İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 MAY
16:54 Berndə 28 May Respublika Günü və Azərbaycan-İsveçrə əlaqələrinin 25 illiyi qeyd olunub
16:38 Millət vəkili: “Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı”
16:24 Gürcüstanda “Formula 1” yarışları ilə bağlı təqdimat keçirilib
16:06 Azərbaycan yığmasının hücumçusu “Fənərbaxça” ilə müqavilə bağlayıb
15:58 Nazir: “Vyana görüşündə sürpriz olmayacaq“
15:37 Yol polisinin avtomobilləri evakuatorla aparmasına dair yeni qayda müəyyənləşib
15:26 Aquero qərarını verdi
15:12 “Qəbələ“də daha 2 ayrılıq
14:55 Nazarov klubundan ayrılır?
14:43 “Mançester Yunayted“ onu satır
14:35 İrkutsk-Bakı aviareysi açılır
14:23 Gənc aktrisalar Bakıda podiuma çıxdı
14:11 Azərbaycan aktyorları Alanya film festivalında
14:00 Böyrək daşları və xalq təbabəti
13:44 Saçların yağlanmasına gətirən 6 səbəb
13:37 Üz üçün “Minus 10“ maskası
13:29 Qozun bilmədiyiniz faydaları
13:14 Bakıda yaşayış binasında yanğın olub
13:06 Azərbaycan prezidenti payızda Macarıstana səfər edəcək
12:57 Sabahın hava proqnozu
12:34 Nazir müavini: “Şopinq festivalı təkcə iqtisadi uğur kimi yox, mədəni nailiyyət kimi də yadda qaldı”
12:23 Britaniya səfiri: “Terrorizm heç vaxt qalib gələ bilməyəcək”
12:06 Ramazan ayı mayın 27-də başlayır
11:57 “Magistr-2017“ müsabiqəsinin qalibləri mükafatlandırılıb
11:45 Yayda keçiriləcək qəbul imtahanlarına 62 028 abituriyent qatılacaq
11:35 Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
11:24 Bakıda səfirlik avtomobili yük maşını ilə toqquşub
11:16 Moskvada 28 maşın yanıb
11:05 Qaraçuxur qəsəbəsinin daha bir küçəsi əsaslı təmir olunur
10:57 Elmar Məmmədyarov ABŞ-a səfər edib
10:42 Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib
10:36 Ağcabədidə traktor yanıb
10:27 Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir
10:15 Günün qoroskopu
10:04 Atəşkəs pozulub
23 MAY
17:22 Azərbaycan Yay Olimpiya Oyunları üçün namizədliyini verəcək
17:06 “Toppuş bacı“dan qayınanasına təriflər
16:57 Gəncənin su təchizatı sisteminin yenidən qurulmasının növbəti mərhələsinə başlanılıb
16:42 Dövlət başçısı: “Sovet dövründə ağlımıza gəlməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar“
16:30 Prezident: “IV İslam Həmrəyliyi Oyunlarından sonra Azərbaycana turist axını artacaq“

TOP 5

1 Qırışlar üçün maskalar (185833)
2 Gözətrafı qırışlar üçün yağlar (1) (182483)
3 Dəri ağardıcı maskalar (122962)
4 Qozun faydaları (86162)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (86139)
Vyana toplantısında iştirak edəcək Natiq Əliyev razılaşmanın davamlı olacağına ümidlidir
Tarix: 19.05 | Saat: 13:57 | E-mail | Çapa göndər

Azərbaycan prezidentinin razılığı ilə energetika naziri Natiq Əliyev 23-25 may 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə bildirilib ki, N.Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək.
Eyni zamanda, Azərbaycanın neftin qiymətinin sabitləşdirilməsi məramlı tədbirlərdə yaxından iştirakının əhəmiyyətini, bu tədbirlərdə aparıcı rol oynamasını nəzərə alaraq, OPEC-in baş katibi Mohammad Sanusi Barkindo, eləcə də OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin rəhbəri, Küveytin neft naziri Əssam əl-Marzuk Natiq Əliyevlə görüşməyi təklif ediblər.
OPEC-in Nazirlər Şurasının iclasında Vyanada Monitorinq Komitəsinin hasilatın azaldılması ilə bağlı öhdəliklərinin icrasının neft bazarına təsiri, enerji bazarında müşahidə olunan tendensiyalar və iqtisadi inkişaf tempinin təhlili əsasında hazırlanmış hesabatı açıqlanacaq. İlin ikinci yarısı üçün Sazişin müddətinin uzadılması, yaxud digər hansısa bir qərarın qəbulu məhz bu hesabatın nəticələrinə əsasən müəyyənləşəcək.
Nazir hesab edir ki, OPEC üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma tarixi bir qərar olub: "Neft hasil və ixrac edən ölkələrin dünya neft bazarında payından və çəkisindən asılı olmayaraq ilk dəfə olaraq nümayiş etdirdiyi yekdil mövqe ilin birinci yarısı üçün nəzərdə tutulan sazişin uğurlu nəticəsini təmin etmiş oldu. Neft bazarında və neftin qiymətində müşahidə olunan sabitləşmə prosesi, öhdəliklərin icrası OPEC və qeyri-OPEC ölkələrinin birgə qərarının işləkliyini sübut etməklə bərabər, 5 ay bundan əvvəl dünya enerji bazarını saran problemdən çıxış metodunun da düzgün seçildiyini, hasilatın azaldılması qərarının özünü doğrultduğunu bir daha təsdiqləyir. Vyana sazişinin nəticələrinin davamlı olmasına ehtiyac var. Bu məqsədlə bütün neft hasil edən ölkələrin bu prosesdə fəal iştirakı, ümumi mənafe naminə birgə hərəkət etməsi vacibdir. Azərbaycan neft hasilatının azaldılması barədə razılaşmanı imzalayan tərəf kimi bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır".
Xatırladaq ki, cari ilin yanvar ayından etibarən, Azərbaycan ölkədə hasilatı nəinki sutkada 35 min barrel azaltmaqla müvafiq öhdəliyinə uyğunlaşdırıb, hətta kvotadan da artıq azalmaya nail olub. Rəqəmlərə istinad etsək, görərik ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında 781,1 min barrel olub. OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsi Azərbaycanı bu prosesdə aparıcı ölkə kimi qiymətləndirib.

Xəbər 77 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

24.05.2017
Nazir: “Vyana görüşündə sürpriz olmayacaq“
24.05.2017
İrkutsk-Bakı aviareysi açılır
24.05.2017
Qaraçuxur qəsəbəsinin daha bir küçəsi əsaslı təmir olunur
24.05.2017
Dünya birjalarında neftin qiyməti müxtəlif dinamika nümayiş etdirir
23.05.2017
Gəncənin su təchizatı sisteminin yenidən qurulmasının növbəti mərhələsinə başlanılıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

25 MAY
11:00 PRESS-ANONS
25 May 2017
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Qurumların yeni elektron xidmətləri hansılardır?
12 MAY  |   12:00
Dövlət qurumlarına müraciətlər nədən ibarətdir?
08 MAY  |   12:38
“Elektron müraciət” xidməti nədir? – Müraciətlərin statistikası
27 APREL  |   12:05

SAĞLAMLIQ

Böyrək daşları və xalq təbabəti
24 MAY  |   14:00
Qozun bilmədiyiniz faydaları
24 MAY  |   13:29

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Saçların yağlanmasına gətirən 6 səbəb
24 MAY  |   13:44
Üz üçün “Minus 10“ maskası
24 MAY  |   13:37

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1231

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info