İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 OKTYABR
11:18 Hava qeyri-sabit keçəcək, yağış yağacaq, çaylarda sululuq artacaq
11:00 Misirdə 4 avtomobilin toqquşması nəticəsində 16 nəfər ölüb
10:47 Sabirabadda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
10:36 Bakıda 4 otaqlı ev yanıb
10:27 Günün qoroskopu
10:16 Dünya birjalarında neft bahalaşıb
10:07 Atəşkəs pozulub
20 OKTYABR
17:00 UEFA “Roma”nı cəzalandıra bilər
16:45 “Benzema “Real”da çox xoşbəxtdir”
16:36 Skolari Çin klubundan ayrılır
16:28 Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu
16:13 Prezident: “Azərbaycanın valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabərdir”
16:00 Azərbaycan prezidenti: “Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz“
15:45 Çuğundur yarpağının faydaları
15:34 Alma yağının faydaları nələrdir?
15:24 Ardıc yağının faydaları
15:13 Dəfnə yarpağının yağının faydaları
15:00 “Gülən fındığ“ın həyatverici keyfiyyətləri
14:47 Yeni modelə əsasən buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək
14:35 Yeni modeldə buraxılış imtahanında maksimum bal 300, qəbulda 400 bal olacaq
14:27 Məleykə Abbaszadə: “Yeni imtahan modeli ilə bağlı çox sual var”
14:17 Azərbaycan prezidentinin Türkiyəyə səfəri başa çatıb
14:00 Bibiheybət yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır
13:44 Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq
13:33 2018-ci ilin dövlət büdcəsində təhsil xərcləri üçün 2 milyard manatdan çox vəsait ayrılıb
13:23 Türkiyədə Azərbaycan prezidentinin iştirakı ilə D-8 sammiti başlayıb
13:16 Hava yağmursuz keçəcək, duman olacaq
13:00 Səməd Seyidov: “Azərbaycanı Avropa Şurası kimi vacib tribunadan məhrum etmək istəyirlər“
12:57 Nazir: “Hasilatın azaldılması özünü doğruldur, neft bazarı tarazlaşıb“
12:41 Milli Məclisin növbəti plenar iclası keçirilir
12:36 Ərəb ölkələri Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün bəzi təkliflər veriblər
12:23 Şamaxıda avtomobil aşıb, sürücü ölüb
12:14 Azərbaycan ərəb ölkələrinə birgə investisiya fondu yaratmağı təklif edib
11:46 Energetika naziri: “İslahatlara hər zaman ehtiyac var“
11:38 ABŞ-ın Torrens şəhərində Azərbaycanın müstəqillik günü qeyd olunub
11:23 Hindistanda avtobus deposu uçub, 8 nəfər ölüb
11:14 Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı noyabrda keçiriləcək
11:08 Ali məktəblərin hazırlıq qruplarına qəbul qaydaları müəyyənləşib
10:55 Bakı-Qazax yolunda rənglənmə işləri davam etdirilir
10:44 Sumqayıtda ev yanıb

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (201497)
2 Qırışlar üçün maskalar (195313)
3 Dəri ağardıcı maskalar (132008)
4 Qozun faydaları (97898)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (94693)
Yaddaşsızlığın səbəbi nədir?
Tarix: 11.10 | Saat: 12:37 | E-mail | Çapa göndər

