İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

17 YANVAR
13:14 Şamaxı-İsmayıllı yolunda avtomobil aşıb
13:00 Vasif Məhərrəmlidən qızına sərt qadağa: ““WhatsApp“dan istifadə edə bilməz“
12:45 “Çağırmadığım insanlar toya gəlmişdi…“
12:34 Adi cəfəridə ilə bir maddə tapılıb ki... Bilmədiyiniz faydalar
12:27 Alimlər ürək üçün ən faydalı yağı təyin ediblər
12:14 Yuxudan ayıla bilmirsiz? - Bu içkilərdən İSTİFADƏ EDİN!
12:00 Diz ağrılarınız tamamilə keçəcək - LİMON QABIĞINDAN MÖCÜZƏVİ RESEPT
11:37 Bəzi rayonlara qar yağacaq
11:22 Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansiyalarının açılışı olub
11:18 “Neftçi“ Türkiyəyə getdi
11:15 “Neftçi” paraqvaylı yarımmüdafiəçini heyətinə qatıb
11:04 Qazaxıstan Azərbaycanla vergi sahəsində əməkdaşlığının genişlənməsinə dair qanun layihəsini təsdiqləyib
11:00 Bakının bir hissəsində su təchizatında məhdudiyyət olacaq
10:46 Bu gün Bakının üç rayonunda qaz təchizatı məhdudlaşdırılacaq
10:35 Bakıda binada yanğın olub, 1 azyaşlı tüstüdən zəhərlənib, 2 sakinr təxliyə olunub
10:28 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:07 Atəşkəs pozulub
16 YANVAR
14:00 “Beşiktaş“ ukraynalı qapıçısını icarəyə verdi
13:49 Ronaldo “Real“ın ən yaxşı oyunçusu seçildi
13:35 Şehiç millinin düşərgəsinə gec qoşulacaq
13:27 Mbappe, Neymar, yoxsa Balotelli?
13:15 “Barselona“ onu satmaqdan imtina etdi
13:00 Tunar nişanını qaytarması xəbərindən danışdı
12:47 Elton Röyadan danışdı: “...onu danışdıran içindəki paxıllıqdır”
12:38 Şamaxıda buz bağlayan yollarda 2 avtomobil qəzası baş verib, 5 nəfər xəsarət alıb
12:22 Hava yağmursuz keçəcək, küləyin güclənməsi meteohəssas insanlarda narahatlıq yaradacaq
12:14 Məmmədyarov və Nalbandyan yanvarın 18-də Krakovda görüşəcək
12:00 Gimnastımız Norveçdə beynəlxalq turnirdə bürünc qazanıb
11:46 Peşə məktəbləri müəllimlərinin diaqnostik qiymətləndirilməsi davam etdiriləcək
11:38 Lerikdə avtomobil dərəyə aşıb, 5 nəfər xəsarət alıb
11:25 Bu gündən ilk dəfə olaraq Bakıdan Sofiyaya birbaşa uçuşlara başlanıb
11:13 Zaqatala-Balakən-Mazımçay yolunun yenidən qurulması davam etdirilir
11:00 Bakıda yanğın olub
10:45 Pele: “Braziliya Dünya Kubokunu qazana bilər”
10:38 Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü ağır yaralanıb
10:26 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib
10:07 Atəşkəs pozulub
15 YANVAR
12:00 Hava yağıntılı və küləkli olacaq

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (210311)
2 Qırışlar üçün maskalar (200982)
3 Dəri ağardıcı maskalar (134648)
4 Qozun faydaları (107664)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (100202)
Moskvada Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib
Tarix: 12.12 | Saat: 10:48 | E-mail | Çapa göndər

