İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 OKTYABR
14:00 Röya etiraf etdi: “Onunla sevgili olardım“
13:47 Mətanətdən Rövşanəyə: “Naşı, bədbəxt insan…“
13:38 “Onu efirə buraxmırdılar“ - Abbas hansı müğənniyə görə efirdə qəzəbləndi?
13:27 “Ağ qızıl“ın şəfa əhəmiyyəti
13:14 Arıqlamaq istəyənlər üçün XÜSUSİ RESEPT: soyuqdəyməni də götürür
13:00 “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi
12:48 Opera və Balet Teatrında “Xanəndənin taleyi” operasının premyerası keçiriləcək
12:38 Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatıb
12:26 Yağış kəsəcək, duman olacaq
12:15 Prezidentin köməkçisi: “Sarkisyan Cenevrə görüşündə verilmiş qərarı pozdu, sözünün üstündə durmadı“
11:45 Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başlayıb
11:36 Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisinə sabah start veriləcək
11:25 Ölkə ərazisində şimşək çaxıb, leysan, qar yağıb - Faktiki hava
11:16 Şura sədri: “Şopinq festivalları Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək“
11:08 Saatlıda ev yanıb
10:58 Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
10:45 Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilir
10:36 BMT baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının nəticələrini alqışlayıb
10:27 Günün qoroskopu
10:17 Dünya birjalarında neft ucuzlaşıb
10:08 Atəşkəs pozulub
16 OKTYABR
15:00 Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib
14:47 Gələn ilin martından Bakı-Əbu-Dabi marşrutu üzrə birbaşa aviareys açılacaq
14:35 Lerik və Masallıda yeni sürüşmə sahələri yaranıb
14:28 Nazir müavini: “Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır“
14:15 Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
13:45 Mehriban Vüsaləni ittiham etdi - “Maşın“da qalmaqallı həftə sonu
13:33 Mehriban Xanlarova “Maşın“ şoudan getdi?
13:26 Kənan MM-in xanımı: “Sənətçilərimiz də bu səviyyədə olsunlar“
13:17 Küncütün faydaları
13:00 Quru paxlanın faydaları
12:45 Çuğundur yarpağının faydaları
12:38 Gül suyunun faydaları
12:28 Hipotrioz nədir?
12:17 Boğaz ağrısını azaldan təbii çay RESEPTLƏRİ
12:05 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib
11:57 “Atletiko”nun futbolçusu: “Qarabağ”la oyun gələcəyimiz üçün həlledicidi”
11:43 Polşanın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
11:36 Yol polisi sürücülərə müraciət edib
11:27 DÇ-2018: Azərbaycan yığmasının bütün potensial rəqibləri müəyyənləşib

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (200877)
2 Qırışlar üçün maskalar (195022)
3 Dəri ağardıcı maskalar (131917)
4 Qozun faydaları (96953)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (94467)
İntellektual potensialımız TV-lərin təqdim etdiyi məhdud çərçivədən qat-qat çoxdur
Tarix: 19.08 | Saat: 13:00 | E-mail | Çapa göndər

Respublikamızda milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan vətənpərvərlik tərbiyəsi istiqamətində geniş iş aparılır. Xüsusilə xalqımızın tarixi keçmişinə, soykökünə onun həssaslıqla yanaşması, bu sahədə bilavasitə məqsədyönlü fəaliyyəti gənc nəslin dünyagörüşünün formalaşmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında az əhəmiyyət kəsb etmir. “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır” (Heydər Əliyev).
Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirliməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamıza daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış etmişdir. Dövlətçiliyimiz mənəvi-ideoloji əsası artıq formalaşmış, hər birimiz ciddi-düşündürən milli dirçəliş problemləri əməli siyasi müstəviyə keçmiş, azərbaycançılıq məfkurəsi strateji dövlət siyasətinin tərkib hissəsinə çevrilmiş, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi yolunda həlledici addımlar atılmışdır.
