İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

15 DEKABR
13:00 Nadir sarı almaz tapılıb
12:49 Saçları uzatmaq üçün - 5 üsul
12:38 Uşaqlıq dövrünün ən dadlı, unudulmaz təamlarından olan bubliklərin hazırlanması çox sadədir.
12:28 Aparıcı Zaur 2 aydan sonra ATA OLACAQ
12:19 Bundesliqada 15-ci tura start verildi
12:00 Şokoladlı kartofları hazırlamaq çox asandır, heç bişirməyə ehtiyac yoxdur
11:48 Çoxlu ət yemək bu orqanı sıradan çıxardır
11:37 Bu qidaları gecə yeyib kökəlməmək olar
11:21 Hadisə Bəyazla sevgili olduğu iddialarına CAVAB VERDİ
11:14 Emin “Maşın Şou”nun qonağı oldu
10:26 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
14 DEKABR
17:13 Mini pidelərin hazırlanması
17:09 Adi xörək duzu bu xəstəlikləri müalicə edir
17:03 Saçları daha sağlam edən 6 MƏHSUL
17:01 Avroliqada turun rəmzi komandası
16:25 ÇL-də həftənin ən yaxşı oyunçusu
13:12 Xatun: “Roza Zərgərlidən qorxuram“
13:00 Ələkbər “Maşın”da niyə yoxdur? - Murad söz vermişdi...
12:44 Avroliqada həftənin ən yaxşı oyunçusu kim olacaq? - 4 namizəd
12:36 Azərbaycan mövsümü neçənci yerdə bitirdi? - UEFA-nın reytinqi
12:25 “Qarabağ“ son oyunda “Arsenal“a uduzdu
12:19 “Maşın şou“ başladı - Bu da iştirakçılar
11:00 Məlahətli səsi ilə qəlbləri fəth edən unudulmaz sənətkar
10:48 Kaspi Liseyinin Ağ Şəhər filialında cüdo zalının açılışı olub
10:37 Xırdalanın su və kanalizasiya sistemləri yenilənir
10:27 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:14 Günün qoroskopu
10:08 Atəşkəs pozulub
13 DEKABR
18:00 Maraqlı FOTOlar
17:38 Peraşki piroqu “Mehriban ailə“
17:23 “Fənərbaxça” Koku ilə müqaviləni ləğv etdi
17:17 Şəmistan Əlizamanlı yenidən məşhur serialda
17:00 Şokoladlı Çörək
16:44 Ucuz başa gələn, daha dadlı və ətirli, qeyri-adi ALMA VƏ PENDİRLİ PİROJKİ!
16:31 Bütün dəri problemlərinə qarşı sınanmış maskalar
16:24 İsti su ilə qocalmış dərinizi canlandırın, bu kapsulaları evdə hazırlayın
16:11 Duz lampası orqanizmə necə təsir edir?
16:00 Böyrək və öd kisəsi daşlarından təbii yolla azad olun - Qəpik-quruşluq reseptlər

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (43683)
2 PRESS-ANONS (32885)
3 Banan qabığı təbii məlhəmdir (25183)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (21306)
5 Ev üsulu saç boyama (15075)
“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir keçirildi
Tarix: 17.10 | Saat: 13:00 | E-mail | Çapa göndər

Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda adiyyəti olan Dövlət qrumlarının, Millət Vəkillərinin, QHT, KİV-nin nümayəndələrinin birgə iştirakı ilə Dəyirmi Masa yığıncağı keçirildi.
Yığıncağı giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə yığıncağı iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi.
Sonra Sərraf Oruc 18 aprel 2017-ci il tarixindən, 18 oktyabr 2017-ci il tarıxinə kimi həyata keçirilən layihənin və mərkəzin yaradılması haqqında ətraflı məlumat verərək, bildirdi ki, əsas məqsəd şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.
Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir!
Amma çox təəsüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Buna görə də onlarda yeni-yeni xəstəliklər yaranaraq vaxtsız dünyasını dəyişirlər. Sərraf Oruc həyata keçirilmiş layihənin 6 ay müddətində ayrı-ayrı bölgələrində adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid ailələrinin, müharibə əlillərinin və veteranların birgə iştirakı ilə tədbirlər keçirərək onların tibbi-sosial problemlərinin həllinə köməklik göstərilməsi və maarifləndirmə işləri aparıldığı barəsində Dəyirmi Masa iştirakçılarına ətraflı məlumat verdi.
Sərraf Oruc çıxış edərək qeyd etdi ki, Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Şəhid ailələrinin və müharibə əlillərinə diqqət qayı bundan sonrada Dövlət tərəfindən davam etdiriləcəkdir.
Azərbaycan Respublikası Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri Millət vəkili Hadi Rəcəbli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Şura Musayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” Birliyinin Səbail rayon şöbəsinin sədri ehtiyyatda olan polkovnik Xətai Baxışov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Birliyinin sədri Rövşən Ağamalıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin sektor müdiri Müqabil Mahmudov, 20 yanvar Birliyinin sədri Soltan Əzimov, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri, Çeçenistanın milli Qəhramanı Arif Məhərəmov, “Veteranqadınlarının Sosial reabilitasiya” birliyinin sədri Radə Abbas, Xəzər–Kür Xeyriyyə Cəmiyyətinin sədri, Respublika Axsaqqallar Şurasinin üzvü Akif Kərimov, “Ehtiyatda olan zabitlər konfederasiyası” İctimai Birliyinin sədr müavini ehtiyatda olan polkovnik Həsən Əmirov, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” Birliyinin sədri Vahid Abbasov, Şəmsi Əsədullayev adına Xeyriye Birliyinin icracı drektoru və QHT- TV- nin rəhbəri Cəsarət Hüseyinzadə, Sosial Rifah və Tədqiqatlar Birliyinin sədri Əkrəm Babayev çıxış edərək, şəhid ailələrinə və müharibə əlillərininə göstərilən diqqət və qayğılarından danışaraq onların tibbi-sosial problemlərinin həlli istiqamətində aparılan işlərdən danışdılar.
Çıxış edənlər, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsıni müsbət qiymətləndirərək, həyata keçirilən layihə sahəsində adiyyəti olan idarələrlə birgə əməkdaşlıq edərək, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi, Çernobıl əlilləri, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işləri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun icrasına ictimai dəstək verərək öz xeyirli tövhəsini verəcəyinə bildirdilər. Çıxış edənlər öz çıxışlarnın sonunda həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.
Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri çıxış edərək müharibə əlilərini maraqlandıran və ən ağır problemlərdən biri olan, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında suallara cavab verdilər.
Layihənin direktoru, Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsininin bölgələrdə işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək təşkilatı işlərdə yaxından köməklik göstərdikləri üçün, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Cənab Əli Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov Şirvan şəhər İcra İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalova, İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Adəm Hüseynova, Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı cəbab Ayaz Əsgərova, Başçısının müavini Əfsanə Məmmədova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehti Mehtiyevə və layihənyənin hüquqşunastı İlham Əhmədova öz təşəkkürünü bildirdi.
Dəyirmi Masa yığıncağı, QHT-nın, KİV-nin nümayəndələrinin və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri haqında çıxışları, müzakirələr və təkliflərin verilməsi ilə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirilərək yekunlaşdı.

Xəbər 2368 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

30.10.2018
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib
26.10.2018
“Qarabağ dünən və bu gün” mövzusunda tədbir keçirilib
01.10.2018
Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
27.09.2018
Elmi seminar: “Lahıc əsl folklor məkanıdır”
14.09.2018
“Doğma qəriblər“ bədii-sənədli filminin təqdimat mərasimi keçirilib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 DEKABR
14:00 PRESS-ANONS
17 Dekabr 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Çoxlu ət yemək bu orqanı sıradan çıxardır
15 DEKABR  |   11:48
Bu qidaları gecə yeyib kökəlməmək olar
15 DEKABR  |   11:37

Fotogalereya

Maraqlı FOTOlar Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər.

QADIN SAATI

Saçları uzatmaq üçün - 5 üsul
15 DEKABR  |   12:49
Uşaqlıq dövrünün ən dadlı, unudulmaz təamlarından olan bubliklərin hazırlanması çox sadədir.
15 DEKABR  |   12:38

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1338

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info