub
09 DEKABR
12:00 Piyləri əridən DARÇINLI İÇKİ - RESEPT
11:49 Soyuq havalarda vitaminləri əvəz edən MÖCÜZƏVİ CÖVHƏR
11:38 “Ev apteki“: yarpaqlar və qabıqlar
11:14 Niyə hər gün şorba yeməliyik? - 5 SƏBƏBİ
11:00 Bakıda yaşayış binasında yanğın baş verib
10:48 Bərdədə 4 otaqlı ev yanıb
10:37 Bakıda avtobusla yük maşını toqquşub, xəsarət alan var
10:27 Günün qoroskopu
10:07 Dünya birjalarında neft yenidən bahalaşır
10:07 Atəşkəs pozulub
08 DEKABR
13:00 Natavan depressiyaya düşüb?
12:44 “Gündə qohumlardan ən azı 2 şəkil gəlir” - Talıb Tale evlilikdən danışdı
12:35 Rövşanə müğənniləri “yıxıb-sürüdü“: “Elə bil mərsiyə deyirlər“

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (207077)
2 Qırışlar üçün maskalar (198471)
3 Dəri ağardıcı maskalar (133741)
4 Qozun faydaları (104744)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (98107)
Azərbaycan özünün yüksək mənəviyyatı ilə fərqlənən ölkədir
Tarix: 13.08 | Saat: 13:00 | E-mail | Çapa göndər

Milli dəyərləri xalqımız əsrlər boyu zaman və məkan daxilində meydana gətirib, onu qoruyub saxlayıb. Bizim dəyərlərimiz çox qədim dövrlərdən – Dədə Qorquddan başlayır. Xalq öz milli dəyərlərindən uzaq düşməməli, hər bir xalq öz keçmişini adət-ənənələrində, milli-mənəvi dəyərlərində yaşatmalıdır.
Milli mənəviyyat tariximizi zənginləşdirən şəxsiyyətləri erkən və orta əsrlərdən tutmuş son dövrlərə qədər özlərinin zəngin mənəvi aləmləri, xüsusi dühaları, dərin zəkaları, kamillikləri, aqillikləri, müdriklikləri ilə tariximizdə səhifələr yaratmışlar. Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərindən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, yaradacaq, inkişaf edəcəkdir. Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar cəmiyyətin çox hissəsini təşkil edir.
Azərbaycan xalqının milli mənlik şüurunun oyanışında, zəngin tarixi-mədəni irs, adət-ənənələr üzərində yeni tipli mədəniyyətin yaradılmasında, türklük düşüncəsi, İslam dəyərləri, müasir demokratik prinsiplər əsasında azərbaycançılıq məfkurəsinin yaradılmasında gənclərimiz ilk günlərdən həm təşkilati, həm təbliğati, həm də təşviqati işin mərkəzində olmuşdur. Bu gün Azərbaycan gəncləri nüfuzlu beynəlxalq qurumların rəhbər vəzifələrində təmsil olunur. Artıq onlar dünya arenasında bəlli bir mövqeyə yiyələniblər. Bütün bu amillər bir daha ulu öndər Heydər Əliyevin hər zaman gənclərin yanında olduğunu, onlara doğru yol göstərdiyini sübut edir. Azərbaycan xalqı əz mənəviyyatını, əxlaqi simasını həmişə uca tutub. Onun ən böyüki qürrəsi də gözəl əxlaqi sifətləri nümayiş etdirməsi, özünü bu cür tanıtması olub. Heydər Əliyev həmişə insanlarda yüksək mənəvi keyfiyyətləri tərbiyə etmək, inkişaf etdirmək, insanları, cəmiyyətimizi yüksək mənəviyyatla təmin etməyi əsas faktor bilirdi.
