İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 İYUL
12:36 Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA
12:14 Saçlarım niyə tökülür? - 5 BİLMƏDİYİNİZ SƏBƏB
12:08 Azərbaycanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
11:57 Qəbələdə beş otaqlı ev yanıb
11:47 Bakı-Quba yolunda yük və minik maşınları toqquşub, ana və azyaşlı qızı xəsarət alıb
11:36 Siyəzəndə yanğın olub
11:26 Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
11:16 Cəlilabadda ev əşyaları ilə birgə yanıb
11:07 Bakıda minik avtomobili yanıb
10:51 Bakıda fərdi evdə yanğın olub
10:47 Masallıda “Sənaye məhəlləsi”nin tikintisinə başlanılıb
10:37 Azərbaycan milli mətbuatının 142 yaşı tamam olur
10:27 Günün qoroskopu
10:16 Dünya birjalarında neft ucuzlaşıb
10:08 Atəşkəs pozulub
21 İYUL
17:00 “Qarabağ“ın rəqibində yeni müqavilə
16:45 Çili millisinin üzvü “Fənərbaxça“da - rəsmi
16:32 La Liqada yeni mövsümün püşkü atıldı
16:25 “Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr edilib
16:13 Elmar Məmmədyarov Macarıstana səfər edəcək
15:58 “Dəhşətli gecə yaşadıq“ - İradə İbrahimova
15:33 Aygünlə Röyanı barışdırmaq istəyirlər
15:23 Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan olunub
15:14 Məmmədyarov Macarıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
15:00 Bitki çayları ana südünə təsir edirmi?
14:45 Asfiksiya nədir
14:34 Öskürək nədir?
14:25 Bronxial astmanın müxtəlif növləri
14:15 Plevritin əmələ gəlmə səbəbləri
14:00 Bu gün Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü keçiriləcək
13:44 Məktəb direktorları, direktor müavinlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq
13:36 Bakıda 40, rayonlarda 42 dərəcə isti olacaq
13:26 “Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər iyulun 24-dək qeydiyyatdan keçməlidirlər
13:14 “Qəbələ” klubların reytinq siyahısında irəliləyib
13:05 “Panatinaikos”un legioneri: “Qəbələ” yaxşı komandadır
12:59 Bakının mərkəzində nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün bəzi təkliflər irəli sürülüb
12:47 Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır”
12:33 “Pirallahı” günəş elektrik stansiyasının açılışı olub
12:23 Prezident İlham Əliyev Pirallahının mərkəzində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub
12:13 Prezident İlham Əliyev Pirallahıda içməli su təchizatı layihəsinin açılışında iştirak edib

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (192175)
2 Qırışlar üçün maskalar (190143)
3 Dəri ağardıcı maskalar (127560)
4 Saçlar üçün çaytikanı yağı ilə maskalar (89466)
5 Qozun faydaları (89270)
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
Tarix: 06.06 | Saat: 17:08 | E-mail | Çapa göndər

