İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 YANVAR
13:00 “Qarabağ“dan ikitərəfli oyun, Reynaldo fərdi məşq etdi
12:44 28 ildən sonra qohumlarını tapan Zaur göz yaşlarını saxlaya bilmədi
12:37 TOYUQ FİLESİNDƏN PAŞTET
12:28 Tostlar və səhər yeməyi üçün ətirli qəlyanaltı yağı
12:16 Alimlər: “Apofis“ asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
12:00 Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə SÜRÜKLƏYİR - Alimlərdən XƏBƏRDARLIQ
11:49 “Səbail“ “Sürix“lə üz-üzə
11:37 Samir Bağırovun uşaqlıq FOTOsu
11:24 İspanağı qatıqla yox, yumurta ilə yeyin! - Səbəbi...
11:13 Bu qidaları mütləq GECƏ yeyin - Faydaları inanılmazdır
18 YANVAR
18:00 Qızılgül ürəyi, sinirləri müalicə edir. Faydalı RESEPTLƏR
17:48 Müalicəvi giləmeyvə ÇAYTİKANI. 10 FAYDASI
17:38 Ürəyi və damarları möhkəmləndirən çox sadə məhsul
17:27 Rivaldo məşqçiliyə başlayır - Mərakeşdə
17:14 Acı bibər yeyənlər daha sağlamdır
17:00 Qızdırma zamanı xalq təbabəti üsulları
16:46 Kartof şirəsi mədə xorasını sağaldır, orqanizmi təmizləyir
16:33 Kələm sizi çox cazibədar və gözəl edəcək
16:25 Hamar bir dəri üçün çobanyastığı maskası
15:37 “Qarabağ“ın ikinci oyununun vaxtı açıqlandı
15:24 Meyxanaçı Namiqin əsl peşəsi eşidənləri təəccübləndirdi
15:17 Amazon delfinləri “Qırmızı kitab”a düşdü
15:00 Yıxılanda dura bilən robot-it hazırlandı
14:47 “Havadan“ əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib
14:36 “5 manata görə, bir-birlərinə ...” - Rövşanədən şou-biznes əhlinə İRAD
14:25 Şəbnəm: “Murad Dadaşov iki dəfə dedi, amma...“
14:00 Elektrik yaradan bakteriyaların tapılması yolu kəşf edildi
13:47 Ayda kartof yetişdirilir
13:35 “Qalatasaray“ sabiq futbolçusunu qaytarır
13:28 Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
13:12 Dilarənin qayınanası: “Oqtayı mən yola gətirdim“
13:00 Millimiz Antalyaya 24 futbolçu ilə gedir
12:48 Daha iki məşqçimiz “Pro“nu aldı
12:36 “Neftçi“də nigeriyalı futbolçu
12:25 Zahid Sabirabadlının ailəsinə 13 min verildi
12:12 Zöhrə Abdullayeva: “Yaşamaq istəməsəm də...“
17 YANVAR
18:00 Yemək bişirməyə vaxtı olmayanlar üçün 5 dəqiqədə hazırlanan mini pizza
17:12 15 dəqiqəyə hazır olan gürcü xəngəli- Əsil vaxtıdır
16:49 Əriştəli Mərcimək Şorbası.
16:39 Qurban Qurbanovdan sərt qərar

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (46504)
2 PRESS-ANONS (33082)
3 Banan qabığı təbii məlhəmdir (25562)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (22265)
5 Qreyfrutun faydaları və zərərləri (15574)
Heydər Əliyev Mərkəzində xalq rəssamı Ömər Eldarovun fərdi sərgisi açılıb
Tarix: 22.12 | Saat: 11:00 | E-mail | Çapa göndər