Azərbaycan qloballaşan dünyanın bir hissəsidir və Azərbaycanda uğurla həyata keçirilən islahatlar, iqtisadi inkişaf strategiyası ölkəmizi regionda lider dövlətə çevirib. Sosial -iqtisadi, ictimai həyatın bütün sahələrində böyük nailiyyətlər əldə olunur. Azərbaycan qloballaşan dünyanın çox ağrılı proseslərində iştirak edərək, öz milli mənafelərini, milli iqtisadi təhlükəsizliyini qoruyub saxlayır. Azərbaycan özünün yüksək mənəviyyatı ilə fərqlənən bir ölkədir. Bununla bərabər, o, bütün bəşəriyyətə xas olan universal keyfiyyətə malikdir. Bu mənəviyyat cəmiyyətin daxilində qarşılıqlı münasibətləri müəyyənləşdirir, Azərbaycanın hər vətəndaşının mənəvi-əxlaqi kodeksini təcəssüm etdirir.
Azərbaycan çoxmillətli dövlətdir, onun bütün vənətdaşları milli mənsubiyyətindən, dini etiqadlarından və siyasi əməllərindən asılı olmayaraq bərabərhüquqlara malikdirlər. Heydər Əliyev buyururdu ki, dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. “Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basırlarsa, bax, bu xalqın ən böyük faciəsidir.
Mürəkkəb tarixi şəraitdə xalq həmişə öz xilaskarını axtarır. Sözsüz ki, xalq öz xilaskarından çox şey gözləyir. Azərbaycan və Azərbaycan xalqı qarşısında vətəndaş – şəxsiyyət borcunu layiqincə, ləyaqətlə ödəyən Heydər Əliyev XX əsrin ikinci yarısında Azərbaycan milli mənəviyyat tarixi üçün yaddaş ömrünün yaşayan dağ əzəmətli, dağ vüqarlı, dünyanın əksər ölkələrindən görünən müdriklik, kamillik, aqillik zirvəsidir. Azərbaycanın milli-mənəviyyat tarixində xüsusi səhifə yaradan tarixə yaddaş yoludur.
Heydər Əliyev şəxsiyyətinin Vətənə sədaqət hislərini təhlil edərkən sözsüz ki, onun milli-mənəvi dəyərlərimizə olan hədsiz məhəbbətini, xalqımızın əsrlər boyu formalaşan adət-ənənələrinə, dilimizə, dinimizə olan qayğını qeyd etməmək mümkün deyil. Totalitar rejimin antimilli siyasətinə, kommunist partiyasının sərt ideoloji prinsiplərinə baxmayaraq hələ Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin ən böyük xidmətlərindən biri də xalqımızın öz milli bayramlarının, el şənliklərinin, dini mərasimlərin qürurla qeyd etməsində, adət-ənənələrimizin qorunub-saxlanmasına hərtərəfli şəraitin yaradılması olmuşdur.
Xalqımız bəşəriyyətə çox böyük dühalar, dahilər, elm, proeziya, sənət korifeyləri bəxş etmişdir. Azərbaycan torpağı çox görkəmli, yenilməz zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi xadimlər yetişmişdir.Heydər Əliyev çox yaxşı bilirdi ki, millətin millət kimi formalaşmasında və tanınmasında, ilk növbədə elm, təhsil, mədəniyyət, incəsənətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilməlidir. Yalnız bu yollarla Azərbaycan istiqlalının təməlini hazırladı.
Vətənpərvərlik hisslərinin uşaqlara məktəb partası arxasında olduqları vaxtdan aşılanmasının köklü şəkildə aparılmasına çalışmaq lazımdır. Prezident həmişə gənclərin hərbi xidmətə hazırlanmasını, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsini məktəblərin, müəllimlərin əsas vəzifələrindən biri hesab edirdi. Heydər Əliyevin milli, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması ilə bağlı Avqust bəyanatında oxuyuruq: “Biz öz milli mənəvi və əxlaqi dəyərlərimizi, adət-ənənələrimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Azərbaycanın mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinə verilən adlar, fərdi təqaüdlər, mükafatlar, orden və medalların verilməsi həmişə ulu öndərimizin diqqət mərkəzində olub. O, mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirmək naminə xeyli faydalı işlər gördü. Paytaxt şəhərimizdə və respublikamızın ayrı-ayrı bölgələrində əzəmətli abidələr ucaldıldı. Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Niyazinin, Bülbülün, M. S. Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin ... ev muzeylərinin açılması məhz ulu öndərin təşəbbüsü ilə həyata keçirilib.
