İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 OKTYABR
18:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:38 “Arsenal“ “Atletiko“dan futbolçu alır
17:24 Videoları rekord qıran Nahidə “Youtube“ qazancını açıqladı - şok məbləğ
17:15 “Qarabağ“da mənim mövqeyimdə yaxşı rəqabət var“ - Halldorsson
17:00 İkisi oynamayacaq, biri sual altdadır - “Zirə“də 3 zədəli
16:44 “Azərbaycanı məğlub etmək istəyirik“ - Norveç yığmasının baş məşqçisi
16:37 Könül “Əməkdar artist” olmasını belə qeyd etdi
16:23 Namiq Aygünlə duetdən imtina etdi
16:15 İtaliyada arzu olunmayan rəqəm 17-dir
16:00 Çirklənməyən köynək
15:43 Alimlər yapon mütəxəssislərinin yaratdıqları kvant kompüterindən ödənişsiz istifadə edəcəklər
15:32 2600 hava şarından düzəldilən otaq
15:21 Altı min dollara başa gələn kottec
15:13 ABŞ-da dünyanın ən etibarlı evi tikilib
15:00 Gözəl saçların 10 sirri..
14:45 Kəpəksiz saçlar
14:35 Saç tökülməsinə qarşı üç təbii maska
14:23 Göbələkli, qeyri-adi blinçiklər
14:12 Sosiskalı Peraşki – Foto
14:00 Milföye xəmirinə bükülmüş göbələkli və tenderloinlu börək
13:43 Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI
13:34 Nar qabıqlarını atmayın
13:25 “Qarabağ“ın qapıçısı 90 dəqiqə oynadı
13:13 Premyer Liqamızda 8-ci turun hakim təyinatları
13:00 Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...“
12:43 Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir
12:33 İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul
12:23 Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk
12:14 “Bozbash”dan ayrılan “Ağsaqqal”: “Bütün günü cavan qızlarla bir yerdədir”
12:00 Sabah havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır
11:45 Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
11:37 Fransa hökumətinin yeni tərkibi elan olunub
11:24 Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb
11:13 Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
11:00 San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü bağlı təbrik bəyannaməsi qəbul edib
10:44 Ukraynada iki lokomotiv toqquşub, ölənlər var
10:36 Şamaxı ərazisində zəlzələ qeydə alınıb
10:24 Günün qoroskopu
10:13 Dünya birjalarında neftin qiyməti bahalaşır
10:06 Atəşkəs pozulub

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (38710)
2 PRESS-ANONS (32632)
3 Banan qabığı təbii məlhəmdir (24546)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (19592)
5 Ev üsulu saç boyama (14691)
“Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 08.11 | Saat: 13:00 | E-mail | Çapa göndər

Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.
APA-nın xəbərinə görə, dəyirmi masada MŞ sədri Əflatun Amaşov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, media rəhbərləri iştirak edib.
Ə. Amaşov çıxışında deyib ki, mediada kriminal xəbərlərin kütləvi şəkildə tirajlanması cəmiyyətə mənfi təsir göstərir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-in sərbəst fəaliyyəti üçün zəruri şərait yaradılıb, maddi-texniki bazası gücləndirilib: “Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyini ifadə edən və onun haqq səsini dünyaya çatdıran medianın formalaşdırılması və inkişafına hərtərəfli dəstək göstərilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin başlıca istiqamətləridir. Hazırda Azərbaycanda onlarla televiziya, radio, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir. Böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır və vətəndaşların diqqətinə təqdim edirlər. Ancaq bəzi hallarda KİV, konkret desək, əsasən internet media mövcud rəqabət mühitində dövlət və ictimai maraqları unudur, nəticələri nəzərə almayaraq vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir. Biz zaman-zaman belə hallarla rastlaşırıq. Məsələn, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar medianın həddən artıq sərbəst davranışı KİV və dövlət orqanları mətbuat xidmətləri rəhbərlərinin məlum müşavirəsini keçirməyə və Azərbaycan prezidenti tərəfindən dövlətin informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə müvafiq qanunvericilik aktının imzalanmasına səbəb oldu”.
PA rəsmisi qeyd edib ki, son iki həftə həm Azərbaycan, həm də region və dünya miqyasında olduqca əlamətdar, tarixi hadisələrlə yadda qalıb: “Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara uyğun siyasət nəticəsində dövlətimiz baş verən hadisələrin mərkəzi fiquru kimi növbəti dəfə öz potensialını nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dərmir yolunun istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti hadisə kimi tarixə düşdü. Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda görüşü və əldə olunmuş nəticələr bir daha göstərdi ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur”.
V. Əliyev deyib ki, bu hadisələr KİV tərəfindən geniş işıqlandırılıb, təhlil edilib, onların əhəmiyyəti xüsusi vurğulanıb: “Ancaq eyni zamanda, internet media və çox təəssüf ki, bəzi qəzetlər paralel olaraq diqqəti həm də kriminal mövzu üzərində fokuslaşdıraraq ciddi ictimai maraq kəsb etməyən məsələni qabarıq şəkildə vətəndaşlarımıza təqdim etdi. Üstəlik, kriminal elementlər haqqında təqdim olunan bir sıra materialları cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün zərərli hesab etmək olar. Soruşula bilər ki, cinayətkarı az qala qəhrəman obrazında təqdim etmək, onun həyatını nümunə kimi göstərmək nə dərəcədə düzgündür?! Gənclərimiz bundan hansı yaxşı nümunəni əxz edə bilər? Ümumiyyətlə, kriminal elementlərlə bağlı hər hansı hadisəni olmazın dərəcədə qabardıb, əsas mövzulardan birinə çevirmək kimin maraqlarına xidmət edir?! Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər”.
PA rəsmisi vurğulayıb ki, KİV-in fəaliyyəti sahəsində rəqabət mühiti mövcuddur: “Öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır. Ancaq cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı? Bu yanlış və zərərli mesajların cəmiyyət üçün hansı fəsadlar törədəcəyi məsələsi medianı düşündürməməlidirmi?! Bəzi vaxtlarda telekanallarda da xəbər buraxılışları bu və ya digər şəkildə cinayət hadisələri və bu tipli mənfi yüklü məlumatlarla zəngin olur, xəbərin təqdimatında balans pozulur və tamaşaçıya bədbin əhval-ruhiyyə aşılanır. Düşünürəm ki, bu məsələdə də balans gözlənilməli, xəbər rəngarəngliyi təmin olunmalı, daha çox insanları pozitiv əhvala kökləyən materiallar və məlumatlara üstünlük verilməlidir. Məgər cəmiyyətimizdə yaxşı nümunələr yoxdur?! Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, sərhədlərimizi etibarlı şəkildə qoruyan qəhrəman hərbçilərimiz, cəmiyyətimizin inkişafına layiqli töhfə verən ziyalılarımızı təbliğ etmək olmazmı?”