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 90 illik yubileyi ilə bağlı “Gözəllik və monumentallıq” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib. Fonddan APA-ya bildirilib ki, sərgiyə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də qatılıblar.
Sərginin açılışında Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov birinci vitse-prezident Mehriban Əliyevanın Ömər Eldarova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.
Məktubda Ömər Eldarovun Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında misilsiz xidmətləri vurğulanıb, görkəmli incəsənət xadiminin xalqımızın mənəvi təkamülünə, gənclərimizin estetik tərbiyəsinə mühüm töhfələr verdiyi, Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək milli heykəltəraşlıq məktəbini zənginləşdirdiyi qeyd edilib. Bildirilib ki, Ömər Eldarov uzun illər ərzində milli mədəniyyətimizin təbliği ilə bağlı böyük səylər göstərib, Azərbaycan heykəltəraşlıq sənətini bütün dünyada layiqincə təmsil edib, ölkəmizdə yeni sənətkarlar nəslinin yetişdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması və onlarda bədii-estetik zövqün formalaşdırılması işinə xidmət edən pedaqoji fəaliyyət göstərib.
Tədbirdə çıxış edən yubilyar əməyinə verilən yüksək qiymətə görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xalq rəssamı deyib ki, bu günlər onun üçün xüsusilə əlamətdardır. Bir çox mükafatlara layiq görüldüyünü xatırladan Ömər Eldarov vurğulayıb ki, Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyur. Görkəmli heykəltəraş ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqətdən də söz açıb. Altı yaşından təsviri incəsənət sahəsinə maraq göstərdiyini deyən Ömər Eldarov sərgidə nümayiş olunan əsərlərin onun iç dünyasını, baxışlarını tərənnüm etdiyini söyləyib.
Sonra görkəmli heykəltəraşın ailəsi adından onun oğlunun yaratdığı rəsm əsasında tərtib edilmiş və yubiley münasibətilə hazırlanmış xatirə hədiyyələri xalq rəssamına təqdim olunub.
Əməkdar memar Rasim Əliyev Ömər Eldarovun zəngin yaradıcılığından söz açaraq söyləyib ki, onun bütün əsərləri orijinallığı ilə seçilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da görkəmli heykəltəraşı təbrik edib, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.
Ömər Eldarov ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiyada Xalq Rəssamının bürünc, ağac, daş və digər materiallardan hazırladığı 30-dan çox heykəltəraşlıq nümunəsi sərgilənir.
Ömər Eldarov Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin xatirəsini əbədiləşdirən heykəllərin, abidələrin müəllifidir. O, hər bir əsərində təsvir etdiyi şəxsin fərdi xüsusiyyətlərini üzə çıxarır, portret oxşarlığı yaratmaqla yanaşı, öz qəhrəmanının mənəvi və insani keyfiyyətlərini ifadə edir. Görkəmli rəssam insanın daxili dünyasının özəlliklərini təxmin etməyə imkan verən xarakterik duruşu, jesti, həmin şəxsin davranışındakı xüsusiyyətləri əsərlərinə həkk edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarüstü abidəsi və onun xatirəsinə həsr olunan “Elegiya” Ömər Eldarovun məşhur əsərləridir.
Ömər Eldarov dövlət tərəfindən bir sıra mükafat və fəxri adlarla təltif olunan görkəmli monumentalistdir. O, 1960-cı ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, 1967-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilib. 1980-ci ildə tacik yazıçısı və maarifçisi Sədrəddin Ayninin Düşənbə şəhərində ucaldılmış abidə-ansamblını yaratdığına görə SSRİ Dövlət Mükafatı ilə təltif olunub. 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatı, 1997-ci ildə “İstiqlal” ordeni, 2009-cu ildə Heydər Əliyev Mükafatı, 2017-ci ildə isə “Heydər Əliyev” ordeninə layiq görülüb.
Onun yaradıcılığının coğrafiyası Azərbaycanla məhdudlaşmır. Sevastopolda II Dünya müharibəsi zamanı Sapun dağından başlamış hücumun iştirakçısı olmuş 77-ci Azərbaycan diviziyasına həsr edilən abidənin müəllifi Ömər Eldarovdur. Heykəltəraşın müəllifi olduğu əsərlər bir neçə ölkədə ucaldılıb.
Ömər Eldarov yalnız monumental abidələrin müəllifi deyil. O, həm də bir sıra dəzgah heykəltəraşlığı nümunələri yaradıb.

Xəbər 744 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

14.01.2019
Məhəmməd Füzulinin 525 illiyinə həsr edilmiş tədbir keçirilib
12.01.2019
Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi davam edir
11.01.2019
ISESCO Qüdsü 2019-cu ildə İslam Mədəniyyətinin Paytaxtı elan edib
10.01.2019
“Vətənpərvərlik kinosu həftəsi”nə başlanılacaq
09.01.2019
Opera və Balet Teatrının yanvar afişası zəngindir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

İspanağı qatıqla yox, yumurta ilə yeyin! - Səbəbi...
19 YANVAR  |   11:24
Bu qidaları mütləq GECƏ yeyin - Faydaları inanılmazdır
19 YANVAR  |   11:13

Fotogalereya

Maraqlı FOTOlar Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

TOYUQ FİLESİNDƏN PAŞTET
19 YANVAR  |   12:37
Tostlar və səhər yeməyi üçün ətirli qəlyanaltı yağı
19 YANVAR  |   12:28

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1340

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info