İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

18 NOYABR
10:58 Rusiyada avtobus yük avtomobili ilə toqquşub, xəsarət alanlar var
10:47 ETSN: Zığda sürüşmə aktivdir, 43 saylı binada qrunt sularının yer səthinə çıxması müşahidə olunur
10:37 Böyük Britaniyada təyyarə ilə helikopter toqquşub, ölənlər var
10:27 Günün qoroskopu
10:18 Dünya birjalarında neftin qiyməti artıb
10:07 Atəşkəs pozulub
17 NOYABR
13:00 Damla aktrisalığa keçdi - Müğənni bu serialda çəkiləcək
12:49 “İnciməsinlər” - Zamiq konsertinə sənət dostlarını çağırmadı
12:38 Xərçəngdən qoruyan B17 vitamini hansı qidalarda var?
12:22 Bütün bitkilərin ən xeyirlisi – FAYDASINDAN SİZ DƏ BƏHRƏLƏNİN
12:18 Zeytunun qəhvəsi
12:00 Bəzi yerlərdə yağış yağacaq, duman olacaq
11:45 Prezident İlham Əliyev Özbəkistan baş nazirinin müavinini qəbul edib
11:38 Oqtay Əsədov: “Cümhuriyyətin və parlamentin 100 illiyi ilə bağlı işlərə start verilib“
11:27 AMEA əməkdaşları üçün Abşeronda yaşayış kompleksi salınacaq, poliklinika yaradılacaq
11:15 Bakıda üçotaqlı ev və avtomobil yanıb
11:08 Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi başa çatıb
10:58 Ərdoğan: “Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qərarların icrasına ümid etmir“
10:45 Ağcabədidə “Volkswagen“ markalı minik avtomobil yanıb
10:37 Azərbaycanda Milli Dirçəliş günüdür
10:26 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
10:07 Atəşkəs pozulub
16 NOYABR
16:00 Səlcuk İnan millidən gedir
15:45 “Qarabağ“ - “Çelsi“: bütün biletlər satıldı
15:38 PSJ-nin futbolçusu ili erkən başa vurdu
15:25 “Barselona“dan Messiyə ömürlük müqavilə
15:16 Ançelotti ilə danışıqlara başlanıldı
15:00 Oksana yenə qazana bilmədi - “Mələyin öpüşü“ kinoteatrlardan çıxarıldı
14:44 Alişa Çinay Şəkiyə heyran qalıb: “Hər yerdə Azərbaycan haqqında danışacam“
14:37 Türkiyə prezidentinin müşaviri: “Ən böyük problemlərdən biri Qarabağın xaincəsinə işğalıdır“
14:24 Abşeron Olimpiya İdman Kompleksinin açılışı olub
14:16 Prezident: “Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır”
14:00 Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay - GÜNDƏ 2 FİNCAN İÇİN
13:48 Portağal şirəsi nadir xüsusiyyətlərə malikdir
13:34 Armudun üstünə bal töküb yesəniz... - FAYDALARI
13:22 Quru əncirin MÖCÜZƏVİ FAYDALARI
13:15 Ürək xəstəlikləri və insult riskini azaldan QƏHVƏ...
13:00 Pnevmoniya zamanı ən sadə reseptlər
12:47 SOCAR: Cənub Qaz Dəhlizi qrafikə uyğun reallaşdırılır

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (204668)
2 Qırışlar üçün maskalar (196995)
3 Dəri ağardıcı maskalar (132943)
4 Qozun faydaları (102158)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (96590)
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
Tarix: 31.05 | Saat: 16:00 | E-mail | Çapa göndər