Müasir zamanda ən geniş yayılan problemlərdən biri də yaddaşın zəifləməsi, unutqanlıqdır. Tez-tez psixoloqa, terapevtə belə bu şikayətlərlə müraciət edirlər. Ekspertlərin fikrincə, bunun səbəbləri gündəlik həyatın stressli olması, çətin iş, keçmişlə yaşamaq və vitamin çatışmazlığıdır.
Milli.Az xəbər verir ki, psixoloq Raminə Həsənovanın "Ekspress"ə bildirdiyinə görə, günümüzdə qoyulan əşyaların tapılmaması, unutqanlıq aktualdır: "Unutqanlığın səbəbləri çoxdur. Bu ilk olaraq fikir dağınıqlığından, stressli iş şəraitindən, qayğıdan, depressiyadan və s. yaranır. İnsanlar adətən gün ərzində yaşadığı hadisələri öz-özlüyündə analiz-sintez edir və qayğı yaradan hadisələri hər dəfə fikirləşir. Günlər keçdikcə, fikirlər onu düşündürür. Məsələn, biz hərdən yol keçirik və işıqforda qırmızı yoxşa yaşıl rəngin yandığına baxmırıq. Sonra maşınlardan siqnal gələndə sanki yuxudan ayılmış kimi reaksiya veririk. Bu ondan qaynaqlanır ki, günlük həyatımızda biz fikirli və qayğılı oluruq. İnsanlar bu kimi hallardan qurtulmaq üçün ilk olaraq həkimə müraciət etməlidirlər. Diaqnoz qoyulduqdan sonra problem psixolojudursa, psixoloqa yönləndirilir ya da həkimlə psixoloq paralel iş görür. Elə hallar da olur ki, yaddaşsızlıq psixoloji problemdən yaranmır və psixoloqa ehtiyac qalmır".
R.Həsənova qeyd edib ki, unutqanlıq, yaddaşın zəifləməsi ilə bağlı ən çox psixoloqa stresli işdə işləyən insanlar, ailədə problemləri olanlar və gənclər müraciət edir: "İnsanlar bu hallara düşməmək üçün ilk növbədə ətrafında baş verən hadisələri düzgün analiz-sintez etməlidir. Baş vermiş hadisələrə obyektiv yanaşmalıdırlar. Ən əsası hər kəs özünü düzgün tanımalıdır. Kədərli, qəmli, stressli olduqda bu vəziyyətdən necə çıxacağını bilməlidir. Yaxud da baş verən problemi çox düşünməməlidir. Problemi düşündükcə insan neqativləşir. Bunun əksinə olaraq insan özünü toplayıb fikrini başqa yerə yönəltməlidir".
Psixoloq məsləhət görür ki, hər günümüzü daha gözəl keçirməyə çalışmalıyıq: "Keçmişlə çox bağlılıq yaratmayaq, çünki keçmiş keçmişə aparır, gələcəklə bağlı düşüncələrsə gələcəyə".
Müsahibimiz vurğulayıb ki, insanlar tez-tez əşyaların qoyduğu yeri xatırlamırlarsa, onlarda amneziyanın olduğunu düşünməyə başlayırlar: "Amma bu qorxulu şey deyil. Əgər biz ev ünvanımızı, telefon nömrəmizi, iş yerimizin ünvanını unuduruqsa, bu ciddi problemlərdən xəbər verir. Belə olan halda düşünə bilərik ki, yaddaşımızda ciddi problem var".
Ekspert bildirib ki, unutqanlığın əsas səbələrindən biri olan yaddaş zəifliyini aradan qaldırmaq üçün beyni qidalandıracaq yeməklərdən istifadə etmək lazımdır: "Amma bəzən bu qidalar da istədiyimiz nəticəni əldə etməyimizə kömək olmur. Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, davamlı idman edərək bu riski 50% -ə qədər azaltmaq olar. Gündəlik həyatda yaşadığınız problemlər və bir çox kənar təsirlərdən qaynaqlanan stress və siqaret unutqanlığı yaradan başlıca səbəblərdəndir. Ona görə də bacardığınız qədər stressiz yaşamağa çalışın. Eləcə də, beyninizi inkişaf etdirəcək fəaliyyətlə məşğul olmalısınız. Məsələn, boş zamanlarda müxtəlif çalışmalar, tapmacalar etmək sizə bu çətinliyi aradan qaldırmaqda köməkçi olacaq.
Bundan əlavə standartlaşmış vərdişlərdən bir az uzaq durmağa çalışaraq beyninizi inkişaf etdirə bilərsiniz. Məsələn, açarınızı və ya mobil telefonunuzu hər zaman qoyduğunuz yerdən fərqli bir yerə qoyun, amma çalışın bu zaman qoyduğunuz yeri unutmayasanız".
Həsənovanın dediyinə görə, meyvə yeməyi sevməyən insanlarda unutqanlıq digərlərinə nisbətən daha çoxdur: "Bu səbəbdən albalı, ərik, çiyələk və digər meyvələrdən bol-bol istifadə edərək beyninizi inkişaf etdirə bilərsiniz. Yaddaşını gücləndirmək və unutqanlığa əlvida demək istəyənlər həftədə 3 dəfə balıq yeməlidirlər".
Psixoloq onu da qeyd edib ki, yaddaş zəifliyi getdikcə inkişaf edərsə bu sonda ağıl itirməyə və ya demensiyaya gətirib çıxara bilər: "Demensiya - latın dilində dementa - əldə edilmiş ağıl zəifliyidir. Əldə edilmiş və mənimsənilmiş biliklərin, praktik bacarıqların itkisinə, yenilərinin əldə edilməsinin çətinliyinə və ya qeyri-mümkünlüyünə və idrak fəaliyyətinin dözülməz azalmasına gətirib çıxarır. Hazırda son məlumatlara görə 26.6 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Yaxın gələcəkdə bu rəqəmi 4 dəfə artacağı bildirilir. Bunun səbəbləri vitamin çatışmazlığı, endokrin sisteminnin xəstəlikləri, metobalik xəstəliklər, dərman və toksin maddələrinin təsiri, Mərkəzi Sinir Sistemi infeksiyon xəstəlikləri (siflis, HİV-virusu), Mərkəzi Sinir Sistemi degenerativ xəstəlikləri nəticəsində yaranan xəstəliklər, Mərkəzi sinir sisteminin damar xəstəlikləri (vaskulyar demas), epilepsiya, yaşlıların normal təzyiqli hidrosefaliyası və s. xəstəliklərdir.

Xəbər 136 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

31.07.2017
İstifadə etdiyimiz 13 “ÇİRKLİ“ ƏŞYA
20.07.2017
Çox gülən qadınlar tez kökəlir
13.07.2017
Dünyanı yeni təhlükə gözləyir: Antarktida parçalanır
04.07.2017
Bu YUXULAR sizdə olan XƏSTƏLİKLƏRdən xəbər verir!
19.06.2017
Ən qədim tarixə malik 10 rəqs haqqında BİLMƏDİYİNİZ FAKTLAR


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Çuğundur yarpağının faydaları
20 OKTYABR  |   15:45
Alma yağının faydaları nələrdir?
20 OKTYABR  |   15:34

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

İldə neçə dəfə saçları boyamaq olar?
18 OKTYABR  |   14:25
Qırışlar əleyhinə effektli bitki yağları
22 SENTYABR  |   12:55

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1270

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info