Vətənpərvərlik böyük məfhumdur, onun bir çox komponentləri vardır. Bu komponentlər sırasına Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq, milli dəyərləri yaxşı bilmək, mədəni irsi qiymətləndirmək və qoruyub saxlamaq, orduda xidmət etmək və s. daxildir. Biz hazırda müstəqil Azərbaycanda keçid dövrünü yaşayır, vətəndaş cəmiyyəti, hüquqi dövlət qurmağa doğru gedirik. Bu baxımdan milli Azərbaycan vətənpərvərliyi üçün zəruri olan yol və vasitələrdən, təşkilat strukturlarından istifadə edilməlidir.
Bildiyimiz kimi, vaxtıilə Sovetlər İttifaqı ərazisində yalnız Azərbaycanda türkologiya ən yüksək səviyyədə inkişaf etmişdi. Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Konstitusiyanın qəbulu ilə paralel 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Ümummilli liderimiz Heydər Əliyev bu layihənin hazırlanmasında çox böyük zəhmət çəkdi, çünki böyük öndərimiz Konstitusiyanın əhəmiyyətini, dövlət quruculuğundakı müstəsna rolunu hamıdan yaxşı dərk edirdi.
Ulu Öndərin Azərbaycan dilinə münasibətini əks etdirən bu sətirləri olduğu kimi oxuculara təqdim edirik. Heydər Əliyev 70-ci illərin sonlarında Azərbaycan dili haqqında kitab yazmış böyük bir kollektivə dövlət mükafatı verdi: “ Bu mükafatı onun müəllifinə yox, əsərin özünə və bu kitabların dilimizin təhlilinə həsr olunmasına görə verdik. Adətən biz mükafatları bir romana, bir şeirə, bir poemaya, bir teatr tamaşasına, bir rəsm əsərinə görə veririk. Amma bu mükafatı mən xüsusi mükafat hesab edirəm. Burada mənim şəxsi təşəbbüsüm, şəxsi məqsədim o olubdur ki, ictimaiyyət bir daha bilsin ki, biz dilimizin inkişafına nə qədər fikir veririk”.
Ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında ədəbiyyatın rolunu yüksək qiymətləndirdiyi qədər, ana dilinin də ictimai həyatımızdakı müstəsna mövqeyinə daim böyük əhəmiyyət vermişdir. Öz xalqını və dilini dərindən sevən ümummilli liderimiz rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq, respublika iqtisadiyyatının, mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsinə və inkişafına xüsusi diqqət yetirmişdir.
Heydər Əliyev hər iki dövrdə Azərbaycan xalqının rifahı, Azərbaycanın tərəqqisi, milli ruhun, Azərbaycan dilinin, tarixinin, dininin qorunub saxlanması üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndərimiz həmişə deyirdi ki, istedad xalqın milli sərvətidir, ona qayğı göstərmək, inkişafına şərait yaratmaq bizim müqəddəs borcumuzdur.
Azərbaycan dilinin dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı, azərbaycançılıq ideyalarının, milli dəyərlərin bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü kimi qeyd edilməsi və bu münasibətlə bütün xarici ölkələrdə yaşayan soydaşlarımızın iştrakı ilə təşkil edilən toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin onlarla keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət səviyyəsində həyata keçirilməsini sübut edir. “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır” (H.Əliyev).
Heydər Əliyevin fikrincə, milli özünüdərk, xalqın qarşısında duran bütün problemləri həll edər və gələcək nailiyyətlərə zəmin yarada bilər. Xalqı dünyada tanıdan onun mədəniyyətidir, ədəbiyyatıdır, incəsənətidir və ən əsası həmin xalqın dilidir. Öz xalqını və dilini sevən Ulu Öndər həmişə Azərbaycan dilinin inkişaf etdirilməsinə və fəaliyyət dairəsinin genişlənməsinə xüsusi önəm vermişdir (XIX əsrdə Azərbaycanda olmuş məşhur fransız yazıçısı Aleksandr Düma bu dili “Qafqazda ən möhtəşəm dil” hesab edirdi).
