İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 İYUN
12:30 Bayram gününə olan hava proqnozu açıqlanıb
12:18 “Formula 1“ qonaqlarına Tarkandan möhtəşəm şou
12:06 Konfederasiyalar Kubokunun ən yaxşısı - Akinfeyev
11:56 “Şaxtyor“un qapıçısı rəsmən “Qarabağ“da
11:47 Rusiya telekanalı: “Bakıdakı “Formula-1“ fantastikdir“
11:36 İmişli-Beyləqan magistral yolunda qəza olub, bir nəfər ölüb, üçü yaralanıb
11:27 Hidrokolonoterapiya nədir?
11:15 Nazir: “Azərbaycan əsgəri torpaqlarını azad etməyə qadir olduğunu bütün dünyaya sübut etdi“
11:07 Beyləqanda iki maşın toqquşub, bir nəfər ölüb
10:58 Tanınmış futbolçu karyerasını bitirib
10:45 Mahir Məmmədov: “Azərbaycan Gürcüstanda tikiləcək yeraltı qaz anbarının tenderində iştirak edəcək”
10:36 Ərdoğan: “Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir”
10:26 Dünya birjalarında neft bahalaşıb
10:14 Günün qoroskopu
10:04 Atəşkəs pozulub
23 İYUN
15:10 Prezident: “Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır“
14:56 Azərbaycanın UNESCO-nun baş direktoru vəzifəsinə namizədi Almaniyada səfərdə olub
14:45 Kolleclərə qəbul olmaq istəyənlər üçün balların hesablanma qaydası açıqlanıb
14:28 Bakıda Azərbaycan və Kosta Rika xarici işlər nazirləri arasında görüş keçirilib
14:14 Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq
14:00 Nəqliyyat və telekommunikasiya qurumları gücləndirilmiş iş rejiminə keçir
13:48 Nazir: “Əmək pensiyaları haqqında“ qanunun tətbiqində problem olmayacaq“
13:32 Nigar Camal filmə çəkilir
13:17 Nazirlik: Publik hüquqi şəxs statusunun verilməsi ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq
13:05 “Formula-1”: Bu gün Azərbaycan Qran-prisi start götürür
12:52 Ramazan tətili başlayır
12:40 Azərbaycan prezidenti Daxili Qoşunların Şirvandakı hərbi hissəsinin açılışında iştirak edib
12:21 Azərbaycan Ordusunun şərəfinə yeni medal təsis olunur
12:02 Muarem Muarem Türkiyə klubunda
11:53 Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib
11:43 Xalq artisti Flora Kərimova əməliyyat olunub
11:34 iravan.az online jurnalının ingilis dili variantı təqdim olunub
11:28 Vanil yağının faydaları
11:12 Salah “Liverpul“un futbolçusu oldu
11:00 Qaradağ rayonunda 6 otaqlı evdə yanğın olub
10:48 Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayır
10:36 IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir
10:26 Dünya birjalarında neft bahalaşıb
22 İYUN
16:31 “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb
16:27 “Barselona” Dembele ilə anlaşıb

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (189236)
2 Qırışlar üçün maskalar (188282)
3 Dəri ağardıcı maskalar (125763)
4 Saçlar üçün çaytikanı yağı ilə maskalar (88220)
5 Qozun faydaları (88143)
Qurumların yeni elektron xidmətləri hansılardır?
Tarix: 12.05 | Saat: 12:00 | E-mail | Çapa göndər

İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması məqsədi ilə “Elektron hökümət”in fəaliyyət istiqamətləri genişləndirilməkdə davam etdirilir. İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması, şəxsin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü “Elektron hökümət”in əsas əhəmiyyəti kimi qiymətləndirilir.
Bir neçə dövlət qurumları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayını artırıb. Portala Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi 3 yeni xidmət inteqrasiya edilib. Bununla da qurumun portal üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb. Vahid portala inteqrasiya olunan yeni xidmətlər sırasına geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu, müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu, CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu daxildir.
“Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu” adlanan xidmət dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən ölkə ərazisində Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir. “Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciətin və sənədlərin qəbulu” adlanan digər xidmət isə dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən respublika ərazisində müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı, nəşri işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu qaydalarını müəyyən edir. “CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” adlanan elektron xidmət isə dövlət sifarişi, eləcə də hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ölkə ərazisində Dövlət əhəmiyyətli Coğrafi İnformasiya Sistemləri üçün baza xəritələrinin tərtibatı işlərini əhatə edir.
Adları çəkilən hər 3 xidmətdən “Elektron hökumət” portalında qeydiyyatdan keçən istifadəçilər faydalana bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektronlaşdırılaraq iki yeni xidmət təqdim edilib. Yeni xidmətlər “Sığortaolunanın ölümünə dair məlumatın onlayn qəbulu” və “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” adlanır.
İstifadəçilərin ixtiyarına verilən bu xidmətlər ƏƏSMN-nin “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədi daşıyır. Hər iki xidmətdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə edilməlidir. Qeyd edək ki, ƏƏSMN-nin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə artıq 28 elektron xidmət əhalinin istifadəsinə verilib. Nəticədə cari ilin ilk rübündə nazirliyin elektron xidmətlərinə müraciətin sayı 2 milyon 623 min 88 olub.
Vergilər Nazirliyi tərəfindən isə 7 elektron xidmət portalda vətəndaşların istifadəsinə verilib. Bunlar bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq edilmək üçün vergi ödəyicilərinə göndərilməsi, Çağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi, gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu, fiziki şəxsin vergi uçotundan çıxarılması, asan imza istifadəçi İD-nin dəyişdirilməsi, vergi bəyannamələrinin (sadələşdirilmiş vergi bəyannaməsi istisna olmaqla), hesabat və vergi öhdəliyinin yaranmaması haqqında arayışların vergi orqanına onlayn təqdim edilməsi, hazır sənəd barədə məlumatın verilməsindən ibarətdir.
Eyni zamanda, inteqrasiya olunan yeni xidmətlərlə yanaşı, istifadəçi rahatlığını təmin etmək məqsədilə qurumun “Elektron hökumət” portalında mövcud olan “Şəxsin imza səlahiyyətləri haqqında məlumat” adlı xidməti çıxarılıb. Bununla da Vergilər Nazirliyinin portal üzərindən təqdim etdiyi elektron xidmətlərinin sayı 65-ə çatıb.
Qeyd edək ki, hazırda müxtəlif qurumlar tərəfindən “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərin sayı 446-dır.
L.Hüzeynzadə
Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 389 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
08.05.2017
Dövlət qurumlarına müraciətlər nədən ibarətdir?
27.04.2017
“Elektron müraciət” xidməti nədir? – Müraciətlərin statistikası


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00
Elektron imza nədir?
30 MAY  |   13:45

SAĞLAMLIQ

Hidrokolonoterapiya nədir?
24 İYUN  |   11:27
Vanil yağının faydaları
23 İYUN  |   11:28

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Gil maskaları dərini təravətləndirir
12 İYUN  |   13:05
Saç tökülməsi və dırnaq qırılmasına qarşı RESEPT
03 İYUN  |   10:58

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1242

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info