İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 FEVRAL
13:23 Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək
13:12 Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb
13:00 Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu olub
12:47 Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək
12:33 Ağdaşda avtomobil kanala düşüb, sürücü ölüb, onun arvadı və 6 aylıq qızı xəsarət alıb
12:21 Ölkə ərazisində yağış, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub
12:14 Sabahdan prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədləri MSK-ya təqdim edilə bilər
12:00 Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlib
11:48 Salyanda sərnişin mikroavtobusu ilə avtokran toqquşub
11:36 Xınalığa 43 sm hündürlüyündə qar yağıb
11:27 Xaçmazda yol qəzasında ölənlərdən daha iki nəfərin şəxsiyyəti məlum olub
11:16 İsmayıllıda 3 otaqlı ev yanıb
11:08 Qəbələdə ev, Qazaxda isə iaşə obyekti yanıb
10:57 ABŞ-da təyyarə avtomobil yoluna eniş edib
10:46 Bakının Suraxanı rayonunda yanğın olub
10:37 Sumqayıtda avtomobil ehtiyat hissələri mağazası yanıb
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neft bahalaşıb
10:00 Atəşkəs pozulub
17 FEVRAL
13:00 Sabah yağış və sulu qar yağacaq
12:38 Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
12:26 Könül Xasıyevadan kövrək sözlər: “Yaşasam da, yaşamasam da...“
12:14 Vasif: “Məni milyonçu hesab edirlər“
12:00 Böyrək ağrılarına birdəfəlik son - SADƏ RESEPT
11:47 Ürək və damarları sağlam saxlamaq üçün 5 SADƏ ADDIM
11:37 Lənkəranda motosikletlə yük maşını toqquşub, xəsarət alan var
11:25 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək
11:17 Meksikada zəlzələ nəticəsində 1 milyonadək ev elektrik enerjisiz qalıb
11:07 Meksikada güclü zəlzələ baş verib
10:54 Tramp: “Rusiya ilə sövdələşmə olmayıb”
10:47 Leyla Əliyeva tanınmış rəssam Alfons Muxanın sərgisinin açılışında iştirak edib
10:36 Ermənistan Silahlı Qüvvələrinin törətdiyi Qaradağlı qətliamından 26 il ötür
10:26 Günün qoroskopu
10:14 Dünya birjalarında neft bahalaşıb
10:06 Atəşkəs pozulub
16 FEVRAL
15:00 Vasif Məhərrəmli: “Onlarla çox xoşbəxtəm
14:47 Ötən ay yağıntılar bir qədər çox olub, bəzi rayonlarında tez-tez duman müşahidə edilib
14:38 ABŞ dövlət katibi: “Türkiyə ilə birlikdə hərəkət edəcəyik“
14:27 Xərçəng hüceyrələrini məhv edən MÖCÜZƏVİ QİDA
14:15 Orqanizmdə yod əskikliyinin 8 SİMPTOMU

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (214159)
2 Qırışlar üçün maskalar (203401)
3 Dəri ağardıcı maskalar (135654)
4 Qozun faydaları (109955)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (102439)
Qışın gözəllik sirləri
Tarix: 05.02 | Saat: 15:46 | E-mail | Çapa göndər