Azərbaycan Respublikası prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verdiyi fərman ölkəmizdə Azərbaycan dilinin inkişafı üçün yeni perspektivlər açır. Fərmanda Azərbaycan dilinin xalqımız üçün ən mühüm milli dəyər olduğu vurğulanır və ona yüksək qiymət verilir. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır.
Heydər Əliyevin Sovet dövründə ana dilimizin dövlət dili kimi tətbiq olunmasında , qorunub saxlanmasında çox böyük xidmətləri var. Onun həmin dönəmdə “Hər bir xalqın ana dilindən əziz heç nə ola bilməz” deməsi bütün sovet ideoloji sisteminə sarsıdıcı zərbə idi. Artıq hər il ölkəmizdə Azərbaycan dili və əlifba bayramı qeyd olunur. 2001 - ci il avqustun 1-dən etibarən ölkədə əlifba islahatlarının başlanması nəzərdə tutuldu. Məhz bu əsasda latın qrafikalı əlifbaya keçid baş vermişdir.
Bütün nəşriyyat, poliqrafiya, çap işlərini avqustun 1-dən etibarən latın qrafikası ilə məcburi sayıldı. Fərman Azərbaycan dilinin ölkə ərazisində aparıcı dil statusunu təsbid etdi. Həmin sənəddə qeyd olunurdu ki , Azərbaycan ərazisində yeganə ünsiyyət vasitəsi Azərbaycan dilidir. Bütün səviyyələrdə yazı işləri yalnız Azərbaycan dilində aparılmalıdır...
Hər bir xalqın mənəvi dəyərlərini yaşadan onun dilidir. Ana dilimiz müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Heydər Əliyev Azərbaycan dili barəsində həmişə qürur hissi ilə danışıb və öz fəxrini, qürurunu bildirib. Bu dili inkişaf etdirmək, bu dili yaşatmaq dünya mədəniyyəti zirvəsinə qaldırmaq Heydər Əliyevin təbiri ilə desək, “xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti ilə mümkündür”.
Hər bir fərd cəmiyyət çərçivəsində özünü hiss etməli və hərəkətlərini nizamlamalıdır. Türk dünyasının ortaq dəyərləri təbliğ edilməlidir. Ekranlarda gözəl söhbətlər, gecələr təşkil olunmalıdır. Azərbaycan övladı yad ruhların altında böyüməməlidir. Demokratik ölkədə hər şeyə icazə verilir, amma bütün hərəkətlər müəyyən ölçü həddində olmalı, ən əsası isə milli-mənəvi dəyərlər qorunub saxlanılmalıdır.
Qloballaşan dünyada qiymətləndirmə həm də televiziyalar əsasən aparılır. Nəzərə almalıyıq ki, televiziya kanalları Azərbaycan xalqının və dövlətinin intellektual potensialını tam miqyasda ortaya qoymur. Tam əminliklə söyləyə bilərəm ki, xalqımızın intellektual potensialı televiziya kanallarının təqdim etdikləri məhdud çərçivədən qat-qat çoxdur. Azərbaycanın efir məkanında, istərsə də yazılı mətbuatda çalışan kadrlarımız öz üzərində işləməli, həm obyektivliyi öyrənməli, həm də obyektivliyi təhlil edəcək intellektual səviyyəsini artırmalıdır. Bəzi televiziyalar biznes maraqlarını, fərdi maraqları ictimai maraqlardan üstün tutur. Efir məkanı yalnız və yalnız ictimai mənafeyə xidmət etməlidir. Tamaşaçını maraqlandıran ona təqdim olunan verilişin məzmunudur. Azərbaycan televiziyalarında saatlarla yer ayrılan şou-proqramların böyük əksəriyyəti zövqsüz auditoriya formalaşdırır, bayağı musiqiləri təqdim edir, ictimai-mədəni münasibətləri dedi-qodu səviyyəsinə, təhqir səviyyəsinə endirir.