Azərbaycan xalqı qarşısında Heydər Əliyevin heç bir zaman unudulmayacaq tarixi xidmətləri çoxdur. Dahi Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin cənazəsinin qalıqlarını uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğma yurdu Naxçıvanda dəfn olunması, Naxçıvanda Cavid ev muzeyinin açılması, Cavidlər kompleksinin yaradılması, Bakıda əzəmətli heykəlinin ucaldılması mədəniyyətimizə, bir sözlə, milli-mənəvi dəyərlərimizə, ulu şəxsiyyətlərə göstərilən diqqət və qayğının sonsuz təzahürüdür.
Azərbaycan mədəniyyəti, incəsənəti həmişə ulu öndərimizin diqqət mərkəzində olub. Bəstəkarlarımız, memarlarımız, rəssamlarımız, şair və ədiblərimizin mənəvi inkişafı və tərəqqisi üçün Heydər Əliyev həmişə onlara qayğı ilə yanaşıb. 1974-cü ildə Azərbaycanda dünyəvi teatrın yaradılmasının yüz illik təntənəsi sözün geniş mənasında milli sənət bayramına çevrildi. Moskvada keçirilən uzunmüddətli qastrol səfəri aydınlığı ilə sübut etdi ki, Azərbaycan teatrı hansı mənəvi dəyərlərə malik bir sənət ocağıdır. Yeri gəlmişkən, fərəhlə bildirək ki, məhz ulu öndərimizin təşəbbüsü ilə Azərbaycanda 30-dan çox yeni teatr açılıb.
Heydər Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş demokratik ölkələri sırasına qaldırdı. O, əsasən milli-mənəvi dəyərlərimizin, milliliyimizin, azərbaycançılıq ideayasının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi önəm yetirirdi.O, ana dilinə, milli tarix və mədəniyyətə, milli adət və ənənələrimizə, milli mənəviyyatımıza, milli mentalitetimizə dair çoxsaylı qlobal işlər həyata keçirib. Azərbaycanda vətəndaş cəmiyyəti yaradıb, müstəqil demokratik dövlət qurdu.
Azərbacançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, bu günümüzün gerçəkliklərini əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa çevrilərək son 10 ildə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təmərküzləşməsini stimullaşdırmışdır.
Milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlər qorunmasına xidmət edirsə, digər tərəfdən və daha çox dərəcədə milli-mənəvi dəyərlərin qorunması və nisbi müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.
Hər bir ideologiyanın əsasında gerçəkliyə real münasibət amili dayanır. Bu münasibət tarixin təcrübəsinə əsaslanmalı, tarixi xarakter daşımalıdır. İdeologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah və təsdiq etmək üçün yaradılır. O, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dil, ərazi, din və ideoloji birlik xalqın, millətin və dövlətin tarixi varlığının əsas atributlarıdır.
Əlbəttə, Avropa ailəsinin üzvü olmaq heç də o demək deyil ki, öz milli adət-ənənələrimizi inkar edərək, Avropaya xas olan nə varsa, onları əxz edək. Hər bir milləti, xalq özünəməxsus adət-ənənləri qoruyub-saxlamalı və gələcək nəsli də bu ruhda tərbiyə etməlidir.
Milli mənafe mütərəqqi milli xüsusiyyətlərin, adət və ənənələrin, milli mədəniyyətin qorunmasını və daha da inkişafını tələb edir. Prezident dəfələrlə Avropanın siyasi liderləri qarşısında bəyan etmişdir ki, Azərbaycan mütərəqqi milli xüsusiyyətlərini saxlamaqla Avropa ailəsinə daxil olur və milli mənəvi dəyərlərdən uzaqlaşmaq dövlətçiliyin zəifləməsinə gətirib çıxara bilər.