Elektron xidmətə keçid qarşısı alınmaz bir prosesdir və bu proses sürətlə həyata keçirilir. Bu gün demək olar ki, bütün dövlət qurumlarının internet portalı mövcuddur.
Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayı və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Bəs dövlət qurumlarının internet resursları vətəndaşlara göstərilən bu xidmətləri layiqincə yerinə yetirə bilirlərmi?
Aparılan monitorinqin nəticəsində bəlli olur ki, dövlət orqanları içərisində ən operativ fəaliyyət göstərən elektron resurs Azərbaycan Respublikası Prezidentinin rəsmi saytıdır. (www.president.az) Bu sayt ölkə başçısının səfərləri, görüşləri, verdiyi Fərman, Sərəncam, Əmr və göstərişlər barədə vətəndaşlara operativ məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmi internet resursu (www.asan.gov.az) vətəndaşların bu xidmətlə bağlı rahatlığını təmin etmək üçün ən yaxşı formada fəaliyyət göstərir. Sayta daxil olan kimi açılan menyu panellərində elektron müraciət və digər xidmətlərlə bağlı ətraflı izaha rast gəlmək olar.
Azərbaycan Respublikası Milli Məclisinin rəsmi saytı olan www.meclis.gov.az portalında parlamentdə keçirilən iclaslar, qəbul edilən qərarlar, qanunlara edilən əlavə və dəyişikliklər, o cümlədən parlamentin xarici əlaqələri ilə bağlı mütəmadi olaraq informasiyalar yerləşdirilir.
Nazirlər Kabinetinin (www.cabmin.gov.az) və Xarici İşlər Nazirliyinin (www.mfa.gov.az) rəsmi elektron portallarında da gündəlik informasiya yenilənmələrinin şahidi oluruq.
Aparılan araşdırmaların nəticəsi kimi qeyd edə bilərik ki, Azərbaycanın hüquq mühafizə orqanları vətəndaşlara baş vermiş hadisələrlə bağlı operativ şəkildə məlumatlar təqdim edirlər. Bu baxımdan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəsmi saytları xüsusilə fərqlənirlər. Belə ki, bu qurumların elektron portalları olan www.mia.gov.az və www.genprosecutor.gov.az saytlarında mütəmadi olaraq məlumatlar yenilənir, cəmiyyətə operativ informasiyalar çatdırılır.
Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az), Dövlət Gömrük Komitəsinin (www.customs.gov.az) saytları da operativ fəaliyyət göstərməkdədirlər.
Ədliyyə Nazirliyinin (www.justice.gov.az) və Dövlət Təhlükəsizliyi Xidmətinin (www.dtx.gov.az) saytlarında vətəndaşların informasiya əldə etməsi və elektron müraciət qaydaları ilə bağlı geniş məlumat verilib.
Cəbhədə vəziyyətin hər an gərginləşə biləcəyi ehtimalını nəzərə alsaq, insanların ən çox daxil olduğu saytardan birinin Müdafiə Nazirliyinin rəsmi elektron portalı (mod.gov.az) olduğunu deyə bilərik. Sayt yeni dizaynda tərtib olunduqdan sonra xeyli təqdir toplayıb. Portalda cəbhədə baş verən ən son hadisələrlə bağlı gündəlik dolğun məlumatlar yerləşdirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron resursu olan www.seferberlik.gov.az saytının elektron müraciət bölməsindən istifadə etməklə hərbi xidmətə çağırışla bağlı istənilən suala cavab tapmaq mümkündür.
Vergilər Nazirliyinin rəsmi portalı olan www.taxes.gov.az saytı dizayn və vətəndaşlara göstərdiyi keyfiyyətli xidmətə görə seçilən saytlardandır. Bu saytda digər qurumların rəsmi portallarından fərqli olaraq "elektron bələdçi” xidməti də fəaliyyət göstərir. Saytda məlumatlar Azərbaycan, rus və ingilis dillərində yayımlanır.
İqtisadiyyat və Maliyyə Nazirliklərində gündəlik informasiyalar yerləşdirilsə də, ikincinin elektron poçt adresinin olmaması diqqətdən kənarda qalmadı.
Konstitusiya Məhkəməsinin rəsmi saytında (www.constcourt.gov.az) vətəndaşların onlayn qaydada müraciəti üçün rahat şərait mövcuddur. Sayt 3 dildə yayımlanır və mütəmadi olaraq məlumatlar yayımlanır.
Ali Məhkəmənin saytı (www.supremecourt.gov.az) da 3 dildə yayımlanır və vətəndaşı maraqlandıran istənilən sualla bağlı quruma onlayn qaydada müraciət etmək mümkündür.
Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında (www.mct.gov.az) gündəlik informasiyalar yerləşdirilsə də, vətəndaşın müraciət etməsi üçün saytın "e-xidmətlər” bölməsi aktiv deyil.
Mütəmadi olaraq statistik məlumatları hazırlayıb cəmiyyətə təqdim edən Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytı iki dildə (Azərbaycan və ingilis) fəaliyyət göstərir. Sayta daxil olan hər bir vətəndaş müvafiq bölmələrə daxil olaraq qurumun fəaliyyəti ilə bağlı istədiyi məlumatı rahatca əldə edə bilər. İstənilən statistik nəticəni əldə etmək üçün müvafiq bölməni seçmək kifayətdir.
İnsanların ən çox müraciət etdiyi qurumlardan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az saytında vətəndaşların informasiya əldə etməsi üçün hər cür rahatlıq təmin olunub. Bəzi qurumların rəsmi portalları kimi bu sayt da hər gün materiallar ingilis dilinə tərcümə edilir.
Sosial ödənişlərlə bağlı tez-tez müraciət olunan digər qurum - Dövlət Sosial Müdafiə Fondu da elektron qaydada vətəndaşlara uğurlu xidmət göstərməkdədir. Fondun rəsmi elektron portalı www.sspf.gov.az saytında vətəndaşlar yenilənmiş məlumatlarla tanış ola bilərlər.
Energetika Nazirliyinin www.minenergy.gov.az saytında onlayn müraciət xidməti mövcud olsa da, "e-qəbul” bölməsi nədənsə aktiv deyil.
Ən aktiv elektron portala sahib dövlət qurumlarından biri Dövlət Neft Şirkətidir. Günün istənilən vaxtı www.socar.gov.az saytında yeni məlumatlarla qarşılaşmaq mümkkündür.
Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az saytının dizayn baxımından elə də ürəkaçan deyil. Belə ki, vətəndaşın lazımi informasiyanı əldə etməsi üçün sayt daxilində bir müddət gəzişməsi tələb olunur. Nazirliklə əlaqə bölməsini tapmaq üçün xeyli vaxt gedir.
Son dövrlər daima diqqət mərkəzində olan Mərkəzi Bankın rəsmi internet resursunda (www.cbar.az) müəyyən qüsurların olduğu nəzərimizdən qaçmadı. Saytın tərtibatındakı çatışmazlıqlar, xüsusən də vətəndaşların müraciəti ilə bağlı ayrıca bölmənin olmaması əsas problemlərdəndir.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın rəsmi elektron portal olan www.antikorrupsiya.gov.az saytında sonuncu xəbər yenilənməsi fevral ayının 22-ə təsadüf edir. Saytda komissiyanın fəaliyyəti və quruma müraciətlə bağlı ətraflı məlumat yerləşdirilib.
Ləman Hüzeynzadə
Bu məqalə "Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Dövlət qurumlarında əhalinin müraciətlərinə baxılması qaydalarının monitorinqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 465 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

05.07.2017
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
31.05.2017
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
30.05.2017
Elektron imza nədir?
12.05.2017
Qurumların yeni elektron xidmətləri hansılardır?
08.05.2017
Dövlət qurumlarına müraciətlər nədən ibarətdir?


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

24 İYUL
12:00 PRESS-ANONS
24 İyul 2017
14:00 PRESS-ANONS
24 İyul 2017
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Artıq çəki yığmamaq üçün... - Çox sadə QAYDA
22 İYUL  |   12:36
Bitki çayları ana südünə təsir edirmi?
21 İYUL  |   15:00

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Saçlarım niyə tökülür? - 5 BİLMƏDİYİNİZ SƏBƏB
22 İYUL  |   12:14
Saç rənginin təbii yollarla açılması
19 İYUL  |   14:48

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1249

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info