V. Əliyev bildirib ki, Azərbaycan mediası öz ənənələrinə, prinsiplərinə sadiq qalaraq təkcə reytinq, populyarlıq haqqında düşünməli deyil və öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarının müdafiəsi prinsipini daha çox nəzərə almalıdır: “Media da cəmiyyətimiz, vətəndaşlarımız, gənclərimiz qarşısında məsuliyyət daşıyır və öz üzərində düşən məsuliyyəti unutmamalıdır. Media təkcə öz reytinqini deyil, dövlət və cəmiyyət maraqlarını da nəzərə almalıdır. Azərbaycanı istəməyən dairələr var, biz cəmiyyətin fikrini kriminal xəbərlərlə yayındırdıqda, belə dairələrin ayağı açılır. Media vasitələri öz üzərinə düşən məsuliyyəti unutmamalıdır”.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bəyan edib ki, mətbuat sensasiya ilə özünə oxucu, telekanallar isə qalmaqalla özünə tamaşaçı yığmağa çalışır: “Bu, yanlış yanaşmadır. Kriminal xəbərlərlə maraq çəkmək daha asandır. Amma kriminal xəbərlərin heç birinin ictimai əhəmiyyəti yoxdur. Bəzən kriminal xəbərləri sensasiyalaşdırırlar. Tutaq ki, “Bəxtiyar Sadıqovu maşın vurub” yazırlar. Axı Bəxtiyar Sadıqovun yaxınları, qohumları var. Bu nə süni sensasiyadır, bu işin mənəvi tərəfi də var axı... Bu tipli məsələlərdə qınaq da olmalıdır. “Dost dostu öldürdü”, “Oğul ananı öldürdü” başlıqları ilə xəbərlərin yazılması nəyə xidmət edir?..”
“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas bildirib ki, bəzi media rəhbərləri öz evlərinə apara bilmədikləri qəzetləri başqalarının evlərinə göndərirlər: “Fədayə Laçın sanki Ceyms Bondmuş, iki dustağı qaçırıb. Halbuki külək vursa, dənizə düşər”.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, media hər şeydən yazmalıdır: “Mənim bu məsələdə mövqeyim fərqlidir. Əgər kriminal hadisə baş veribsə, media bunu yazmalıdır. Söhbət kriminal hadisələrə yanaşmadan gedir. Kriminal xəbərlərdə ictimai əhəmiyyəti olan hadisələr var. Media məsələni elə təqdim edə bilər ki, insanlar ondan nəticə çıxara bilərlər. “APA Holding”ə daxil olan xəbər saytlarında təcavüz, xüsusən də azyaşlılara təcavüz edilməsi ilə bağlı xəbərlərin yayımlanması qadağandır. Çünki təcavüz cəmiyyətdə “SOS”, narahatedici səviyyədə deyil. Bu məsələdən yazanlar heç olmasa, qadının, qızın ad və soyadını, rayonun adını gizlətməlidir. Ümumiyyətlə, qadınlarla, əxlaqsızlıqla, fahişəliklə bağlı hüquq-mühafizə orqanları tərəfindən adlar mediaya verilməməlidir. Dünya praktikasında da bu qayda var”.
V. Mahirqızı bildirib ki, medianın fəlsəfəsi hüquqi dövlətin qurulmasında iştirak etməkdir: “Kriminal avtoritetlərin öz qayda-qanunları olur. Bu isə medianın öz fəlsəfəsinə ziddir. Media öz fəlsəfəsinə zidd olan işlə məşğul olmamalıdır. Mən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin kölgədə qaldığını düşünmürəm. Biz APA-da, APA TV-də böyük yazılar, təhlillər verdik, verilişlər yayımladıq. Bakı-Tbilisi-Qars bizim üçün gündəm idi. Sosial şəbəkələrdə əsasən kütlənin maraq dairəsində olan yazıları paylaşırlar. Biz də kütlənin marağında olan xəbərlərə daha maarifləndirici yöndən yanaşmağa çalışmalıyıq. Bundan başqa, sosial şəbəkələrdən linç vasitəsi kimi istifadə olunması da narahatedicidir. Sosial şəbəkələrdən təhdid vasitəsi kimi istifadə olunur. Media öz fəlsəfəsinə uyğun hərəkət etməlidir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, mətbuatda kriminal avtoritetlərin təbliğ olunması gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasına böyük zərbədir: “Hətta kriminal avtoritetlərin qəbirlərinin fotoları yayılır. Bu da gələcək nəslin təlim-tərbiyəsində böyük problemlər yaradır. Düzdür, telekanallarda Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı kifayət qədər verilişlər hazırlandı. Lakin təəssüflər olsun ki, sosial şəbəkələrdə, xəbər saytlarında biz bunun əksini gördük”.
Tədbirdə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri də çıxış ediblər.

Xəbər 1380 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

01.10.2018
Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
27.09.2018
Elmi seminar: “Lahıc əsl folklor məkanıdır”
14.09.2018
“Doğma qəriblər“ bədii-sənədli filminin təqdimat mərasimi keçirilib
13.09.2018
Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib
07.09.2018
“Kaspi” Təhsil Şirkəti birillik fəaliyyətinə dair hesabat verib


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI
16 OKTYABR  |   13:43
Nar qabıqlarını atmayın
16 OKTYABR  |   13:34

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Maraqlı məkanlar Təbiət şəkilləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Gözəl saçların 10 sirri..
16 OKTYABR  |   15:00
Kəpəksiz saçlar
16 OKTYABR  |   14:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1336

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info