İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 FEVRAL
13:23 Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək
13:12 Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb
13:00 Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu olub
12:47 Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək
12:33 Ağdaşda avtomobil kanala düşüb, sürücü ölüb, onun arvadı və 6 aylıq qızı xəsarət alıb
12:21 Ölkə ərazisində yağış, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub
12:14 Sabahdan prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədləri MSK-ya təqdim edilə bilər
12:00 Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlib
11:48 Salyanda sərnişin mikroavtobusu ilə avtokran toqquşub
11:36 Xınalığa 43 sm hündürlüyündə qar yağıb
11:27 Xaçmazda yol qəzasında ölənlərdən daha iki nəfərin şəxsiyyəti məlum olub
11:16 İsmayıllıda 3 otaqlı ev yanıb
11:08 Qəbələdə ev, Qazaxda isə iaşə obyekti yanıb
10:57 ABŞ-da təyyarə avtomobil yoluna eniş edib
10:46 Bakının Suraxanı rayonunda yanğın olub
10:37 Sumqayıtda avtomobil ehtiyat hissələri mağazası yanıb
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neft bahalaşıb
10:00 Atəşkəs pozulub
17 FEVRAL
13:00 Sabah yağış və sulu qar yağacaq
12:38 Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
12:26 Könül Xasıyevadan kövrək sözlər: “Yaşasam da, yaşamasam da...“
12:14 Vasif: “Məni milyonçu hesab edirlər“
12:00 Böyrək ağrılarına birdəfəlik son - SADƏ RESEPT
11:47 Ürək və damarları sağlam saxlamaq üçün 5 SADƏ ADDIM
11:37 Lənkəranda motosikletlə yük maşını toqquşub, xəsarət alan var
11:25 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək
11:17 Meksikada zəlzələ nəticəsində 1 milyonadək ev elektrik enerjisiz qalıb
11:07 Meksikada güclü zəlzələ baş verib
10:54 Tramp: “Rusiya ilə sövdələşmə olmayıb”
10:47 Leyla Əliyeva tanınmış rəssam Alfons Muxanın sərgisinin açılışında iştirak edib
10:36 Ermənistan Silahlı Qüvvələrinin törətdiyi Qaradağlı qətliamından 26 il ötür
10:26 Günün qoroskopu
10:14 Dünya birjalarında neft bahalaşıb
10:06 Atəşkəs pozulub
16 FEVRAL
15:00 Vasif Məhərrəmli: “Onlarla çox xoşbəxtəm
14:47 Ötən ay yağıntılar bir qədər çox olub, bəzi rayonlarında tez-tez duman müşahidə edilib
14:38 ABŞ dövlət katibi: “Türkiyə ilə birlikdə hərəkət edəcəyik“
14:27 Xərçəng hüceyrələrini məhv edən MÖCÜZƏVİ QİDA
14:15 Orqanizmdə yod əskikliyinin 8 SİMPTOMU

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (214159)
2 Qırışlar üçün maskalar (203401)
3 Dəri ağardıcı maskalar (135654)
4 Qozun faydaları (109955)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (102439)
Azərbaycandakı dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər
Tarix: 14.02 | Saat: 12:25 | E-mail | Çapa göndər