Aparılan monitorinq maraqlı faktlar üzə çıxarıb
Dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu həm də dövlətin müasir prinsiplər əsasında idarə olunması anlamına gəlir. Bu prinsiplər vətəndaşların rahatlığının təminatına hesablanıb. Belə ki, vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı rahatca əldə edə bilər. Bu gün demək olar, bütün dövlət qurumlarının internet portalı mövcuddur. Bəs, görəsən bu elektron portallar necə işləyir? Dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilirmi?
Bakı şəhərinin 12 inzibati rayonunun aid olduğu İcra Hakimiyyəti orqanlarının aprel ayı üzrə aparılan monitorinqinin nəticələrindən bəlli olur ki, vətəndaşlar üçün məlumatlar internet resurslar üzərindən operativ şəkildə çatdırılır. Lakin bu qaydanı pozan icra orqanları da var.
Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet saytında (yasamal-ih.gov.az) ötən ay üzrə 11 xəbər yerləşdirilib. Burada qurumun keçirdiyi tədbir, görüş və iclaslar yer almaqdadır. Həmçinin xəbərlər bölməsində 27 yanvar tarixində Həzi Aslanov 3 ünvanında güclü yanğın nəticəsində yanmış binanın yenidən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən bərpa olunaraq sahiblərinə təhvil veriləcəyi barədə məlumat yerləşdirilib.
Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi internet resursu (binegedi-ih.gov.az) aprel ayında ən çox xəbər yerləşdirən, vətəndaşları daha operativ şəkildə məlumatlandıran qurum kimi qiymətləndirilib. Orqan ötən ay 71 xəbər yerləşdirib ki, onların da tərkibində görüş və iclaslar, həmçinin əlamətdar günlərə həsr olunan tədbirlərin keçirilməsi, aprel döyüşlərinin Binəqədi rayonundan olan şəhidlərinin il mərasimlərinin təşkili yer alır. Sayta baxış zamanı məlum olur ki, İcra Hakimiyyəti mütəmadi olaraq vətəndaşlara xidmət göstərir.
Xətai rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanı olan khatai-ih.gov.az isə demək olar ki, aprel ayının hər günü üzrə vətəndaşlar üçün bir xəbər yerləşdirib. Qurumun saytında ötən ay 28 xəbər yer alır. İcra orqanı məktəblərdə keçirilən görüşlər, aprel şəhidlərinin il mərasimlərinin təşkil edilməsi, Mərkəzi Neftçilər Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilməsi, "Ağ şəhər” ərazisində işlərin gedişi ilə bağlı məlumatlar yayıb.
Xəzər rayon İcra Hakimiyyətinin internet resursunda (xazar-ih.gov.az) yenilənmənin sonuncu dəfə 31.03.2017-ci il tarixdə olması diqqət çəkən məqamlardandır. Aprel ayı üzrə icra orqanının gördüyü işlər barədə heç bir məlumat yoxdur. Bu isə onu deməyə əsas verir ki, saytda vətəndaşlar üçün lazımı dərəcədə xidmət göstərilmir.
Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi internet saytı (narimanov-ih.gov.az) ötən ay üzrə cəmi 11 xəbər yerləşdirib. Burada IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Nərimanov rayon könüllüləri ilə keçirilən görüşlər, rayonunda əhalinin tibbi müayinəsinin aparılması, Çernobıl faciəsinin 31-ci ildönümü, aprel şəhidi Mahir Mirzəyevin il mərasiminin təşkili kimi məlumatlar verilib.
Nəsimi rayon İcra Hakimiyyətinin internet ünvanında (nesimi-ih.gov.az) xəbərlər bölümündə ötən ay 27 xəbər yerləşdirilib. İnternet resurs mütəmadi olaraq yenilənərək, rayonda keçirilən "Aprel döyüşləri dərsləri”, ayın əlamətdar günlərinə həsr olunmuş tədbirlər və s. kimi məlumatlar verilib.
Nizami rayon İcra Hakimiyyətinin internet resursu da (nizami-ih.gov.az) aprel ayı üzrə 11 xəbər yerləşdirilib. Yerləşdirilən məlumatlardan aydın olur ki, rayonda "İslam həmrəyliyi ili” çərçivəsində tədbir, ordu sıralarından tərxis olunmuş gənclərlə görüş və s. bu kimi tədbirlər keçirilib.
Səbail rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanı olan sabail-ih.gov.az da yenilənən internet resurslarındandır. Burada ötən ay 9 xəbər yerləşdirilib, onların əsasını rayonda keçirilən iməciliklər, konfranslar, iclaslar və s. təşkil edir.
Sabunçu rayon İcra Hakimiyyəti də öz internet resursunu (sabunchu-ih.gov.az) aprel ayı üzrə yeniləyərək 10 xəbər yerləşdirib. Məlumatlardan bəlli olur ki, İcra Hakimiyyəti mütəmadi olaraq vətəndaşların problemləri ilə maraqlanır. Xəbərlər arasında rayonun çağırışçı gənclərinin hərbi hissələrə yola salınmasına həsr olunan tədbirin keçirilməsi, aprel şəhidinin ildönümünün anılması diqqətə layiqdir.
Suraxanı rayon İcra Hakimiyyəti rəsmi internet ünvanında (surakhani-ih.gov.az) 16 xəbər yerləşdirərək aprel ayı üzrə internet resursun yenilənməsini təmin edib. Burada rayonda ağac əkmə aksiyalarının və əlamətdar günlərin İcra Hakimiyyəti tərəfindən təşkil edilməsi barədə məlumatlar yer alır.
Qaradağ rayon İcra Hakimiyyətinin rəsmi internet saytı olan qaradagh.gov.az isə vətəndaşlara davamlı olaraq rayonla bağlı informasiyalar ötürür. Sayt aprel ayında 15 xəbər yerləşdirib ki, onların da əsasını Müqəddəs Pasxa Bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün keçirilən tədbir və ay üzrə əlamətdar günlərin təşkil edilməsi əhatə edir.
Pirallahı rayon İcra Hakimiyyətinin internet ünvanında (pirallahi-ih.gov.az) ötən ay üzrə 12 xəbər yerləşdirilib. Xəbərlərdə rayonda keçirilən tibbi müayinə, aprel döyüşlərinin ildönümünə həsr edilmiş bu kimi məlumatlar verilib.
Bakı şəhəri İcra Hakimiyyətinin rəsmi internet ünvanı (baku-ih.gov.az) isə qətiyyən ürəkaçan deyil. Belə ki, burada internet resursun son yenilənmə tarixi nə az, nə çox, düz iki il bundan əvvəli əhatə edir. İcra Hakimiyyəti 2015-ci ilin may ayından etibarən saytında xəbərlər yerləşdirmir. Bundan əlavə, həmin müddətə qədər olan məlumatlar hər ilə 2-3 xəbərin verilməsi ilə yenilənib.

L.Hüzeynzadə
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 1525 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
06.06.2017
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?
08.05.2017
Dövlət qurumlarına müraciətlər nədən ibarətdir?


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

20 NOYABR
15:00 PRESS-ANONS
20 Noyabr 2017
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Xərçəngdən qoruyan B17 vitamini hansı qidalarda var?
17 NOYABR  |   12:38
Bütün bitkilərin ən xeyirlisi – FAYDASINDAN SİZ DƏ BƏHRƏLƏNİN
17 NOYABR  |   12:22

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Dərim niyə quruyur? - SƏBƏBLƏR
07 NOYABR  |   13:00
İldə neçə dəfə saçları boyamaq olar?
18 OKTYABR  |   14:25

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1278

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info