İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

20 APREL
16:13 Qulaq cingildəməsinə diqqət!
16:00 Prezident İlham Əliyev yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub
15:47 Dünyanın ən mühüm kəşfləri
15:34 Bakıda “Formula-1“lə bağlı iki xəstəxana ayrılıb
15:27 Yadplanetlilər niyə gözə görünmür?
15:13 Azərbaycanlı “Yeni dalğa 2018”-in finalına çıxdı
15:00 Bakı Metropolitenində siqaret çəkilməsinə dair qadağanın əhatə dairəsi genişləndirilib
14:42 Azərbaycanlı reper ənənələri pozdu
14:40 Ayda su ehtiyatı tapılıb
14:37 Ulduz enerjisindən elektrik cərəyanı alınacaq
14:24 “Arsenal”da 22 illik Venger erasının sonu!
14:13 Milliyə İspaniya və İsveçdən azərbaycanlı futbolçular çağırıldı
14:00 Rayonlarda qar, leysan yağacaq, dolu düşəcək
13:47 Damla göz yaşlarını saxlaya bilmədi: “Gərək efirlərə çıxmazdım“
13:45 Kəpənək şəkilləri
13:37 Ruhi Əliyeva toya 5700 manatlıq geyimdə gəldi
13:26 Hər səhər bu sudan üç stəkan için, diabet, təzyiq və xərçəng xəstəliyi yox olacaq!
13:13 Plastik əməliyyatlar beynin qocalmasını sürətləndirir.
12:38 Böyrəkləri qorumaq üçün bunları yeyin
12:27 Bu içki beynin strukturuna təsir edir
12:17 Marsa arılar göndəriləcək
12:00 ABŞ-da “tektonik bomba” tapıldı
11:43 Latın Amerikası Film Festivalının bağlanış mərasimi keçirilib
11:32 ETSN: Bakıda toz-dumanın miqdarı sanitar norma daxilindədir
11:23 Bakıda avtomobil dirəyə çırpılıb, sürücü ölüb
11:14 La Liqanı tərk edən ilk klub müəyyənləşdi
11:07 “Qəbələ“ “Raquf Orucov Kuboku“nu qazandı
10:57 Aktrisanın evindən yarım milyonluq oğurluq
10:45 Türkan Şoray xəstəxanaya yerləşdirilib
10:35 Azərbaycanda zəlzələ olub
10:25 Günün qoroskopu
10:14 Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib
10:08 Atəşkəs pozulub
19 APREL
18:00 Danninq Krüger sindromu
17:42 Sərv qamətli olmaq üçün, bunları mütləq oxuyun...
17:40 İşgüzar görkəmdə buraxılan 10 səhv
17:34 Final uğrunda mübarizə: “Fənərbaxça“ “Beşiktaş“a qarşı
17:23 “Çelsi”nin futbolçusuna sərt cəza
17:14 Əməkdar artist canlı yayımda ÜSYAN ETDİ: Pulum yoxdur ki...
17:00 Kamran Babazadənin xatirəsinə həsr olunmuş “19-cu Bahar“ adlı kitabın və klipin təqdimatı keçirilib