Azərbaycandakı dini konfessiya rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət qəbul ediblər.
APA-nın məlumatına görə,Qafqaz Müsəlmanları İdarəsində dini konfessiyaların rəhbərləri ilə keçirilən görüşdə qəbul olunan müraciətdə deyilir:
"Biz, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları - müsəlman, pravoslav, katolik, yəhudi, alban-udi və digər dini icma nümayəndələri, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə — Prezident seçkiləri ilə əlaqədar bir araya gələrək, aşağıdakıları bəyan etməyi öz vətəndaş borcumuz hesab edirik. O Bir Olan Yaradan qarşısında məsuliyyət hissi ilə bildiririk ki, Vətənimizdə son illər ərzində həyatın bütün sahələrində baş verən tərəqqi - iqtisadiyyatımızın güclənməsi, daxili və xarici siyasətdəki uğurlar, insanların rifah halının yüksəlməsi, hərbi müdafiə qabiliyyətimizin artması ilə yanaşı dini-mənəvi həyatı ehtiva edən dəyərli dəyişikliklər hər bir dindarın rəğbətinə səbəb olan məqamlardır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TANAP qaz kəməri, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi kimi regional əhəmiyyətli iqtisadi layihələrin fonunda Allah Evlərinin, ibadət məkanlarının nəfis şəkildə inşa və böyük məhəbbətlə bərpa olunan binaları, dindarların maddi-mənəvi tələbatlarına qayğı, milli-dini və ümumbəşəri dəyərlərə yüksək ehtiram ölkəmizin nüfuz və qüdrətinin təzahürləridir. Vətənimiz Azərbaycan beynəlxalq müstəvidə həm də mədəniyyətləri, dinləri bir araya gətirən, mənəvi-humanitar məqsədlər ətrafında cəm edən qabaqcıl bir ölkə kimi tanınır. Uca Allaha xoş gedən multikultural həyat tərzini yaşadan və təbliğ edən cəmiyyətimizin və onun liderinin O Bir Olan Yaradanımızın Nəzərində dəyəri yüksəkdir. Hər bir mömin vətəndaş ölkəmizin həyatında bütün bu nailiyyətləri şükranlıqla qarşılayaraq, bunu Uca Yaradanın Lütfü sayəsində dövlət rəhbərinin həyata keçirdiyi uğurlu siyasətin bəhrəsi kimi dəyərləndirir. Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyev həzrətlərinin misilsiz əzm və səyləri sayəsində Azərbaycan xalqı müstəqilliyimizin əbədi və dönməzliyinə əmindir.
Azərbaycan siyasətinin avanqardında yer alan Yeni Azərbaycan Partiyası qarşıdan gələn Prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Bu namizəd, əslində, bütün xalqın namizədidir. Azərbaycan dindarlarının ümumi mövqeyi Prezident seçkilərində məhz İlham Əliyevin ən layiqli namizəd olmasından ibarətdir. Siyasi, iqtisadi, mənəvi böhranlarla üz-üzə qalan dünyada sabitlik, rifah və dini-mənəvi stabillik məkanı olan ölkəmizin uğurları həqiqətən böyük dəyər kəsb edir. Biz, Azərbaycan dindarları, dini icma rəhbərləri müstəqil Azərbaycanda uğurlu din-dövlət siyasətinin bəhrəsi olan tolerant, multikultural, hüquqi-demokratik cəmiyyəti dünyanın istənilən nöqtəsində qürur hissi ilə təmsil etməkdən məmnunluq duyuruq. Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoqun mühüm mərkəzlərindən biri kimi tanınması və qəbul olunması dövlət başçımızın ardıcıl məntiqlə davamlı şəkildə həyata keçirdiyi dövlət siyasətinin real bəhrəsidir. Sivilizasiyaların, mədəniyyətlərin dialoq və əməkdaşlığına dair 2008-ci ildə Bakı prosesinin əsasının qoyulması, 2016-cı ilin Multikulturalizm, 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi Azərbaycanın dövlət rəhbərinin siyasi iradə və humanist təfəkkürünün bariz nümunəsidir. Tərəqqipərvər dünya ictimaiyyəti bu istiqamətdə səyləri layiqincə qiymətləndirir, Azərbaycan xalqı isə buna görə öz liderinə minnətdardır.
Biz, Azərbaycan dindarları, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın rifahının artırılması yönündə böyük işlər görən, dünyada miqrant böhranı yaşandığı dönəmdə məcburi köçkün soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı üçün misilsiz səylər göstərən, Cocuq Mərcanlı məscidi ilə işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdışın mənəvi təməlini qoyan liderimizin olmasını yüksək dəyərləndirir, Azərbaycanın dövlət başçısı məqamında O Bir Olan Yaradana xoş gələn əməllər sahibinin olmasını səmimi qəlbdən diləyirik. Biz dünyəvi dövlət şəraitində dini-mənəvi dəyərlərin intibahı üçün atılan addımların, göstərilən misilsiz səylərin qarşısında yalnız və yalnız bu uğurlu xəttin davam və inkişafını dəstəkləyirik.
Biz, unikal dostluq, dinlərarası və məzhəblərarası qardaşlıq şəraitində yaşayan Azərbaycan dindarları, dövlətin diqqət və himayəsindən yararlandığımız, məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlarımızın dövlətin maddi, mənəvi yardımıyla təmir, bərpa olunduğu ölkəmizdə dini-mənəvi intibahın davamını istəyirik. Biz, dindarlar hər zaman şükranlıqla dualar edirik ki, Vətənimizin taleyinə müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də fəxarət doguran anlar yaşadan dövlət başçısı qismət olmuşdur. Zati-aliləri İlham Əliyevə verilən ən böyük dəyər Azərbaycan xalqının məhəbbət və etimadıdır.
Azərbaycan Respublikasında 11 aprel tarixli Prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Qoy Uca Yaradan öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!".
Qeyd edək ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin Yepiskopu Vladimir Fekete və Azərbaycandakı Alban-udi xristian icmasının sədri Robert Mobili imzalayıblar.

Xəbər 108 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.02.2018
Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək
19.02.2018
Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu olub
19.02.2018
Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək
19.02.2018
Ölkə ərazisində yağış, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub
19.02.2018
Xınalığa 43 sm hündürlüyündə qar yağıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Böyrək ağrılarına birdəfəlik son - SADƏ RESEPT
17 FEVRAL  |   12:00
Ürək və damarları sağlam saxlamaq üçün 5 SADƏ ADDIM
17 FEVRAL  |   11:47

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Qışın gözəllik sirləri
05 FEVRAL  |   15:46
Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri
24 NOYABR  |   13:14

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1293

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info