Heydər Əliyevin ölkə daxilindəki apardığı islahatlar xalqımızın nəzər-diqqətini çəkdiyindən böyük rəğbət hissi ilə qarşılandı. Onun milli mənəviyyatımızla bağlı Avqust Bəyanatı bu cəhətdən daha çox xarakterikdir. Azərbaycan öz mentalitetinə layiq olan və bu milli dəyərləri ilə təqdir olunan bir xalqdır. Heydər Əliyev prezident kimi deyil, sanki bir el ağsaqqalı kimi gənclərimizə milli dəyərlərimizdən qaynaqlanmağı tövsiyə edirdi.
Azərbaycan ictimaiyyəti Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı bəyanatını millətsevər bir şəxsin, müdrik ağsaqqalın milli təəssüb hissindən doğan nigarançılıqlarının ifadəsi kimi xarakterizə etdi. Onun həmin çıxışında ictimai marağın və rəğbətin belə böyük olmasının ciddi səbəbi vardı. O, milli varlıq, milli özünüdərk, milli-mənəvi dəyərlər, millətin öz simasını qoruyub-saxlaması və s. bu kimi vacib məsələlərə toxunaraq, bəzi narahatlıqlarını bildirdi.
2002-ci il 13 avqust müraciətindən sonra milli-mənəvi dəyərlərin qorunması istiqamətində çox mühüm tədbirlər həyata keçdi, ideologiya, təbliğat işi bu istiqamətdə inkişaf etdirildi.Onun müraciətini xalq, ziyalılar ürəkdən dəstəklədilər və Azərbaycan gənclərinin ifrat dərəcədə qərbə meyilliliyinin qarşısını almaq üçün bu addımı yerindəcə qiymətləndirirdilər. Bu fərman Azərbaycan cəmiyyətinə siyasi, sosial, mədəni və hətta, psixoloji inkişaf qanunlarına əsaslanmış və vaxtında imzalanmış tarixi bir sənəddir. Tarix bu böyük məsuliyyəti və missiyanı yenə də Heydər Əliyevin üzərinə qoydu. Bu addımı ilə Heydər Əliyev öz tarixi vəzifəsini həyata keçirmiş oldu.
XX əsrin son illəri azərbaycançılıq məfkurəsinin, xalqın milli ruhunun, milli şüurunun, tarixi yaddaşının oyanması, kadr potensialının milliləşdirilməsi, milli-mənəvi dəyərlərin bərpası və inkişafı, demokratikləşmə, azad sözün, azad fikrin, hüquqi dövlət quruculuğunun, milli təfəkkürün çiçəklənməsi ilə müşayiət olunur. Əxlaqi dəyərlərə malik olan Azərbaycan xalqı bu gün də həmin dəyərlərin kontekstində bariz nümunə kimi nəinki qonşu xalqlara, o cümlədən dünya xalqlarına bir örnəkdir. Öz müstəqilliyini qoruyub saxlayan Azərbaycan xalqının öz milli dəyərlərini yaşatması, gələcək nəsli bu dəyərlər üstündə tərbiyələndirməsi ən vacib məsələdir. Dünənki xaotik vəziyyətin mənəvi əxlaqımıza, genofondumuza vurduğu ziyanlara ümummilli liderimiz öz narahatçılığını bildirməli idi və necə ki öz bəyanatı ilə bildirdi də.

İslam Əsgəroğlu
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 3532 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

13 DEKABR
12:00 PRESS-ANONS
13 Dekabr 2017
16 DEKABR
12:00 PRESS-ANONS
16 Dekabr 2017
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Trombosit azlığı nədir
11 DEKABR  |   11:35
Orqanizmi cavanlaşdıran sarımsaqlı limon suyunun MÜALİCƏVİ XASSƏLƏRİ
11 DEKABR  |   11:22

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri
24 NOYABR  |   13:14
Dərim niyə quruyur? - SƏBƏBLƏR
07 NOYABR  |   13:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1280

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info