Tədbir çərçivəsində Elmira Axundovanın müəllifi olduğu "Heydər Əliyev: Şəxsiyyət və Zaman" adlı üçcildlik kitabın təqdimatı olub.
Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən anım mərasimində Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, Dövlət Dumasının və Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin önünə əklil və gül dəstələri qoyublar.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günün Azərbaycan xalqı üçün ağrılı bir gün olduğunu bildirib: "Uzun illərdir ki, biz bu zalda dahi liderimizin, müasir Azərbaycanımızın memarı Heydər Əliyevin anım mərasimini keçiririk. Tədbirin keçirildiyi bu zal bu baxımdan çox nadirdir. Çünki Heydər Əliyev özü bu zalda olub. Azərbaycan xalqının ən ağır günündə, 1990-cı ilin 21 yanvarında Heydər Əliyev bu binaya gəlib. Bu gün burda onun məsləkdaşları iştirak edirlər. Bu insanlar Moskvada Heydər Əliyevlə birgə çalışıblar".
Diplomat Heydər Əliyevin prezidentliyi dövrdə mədəniyyət naziri olduğu vaxtlardan danışıb: "Heydər Əliyevin prezidentliyi dövründə 10 mədəniyyət naziri olmuşam. Ən çətin vaxtlarda Heydər Əliyevlə birgə işləməyin özü böyük bir məktəbdir". Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrdən danışan səfir vurğulayıb ki, dahi liderin bu münasibətlərin inkişafında əvəzsiz rolu var: "Heydər Əliyev həyatdan köçəndən sonra da öz xalqının və Azərbaycan-Rusiya münasibətlərinin inkişafının rifahına işləməkdə davam edir".
Anım mərasimi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın üç cildlik "Heydər Əliyev: Şəxsiyyət və Zaman" adlı kitabının təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Moskvada nəşr olunan üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks olunub. Mərasimdə çıxış edən Elmira Axundova kitabın nəşrində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra müəllif kitabda yazdıqları haqqında danışıb: "İlk kitabda Heydər Əliyevin həyat yolunun başlanğıcından, onun dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, Azərbaycan SSR-nın rəhbəri seçilməsindən, ikinci kitabda Heydər Əliyevin SSRİ-nin baş katibləri, Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçovla münasibətlərindən, üçüncü kitabda isə Heydər Əliyevin Naxçıvana qayıtmasından, xalqın əzmli tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsindən, vətəndaş müharibəsinin qarşısını almasından, ölkənin uçurumdan xilas olmasından bəhs olunur".
Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski çıxışında Rusiya xalqının Heydər Əliyevi hər zaman böyük hörmətlə xatırladığını qeyd edib: "Bu gün çiçəklənən Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək olmaz. Heydər Əliyevsiz Azərbaycan dövlət kimi təşəkkül tapmazdı. Bu gün o, səmadan öz oğluna, xalqına, dövlətinə baxır və qürur duyur. Ona görə ki, bu gün Azərbaycan çox irəli gedib. Bu ölkə rəsmi siyasətdə, iqtisadiyyatda, digər ölkələrlə əməkdaşlıqda, o cümlədən Rusiya ilə əlaqələrin inkişafında əminliklə addımlayır. Rusiya ilə əməkdaşlıq isə Azərbaycanın siyasətində xüsusi yer tutur". Rusiyalı deputat təqdimatı keçirilən kitablar haqqında danışıb: "Bu kitabların üzlüyündəki şəkilə baxırsan, sanki üzlükdəki fərqli adamlardır, gözlər isə eynidir. Bu üçcildlik əsararəngiz şəxsiyyət haqqında indiyənə kimi yazılan bütün kitabları üstələyir. Bu kitablarda Heydər Əliyevin şəxsiyyəti dərindən təhlil olunub".
Daha sonra çıxış edən natiqlər Heydər Əliyevin şəxsiyyətindən, Azərbaycan tarixində, Rusiya-Azərbaycan əlaqələrində oynadığı roldan danışıblar.

Xəbər 130 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.01.2018
Rusiyada ağır yol qəzası nəticəsində 5 nəfər ölüb
13.01.2018
ABŞ-da sel və daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
09.01.2018
ABŞ-da 35 avtomobil toqquşub, 15 nəfər xəsarət alıb
09.01.2018
Ağ Ev: Tramp 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürəcək
08.01.2018
Bakıda NATO və Rusiya hərbi rəhbərlərinin görüşü keçiriləcək


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

18 YANVAR
11:00 PRESS-ANONS
18 Yanvar 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Adi cəfəridə ilə bir maddə tapılıb ki... Bilmədiyiniz faydalar
17 YANVAR  |   12:34
Alimlər ürək üçün ən faydalı yağı təyin ediblər
17 YANVAR  |   12:27

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri
24 NOYABR  |   13:14
Dərim niyə quruyur? - SƏBƏBLƏR
07 NOYABR  |   13:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1288

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info