Soyuq qış aylarında külək, şaxta, rütubətli hava və yağıntılar qadın üçün arzuolunmaz hallar yaradır, gözəlliyin qorunması sahəsində onlara çətinlik yaradır. Soyuq havalarda üz və əl dərisi, göz ətrafları və dodaqlar quruyaraq kobudlaşır, saçlar öz canlılığını və təravətini itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar kimi assosiasiya olunur.
Milli.Az AZƏRTAC-a istinadən qış fəslində gözəlliyi qorumaq üçün təcrübəli və tanınmış dermatoloqların bəzi məsləhətlərini xatırladır.
Onların dediyinə görə, qış aylarında tez-tez çox isti vanna və ya duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qurumasını sürətləndirir. Ümumiyyətlə, qış aylarında üz dərisini isti su ilə yumaq məsləhət görülmür.
Qış aylarında kontrast duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq su altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını tənzimləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.
Dərinin yumşaq və gözəl görünməsi üçün limon qatılmış isti su içmək pis görünüşlü dəriyə səbəb olan toksinlərin daha tez atılmasına və qanın təmizlənməsinə kömək edir. Qış aylarında masaj vasitəsilə dərinin əvvəlki parlaqlıq və təravətini qaytarmaq mümkündür. Masaj zamanı dəriyə uyğun krem, losyon və yağlardan istifadə etmək məsləhətdir. 1 qaşıq qarğıdalı ununu qatıqla qarışdıraraq əl, üz və ayaqlara sürtülüb masaj edilməsi dərinin təmizlənməsi və yumşalmasına səbəb olur.
Dermatoloqlar qarlı havada əks olunan şüaların dərini zədələdiyini söyləyirlər. Yay aylarında olduğu kimi, soyuq fəsildə də qoruyucu kremlərdən istifadə etmək məsləhətdir. Həmin kremləri havaya çıxmazdan 20-30 dəqiqə əvvəl nazik təbəqə şəklində dərinin günəşlə təmasda olan nahiyələrinə çəkmək və 3-4 saatdan bir yeniləmək lazımdır. Soyuq havanın təsiri dəridə quruluğa səbəb ola bilər. Ona görə quruluğun qarşısını almaq üçün tərkibində yağ olan və dərini qurutmayan şampunlara üstünlük verilməlidir. Hər dəfə vanna və duş qəbul ediləndən dərhal sonra dəri islaq olarkən nəmləndirici kremlərdən istifadə etmək faydalı təsir göstərir.
Soyuq aylarda dəri həddindən artıq quru və həssas olduğuna görə üz dərisinə xüsusi diqqət göstərmək lazımdır. Kosmetik vasitə həddindən artıq quru və ağır tərkibli olmamalıdır. Hətta dəri yağlı olanda da yumşaq, kifayət qədər yağlı və nəmləndirici xüsusiyyətlərə malik kosmetik vasitələrdən istifadə etmək lazımdır.
Mütəxəssislərin dediyinə görə, makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulmuş nəmləndirici krem çəkilməlidir. Yaxşı olar ki, həmin kremin tərkibində qliserin, lanolin, mineral və yağ olsun. Qliserin dəri üçün əla müdafiə baryeri yaradır və nəmi saxlayır, lanolin yağı isə onu yumşaldır və hamarlaşdırır. Üzü yuyandan dərhal sonra nəmləndirici krem çəkmək, daha sonra yüngül şəkildə masaj edərək nəmli dəriyə hopdurmaq lazımdır. Lakin bundan sonra ən azı bir saat şaxtaya çıxmaq məsləhət deyil. Soyuq havaya çıxarkən üzü şal və ya şərflə örtmək çox vacibdir.
Nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirmək mümkündür. Sauna və hamama getmək imkanı olmadıqda ev şəraitində aptek çobanyastığı dəmləməsi qatılmış qaynar sudan istifadə edilir. Üzü həmin qarışıq olan qaba tutaraq 10 dəqiqə saxlamaq lazımdır. Buxarın kənara yayılmaması üçün başın üzərinə dəsmal atmaq olar. Daha sonra üzü qurulayaraq nəmləndirici krem çəkilməsi dərini təravətləndirir və yumşaldır.
Yatmazdan əvvəl üzə çəkilmiş makiyajı təmizləmədən yatmaq çox ziyanlıdır.

Xəbər 272 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

24.11.2017
Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri
07.11.2017
Dərim niyə quruyur? - SƏBƏBLƏR
18.10.2017
İldə neçə dəfə saçları boyamaq olar?
22.09.2017
Qırışlar əleyhinə effektli bitki yağları
23.08.2017
Mayonezin saça olan faydasını bilirsiniz?


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Böyrək ağrılarına birdəfəlik son - SADƏ RESEPT
17 FEVRAL  |   12:00
Ürək və damarları sağlam saxlamaq üçün 5 SADƏ ADDIM
17 FEVRAL  |   11:47

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Qışın gözəllik sirləri
05 FEVRAL  |   15:46
Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri
24 NOYABR  |   13:14

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1293

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info