Respublikanın hər yerində, xüsusilə də paytaxtımızda reklamların, market və təşkilat adlarının xarici dillərdə yazılıb yayımlanması yaxşı hal deyil. Bu hal, əlbəttə, Azərbaycan dilinə açıq hörmətsizlikdir. Hətta bir çox rəsmi tədbirlərdə dövlət məmurlarının milli dildə normal danışa bilməmələri, üstəlik hamını gözü qarşısında rus dilində danışmaları Azərbaycanın çağdaş və gələcək milli durumunun qeyri-normal olduğunu göstərir.
Müasir Azərbaycan cəmiyyəti demokratikləşməni milli inkişafın ən mühüm sosial amili kimi qəbul edir. Bu yanaşma yeni dəyərlərin və demokratik transformasiyaya xas olan davranış normalarının mərhələlər üzrə, təkamül yolu ilə tədricən ictimai, kütləvi şüura tranzitinin başa düşülməsi və dərk olunmasını ehtiva edir. Azərbaycanda dünya dinlərinin roluna və cəmiyyətdəki yerinə yüksək ehtiram bəslənilir, eyni zamanda, tolerantlıq məkanı olan bu diyarda qeyri-ənənəvi dini cərəyanlara da yer verilir.
İslam dinində humanizm məsələlərinə xüsusi önəm verilir, insan hüquqları məsələsi, sülh və müharibə problemləri öyrənilib, insan hüquqları mövzüsuna mühüm yer ayrılıb. Çünki İslam dininin insan hüquqları, müharibə və sülh məsələləri ilə bağlı müddəaları beynəlxalq hüququn prinsip və normalarının tələblərinə uyğundur. İslam dini insanların həyatına son qoyulmasını bəşəriyyətə qarşı törədilmiş və bağışlanılmaz cinayət hesab edir. İslam dininin guya terrorizmin genişlənməsində aparıcı rol oynaması kimi iddialar reallıqdan uzaqdır və müasir dövrə qədər baş vermiş münaqişələrin böyük əksəriyyəti sivilazasiyadaxili münaqişələr olub.
Dinə münasibətin aydın təzahürü, dini dəyərlərin əhəmiyyətinin dərindən anlaşılması dövrə, zamana həmin konseptual siyasi baxışın çox mühüm tərkib hissəsi kimi diqqət çəkir. Bu bağlılıq, bu vəhdət bütünlükdə konsepsiyanın dəyərliliyini və uğurunu təmin edəcək dərəcədə önəmlidir. Din həm milli mədəniyyətin, xalqın milli-mənəvi dəyərlərinin əsasını təşkil edir, həm də müasir həyatda ön mövqeyə keçir və həqiqət axtaran, inamla yaşamaq istəyən müasir insan getdikcə daha çox dinə tapınır.
Azərbaycanda dövlət quruluşu demokratik xarakterlidir, burada hüquqi, dünyəvi və demokratik dövlət qurulur. Müsəlman ölkəsi kimi Azərbaycanda din dövlətdən ayrıdır. Sovet ateistləri azərbaycanlıları 70 il ərzində dinindən uzaqlaşdıra bilmədikləri kimi, müstəqillik dövründən sonra Azərbaycanı islam dövləti etmək istəyənlərin niyyəti də baş tutmamışdır. “Əgər Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıq faktdır. Eyni zamanda, bu, İsalm dininin nə qədər böyük gücə malik olduğunu sübut edir” (Heydər Əliyev). Belələri çox ciddi şəkildə yanıldılar. Sonrakı proseslər də göstərdi ki, Azərbaycanda dinə sivil münasibət var, bu ölkəni, onun xalqını islam təməlçisi, dini ekspertizimin tərəfdarı kimi təqdim etmək cəhdləri əbəsdi.