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (220356)
2 Qırışlar üçün maskalar (207480)
3 Dəri ağardıcı maskalar (138546)
4 Qozun faydaları (114859)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (105946)
Şahmar Əkbərzadə adına Ədəbiyyat Mükafatı təqdim olundu
Tarix: 26.05 | Saat: 13:00 | E-mail | Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Ədəbiyyat Mükafatı laureatlarının təqdimetmə mərasimi keçirilib.
BMM.az xəbər verir ki, tədbir çərçivəsində “Kaspi” qəzetinin təsisçisi, şairə Sona Vəliyevanın “Dünya Tanrı biçimdədir” adlı şeirlər kitabı təqdim olunub.
Akademiyanın sədri Elçin İskəndərzadə tədbir iştirakçılarını məlumatlandırıb, tədbirin məqsədli şəkildə bu günə təsadüf etdiyini deyib: “Bütün dünya türklərini, azərbaycanlılarını, eləcə də İslam dininə mənsub olan hər kəsi ali bayramlarımız olan Respublika Günü və müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Şərqdə ilk dəfə yaranan demokratik respublika hamımızın qüruru və fəxridir.”
E.İsgəndərzadə “Vektor”un yaranma səbəblərindən bəhs edib, bildirib ki, bu günə qədər dünyanın 40-a qədər beynəlxalq akademiyaları, universitetləri, institutları, elm mərkəzləri ilə əməkdaşlıqları olub, 17 ölkənin prezidenti ilə görüşlər keçiriblər. Onlarla gənc yazarların kitabları çap olunub, mükafatlar verilib. O həm də keçən il bu mükafata layiq görülmüş lauretların ktablarını təqdim edib. Şairə Sona xanım Vəliyevanın “Dünya Tanrı biçimdədir” kitabının sevincini iştirakçılarla bölüşəcəyini vurğulayıb.
Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin professoru Cahangir Məmmədli çıxışında bildirib ki, bütün müqəddəs kitablarda “öncə söz yarandı”: “Bu tədbirdən ayrılanda mənim qazancım əvəzsiz nəşrlər olacaq. Bu kitablar içərisində Azərbaycan ədəbiyyatının sayılıb seçilən nümayəndələri yer alıb, onlar haqqında da yenə ədəbiyyatımızın sanballı adamları ön söz yazıb. Mən burda Sona xanım Vəliyevanın eyni formatda rus dilinə də tərcümə olunan şeirlər kitabını görürəm. Bütün dünyaya hər şeydən əvvəl söz gəlib, bu kitablar o sözün ifadəsidir”sözlərini dilə gətirib.
Əməkdar jurnalist Flora Xəlilzadə isə düşüncələrini bu şəkildə ifadə edib: “Salona daxil olandan gözümün qarşısına Şahmar Əkbərzadə gəlir. Sizə təşəkkkür edirəm, onun yaradıcılığına, onun şəxsiyyətinə layiq olan insanlara bu mükafatı verirsiniz. Təbrik edir və yaradıcılıq uğurları arzu edirəm. Xanım şairlərimizin içərisində xüsusilə Sona xanımın şəxsiyyətinə, insanlığına poeziyasına bələd bir insan kimi deyə bilərəm ki, o bizim söz adlı varidatın zirvəsində öz halal yerində dayanıb”.
Tənqidçi Əsəd Cahangir Şahmar Əkbərzadə dünyasında musiqinin, poeziyanın, elmin, idrakından, vəhdətindən söz açıb: “O istedadın və elmin birləşdiyi, amma istedaddan da, elmdən də yuxarıda dayanan üçüncü bir sahənin adamıydı. Qarşıdurmadan yuxarı qalxmışdı. Mən onu həyatda tanıdığım üçün özümü xoşbəxt sayıram. Elçin İskəndərzadəyə bu mükafatı onun adına təsis elədiyi üçün minnətdaram. Laureatların arasında Dayandur Sevginin adını görəndə sevindim, o bir ədəbiyyat fədaisidir. Sona xanım Vəliyevanın “Dünya Tanrı biçimdədir” kitabı ilə on gündür əlbirəm, artıq haqqında böyük bir məqalə hazırlamışam, bu günlərdə dərc olunacaq. Kitab haqqında fikirlərimi orda geniş açıqlamışam. Bizim poeziya nümayəndələrimiz sözün hər iki üzünü görürlər. Həm OL dan əvvəlki həm də Oldan sonrakı üzünü. Mən Sona xanımın əsərləsində sözün bu iki halına rast gəldim. Bu mükafat həm də ona görə yerinə düşüb ki, Şahmar Əkbərzadənin yaradıcılığında olan səs, rəng, Sona xanımda da var. Bütün mükafat alanları ürəkdən təbrik edirəm”.
Vaqif Bayatılı Ödər Sona Vəliyevanın “şeirin rəngi” misralarını oxuyub və təhlil edib.
Qulu Ağsəs laureatları təbrik edib.
Şair Dayandur Sevgin da öz növbəsində laureatları təbrik edib və “Üç rəngli göy qurşağı”adlı kitabından eyniadlı şeiri səsləndirib.
Elçin İsgəndərzadə həmçinin Sona Vəliyeva haqqında düşüncələrini yazdığını deyib: “Çağdaş Azərbaycan vətəndaşlığının, ziyalılığının, maarifçiliyinin, mətbuatının və poeziyasının ali və etalon təmsilçilərindən biri Sona xanım Vəliyevanın “Dünya Tanrı biçimdədir” kitabı haqda fikirlərimi “Bayatı” jurnalında qələmə almışam. Bu kitab məni mənəvi olaraq Şuşaya apardı. Sona xanımın poeziyası mənim üçün Vətəndir!”.
Sona Vəliyeva öz çıxışında kövrək məqamları dilə gətirib: “Sözdən başladıq, poeziya ilə davam elədik. Bilirsinizmi, mən bu dünyadan bir ziyalımız köçəndə onun ölümünə deyil, Qarabağın alındığı günü görmədən dünyadan köçdüyünə təəssüflənirəm. Ölüm haqdı, heç kim bu dünyada qalmayacaq. Amma Qarabağ dərd hamımızın ürəyində iz qoyub, biz heç vaxt mütləq mənada xoşbəxt ola bilmərik. Tanrı bizə, ziyalılarımıza Məmməd Arazın, Xudu Məmmədovun, Şahmar Əkbərzadənin, Eldar Baxışın və adını çəkmədiyim neçə ziyalımızın görmədiyi həmin günü görməyi qismət eləsin. Mənim bütün sözüm, fikrim, torpaqla bağlıdır. Biz sözlə, mənəviyyat saflaşdıran bir işlə məşğuluq. Allah hamının qəlbinə yaxşı söz deməyi qismət eləsin. Laureat adına layiq görülən hər kəsi təbrik edirəm. ”
Daha sonra laureatlara Şahmar Əkbərzadə mükafatları təqdim olunub.
Qeyd edək ki, Şahmar Əkbərzadə adına mükafat təsis edən “Vektor” Beynəlxalq Elmlər Akademiyası 17 ildir bu mərasimi təşkil edir və bir nəfər əcnəbi, bir neçə Azərbaycan şairini bu mükafata layiq görür. Bu günə qədər qurumun eyni istiqamətdə 57 kitabı çapdan çıxıb.

