İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 OKTYABR
11:18 Hava qeyri-sabit keçəcək, yağış yağacaq, çaylarda sululuq artacaq
11:00 Misirdə 4 avtomobilin toqquşması nəticəsində 16 nəfər ölüb
10:47 Sabirabadda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
10:36 Bakıda 4 otaqlı ev yanıb
10:27 Günün qoroskopu
10:16 Dünya birjalarında neft bahalaşıb
10:07 Atəşkəs pozulub
20 OKTYABR
17:00 UEFA “Roma”nı cəzalandıra bilər
16:45 “Benzema “Real”da çox xoşbəxtdir”
16:36 Skolari Çin klubundan ayrılır
16:28 Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu
16:13 Prezident: “Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir”
16:00 Azərbaycan prezidenti: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz“
15:45 Çuğundur yarpağının faydaları
15:34 Alma yağının faydaları nələrdir?
15:24 Ardıc yağının faydaları
15:13 Dəfnə yarpağının yağının faydaları
15:00 “Gülən fındığ“ın həyatverici keyfiyyətləri
14:47 Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək
14:35 Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq
14:27 Məleykə Abbaszadə: “Yeni imtahan modeli ilə bağlı çox sual var”
14:17 Azərbaycan prezidentinin Türkiyəyə səfəri başa çatıb
14:00 Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
13:44 Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq
13:33 2018-ci ilin dövlət büdcəsində təhsil xərcləri üçün 2 milyard manatdan çox vəsait ayrılıb
13:23 Türkiyədə Azərbaycan prezidentinin iştirakı ilə D-8 sammiti başlayıb
13:16 Hava yağmursuz keçəcək, duman olacaq
13:00 Səməd Seyidov: “Azərbaycanı Avropa Şurası kimi vacib tribunadan məhrum etmək istəyirlər“
12:57 Nazir: “Hasilatın azaldılması özünü doğruldur, neft bazarı tarazlaşıb“
12:41 Milli Məclisin növbəti plenar iclası keçirilir
12:36 Ərəb ölkələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün bəzi təkliflər veriblər
12:23 Şamaxıda avtomobil aşıb, sürücü ölüb
12:14 Azərbaycan ərəb ölkələrinə birgə investisiya fondu yaratmağı təklif edib
11:46 Energetika naziri: “İslahatlara hər zaman ehtiyac var“
11:38 ABŞ-ın Torrens şəhərində Azərbaycanın müstəqillik günü qeyd olunub
11:23 Hindistanda avtobus deposu uçub, 8 nəfər ölüb
11:14 Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı noyabrda keçiriləcək
11:08 Ali məktəblərin hazırlıq qruplarına qəbul qaydaları müəyyənləşib
10:55 Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir
10:44 Sumqayıtda ev yanıb

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (201497)
2 Qırışlar üçün maskalar (195313)
3 Dəri ağardıcı maskalar (132008)
4 Qozun faydaları (97898)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (94693)
“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib
Tarix: 06.10 | Saat: 11:00 | E-mail | Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası tərəfindən “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib.
BMM.az xəbər verir ki, konfransda çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu günkü toplantı Azərbaycan prezidentin tapşırığı ilə keçirilir. Ə. Həsənov vurğulayıb ki, dil bir toplumu digərlərindən fərqləndirən etibarlı vasitədir. O əlavə edib ki, Ümummilli lider Heydər Əliyev deyirdi ki, millətin milliliyini təsdiq edən onun dilidir. Ə. Həsənov Heydər Əliyevin Azərbaycan dilinin qoruması və inkişafında misilsiz xidmətlərindən danışıb: "Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır. Dövlət dili respublikamızda bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizmin vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan verir. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir.
Prezidentin köməkçisi əlavə edib ki, dilimiz indiki səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər xüsusi əlamətdar olub. Ə. Həsənov qeyd edib ki, Moskvanın etiraz etməsinə baxmayaraq Ümummilli liderin prinsipial mövqeyi sayəsində Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi: “Bu dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görüldü. Həmçinin dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olundu".
Ə. Həsənov əlavə edib ki, müstəqil dövlətimizin dil siyasətinin müəyyənləşməsi də Heydər Əliyevin adı ilə bağlıdır. O vurğulayıb ki, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edildi.
Ə. Həsənov həmçinin Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan dili ilə bağlı görülən digər işlərdən danışıb. O qeyd edib ki, 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalanıb. 2001-ci il avqustun 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi barədə qərar alınıb.
Prezidentin köməkçisi vurğulayıb ki, bu istiqamətdə atılan digər mühüm addım 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi idi. Ə. Həsənov diqqətə çatdırıb ki, Ümummilli liderin həyata keçirdiyi dil siyasəti prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. O əlavə edib ki, prezident İlham Əliyev 2015-ci ildə AMEA-nın 70 illiyi ilə bağlı keçirilən toplantıda çıxış edərkən dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini vurğulayıb, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib: Bu gün Prezident dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün geniş tədbirlər həyata keçirir. Onun 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları bu istiqamətdə əhəmiyyətli rol oynayıb".
Ə. Həsənov vurğulayıb ki, müasir dövrdə geniş vüsət alan qloballaşma prosesi dövlət dilinin istifadə sahəsindən də yan keçməyib: "Təəssüf ki, biz tez-tez kütləvi informasiya vasitələrində, o cümlədən elektron KİV-də dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsinin şahidi oluruq. Bu amilləri nəzərə alaraq, prezident İlham Əliyev 2012-ci ilin mayında "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Ə. Həsənov deyib ki, sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-də işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır: “Orada göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmır. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər halda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər sərəncamda xüsusi qeyd olunur".
Ə. Həsənovun sözlərinə görə, hələ 2012-ci ildə imzalanmış prezident sərəncamında sadalanan nöqsanlar bu gün də aradan tam qaldırılmayıb: "Ona görə də prezident dövlət dilinin KİV-də istifadəsi sahəsində mövcud problemlərin bir daha müzakirə edilib vəziyyətdən çıxış yollarının axtarılması və müvafiq təkliflərin hazırlanması məqsədilə bugünkü toplantının keçirilməsi barədə tapşırıq verib". O əlavə edib ki, Azərbaycan reallığında ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər KİV-lərdən yüksəkdə dayanır: "Televiziya və radio hər evə, ailəyə daxil olaraq insanların gündəlik həyatının adi normasına çevrilib. Teleradio dövlət dilinin qorunub saxlanması, inkişafı və zənginləşməsi üçün böyük imkanlara malikdir. Biz bu imkanlardan səmərəli istifadə edərək müstəqil dövlətçiliyimizin milli-mənəvi dayaqlarından biri, cəmiyyətdə səfərbəredici vasitə kimi mühüm rol oynayan dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik".

Xəbər 205 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

17.10.2017
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi
13.10.2017
Cəfər Cabbarlının “Ana“ şeirinə bəstələnmiş əsərin təqdimatı keçirilib
12.10.2017
Azərbaycan şair və yazıçılarının özbək dilində çap edilmiş kitablarının təqdimat mərasimi keçirilib
30.09.2017
Şəhidlərimizin,milli qəhrəmanlarımızın igidliklərinin təbliğinə həsr olunan tədbir keçirilib
13.09.2017
QHT TV-nin təqdimat mərasimi keçirilib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Çuğundur yarpağının faydaları
20 OKTYABR  |   15:45
Alma yağının faydaları nələrdir?
20 OKTYABR  |   15:34

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

İldə neçə dəfə saçları boyamaq olar?
18 OKTYABR  |   14:25
Qırışlar əleyhinə effektli bitki yağları
22 SENTYABR  |   12:55

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1270

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info