Heydər Əliyev müdrikcəsinə qeyd edirdi ki, Azərbaycanda İslam respublikası yaranmasına cəhd edənlər, xarici ölkələrin himayədarları nə qədər çox olsalar da Azərbaycan heç vaxt onların istədikləri yolu tutmayacaqdır. Çünki azərbaycanlılar dinə heç də siyasi-ideoloji rəng vermirlər. Azərbaycanlıların təsəvvüründə islam dini-mənəvi zənginləşmə, humanizm, insanpərvərlik, sülh, xeyirxahlıq, tərəqqi dinidir. Dahi Heydər Əliyev Azərbaycanda islam dininə məhz bu aspektdən yanaşdığını bəyan edərək onu azərbaycanlıların milli-mənəvi dəyərlər sistemində mühüm yer tutan mənəvi paklıq vasitəsi hesab edirdi: “Biz dünyəvi dövlət quraraq eyni zamanda imkan verə bilmərik ki, milli- mənəvi dəyərlərimiz tapdalansın və millətimizə milli-mənəvi dəyərlərimizə yabançı olan hansısa dəyərlər tətbiq olunsun”.
Bu gün biz keçmiş tariximizə baxaraq böyük məmnuniyyətlə qeyd etməliyik ki, din minillik bəşər tarixində həmişə böyük rol oynamış, insanlara səadət, sülh və əmin-amanlıq gətirmişdir. İslam dini yüksək mənəvi dəyərlərə malik olan bir dindir. İslamın bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir.Sovet ideologiyasında dini təhrif edərək xurafat kimi qələmə verilməsinə və tarixdə mənfi yönümdən qiymətləndirilməsinə rəğmən, Azərbaycan rəhbəri onun tarixi keçmişdə önəmli rol oynadığını qətiyyətlə vurğulayır. Din mənəvi dəyələr toplusu olaraq insanlara sülh və əmin-amanlıq bəxş etmişdir. İslam dini xeyirxahlıq, insanlar arasında qardaşlıq və bərabərlik dini kimi meydana çıxmış və tanınmışdır.
Heydər Əliyev münasib saydığı bütün məqamlardakı çıxışlarında islam dininin qüdrət və gücünü, yenilməzliyini dilə gətirir və təsdiqləyir. Heydər Əliyev məhz İslamın əxlaqi-mənəvi dəyərlərinin nə qədər yüksək, bəşəri və kamil olduğunu nəzərə alaraq xalqının həmin dəyərlərdən faydalanmasını zəruri sayırdı. O, çox yaxşı bilirdi ki, İslam azərbaycanlıların ruhi-mənəvi bütövləşməsində mühüm rol oynamış, oynamaqdadır və oynayacaqdır.Azərbaycan rəhbəri İslamı milli mədəniyyətin ayrılmaz tərkib hissəsi saymışdır.
Heydər Əliyev din və imanı insanın mənəvi kamilliyi üçün əsas meyar hesab edir və Qurani-Kərimi ali mənəvi dəyərlərin qaynağı adlandırır. O, öz xalqına Quran nuru ilə işıqlanan bir yolla gələcəyə doğru addımlamağı təkidlə tövsiyə edirdi. 26 avqust 1999-cu ildə “Təzə pir” məscidində, mövlud bayramı münasibətilə keçirilən mərasimdəki çıxışında Prezident bu barədə belə deyir:“İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təmin etmiş, müsəlmanların dünyada əsaslı yer tutmasını təşkil etmişdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Inanıram ki, biz azərbaycanlılar heç vaxt imanımızdan, dinimizdən uzaqlaşmayacağıq və mənəvi mənbələrimizdən istifadə edərək gələcəyi quracağıq”.

İslam Əsgəroğlu
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 3097 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

18 OKTYABR
12:00 PRESS-ANONS
18 Oktyabr 2017
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

“Ağ qızıl“ın şəfa əhəmiyyəti
17 OKTYABR  |   13:27
Arıqlamaq istəyənlər üçün XÜSUSİ RESEPT: soyuqdəyməni də götürür
17 OKTYABR  |   13:14

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Qırışlar əleyhinə effektli bitki yağları
22 SENTYABR  |   12:55
Mayonezin saça olan faydasını bilirsiniz?
23 AVQUST  |   13:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1266

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info