Xəbər 1400 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.04.2018
Kamran Babazadənin xatirəsinə həsr olunmuş “19-cu Bahar“ adlı kitabın və klipin təqdimatı keçirilib
12.04.2018
Prezident seçkilərində medianın iştirakı ilə bağlı mətbuat konfransı keçirilib
03.04.2018
“Qafqaz- Media” İctimai Birliyinin təşkilatçılığı ilə “İlhamlı günlərə gəlin səs verək” adlı tədbir keçirilib
30.03.2018
“İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib
28.03.2018
ABŞ-ın “AJF & Associates, İnc.“ təşkilatı və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll“ öncəsi sorğunun nəticələrini açıqlayıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

21 APREL
14:00 PRESS-ANONS
21 Aprel 2018
04 MAY
12:00 PRESS-ANONS
04 May 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qulaq cingildəməsinə diqqət!
20 APREL  |   16:13
Böyrəkləri qorumaq üçün bunları yeyin
20 APREL  |   12:38

Fotogalereya

Kəpənək şəkilləri Səttar Bəhlulzadənin rəsm əsərlərindən Seçiminizə kömək edə biləcək qonaq otağı mebeli modelləri 2018-ci ilin trend qadın geyimləri

QADIN SAATI

Hər səhər bu sudan üç stəkan için, diabet, təzyiq və xərçəng xəstəliyi yox olacaq!
20 APREL  |   13:26
Plastik əməliyyatlar beynin qocalmasını sürətləndirir.
20 APREL  |   13:13

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1317

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info