İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 FEVRAL
13:23 Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək
13:12 Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb
13:00 Quba-Xınalıq yolunda 4 yerdə qar uçqunu olub
12:47 Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsi keçiriləcək
12:33 Ağdaşda avtomobil kanala düşüb, sürücü ölüb, onun arvadı və 6 aylıq qızı xəsarət alıb
12:21 Ölkə ərazisində yağış, sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub
12:14 Sabahdan prezidentliyə namizədin qeydə alınması üçün seçki sənədləri MSK-ya təqdim edilə bilər
12:00 Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlib
11:48 Salyanda sərnişin mikroavtobusu ilə avtokran toqquşub
11:36 Xınalığa 43 sm hündürlüyündə qar yağıb
11:27 Xaçmazda yol qəzasında ölənlərdən daha iki nəfərin şəxsiyyəti məlum olub
11:16 İsmayıllıda 3 otaqlı ev yanıb
11:08 Qəbələdə ev, Qazaxda isə iaşə obyekti yanıb
10:57 ABŞ-da təyyarə avtomobil yoluna eniş edib
10:46 Bakının Suraxanı rayonunda yanğın olub
10:37 Sumqayıtda avtomobil ehtiyat hissələri mağazası yanıb
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neft bahalaşıb
10:00 Atəşkəs pozulub
17 FEVRAL
13:00 Sabah yağış və sulu qar yağacaq
12:38 Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
12:26 Könül Xasıyevadan kövrək sözlər: “Yaşasam da, yaşamasam da...“
12:14 Vasif: “Məni milyonçu hesab edirlər“
12:00 Böyrək ağrılarına birdəfəlik son - SADƏ RESEPT
11:47 Ürək və damarları sağlam saxlamaq üçün 5 SADƏ ADDIM
11:37 Lənkəranda motosikletlə yük maşını toqquşub, xəsarət alan var
11:25 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək
11:17 Meksikada zəlzələ nəticəsində 1 milyonadək ev elektrik enerjisiz qalıb
11:07 Meksikada güclü zəlzələ baş verib
10:54 Tramp: “Rusiya ilə sövdələşmə olmayıb”
10:47 Leyla Əliyeva tanınmış rəssam Alfons Muxanın sərgisinin açılışında iştirak edib
10:36 Ermənistan Silahlı Qüvvələrinin törətdiyi Qaradağlı qətliamından 26 il ötür
10:26 Günün qoroskopu
10:14 Dünya birjalarında neft bahalaşıb
10:06 Atəşkəs pozulub
16 FEVRAL
15:00 Vasif Məhərrəmli: “Onlarla çox xoşbəxtəm
14:47 Ötən ay yağıntılar bir qədər çox olub, bəzi rayonlarında tez-tez duman müşahidə edilib
14:38 ABŞ dövlət katibi: “Türkiyə ilə birlikdə hərəkət edəcəyik“
14:27 Xərçəng hüceyrələrini məhv edən MÖCÜZƏVİ QİDA
14:15 Orqanizmdə yod əskikliyinin 8 SİMPTOMU

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (214159)
2 Qırışlar üçün maskalar (203401)
3 Dəri ağardıcı maskalar (135654)
4 Qozun faydaları (109955)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (102439)
Cənub Qaz Dəhlizi“ Məşvərət Şurası iştirakçılarının siyahısı və proqramı açıqlanıb
Tarix: 14.02 | Saat: 13:48 | E-mail | Çapa göndər

Fevralın 15-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına hazırlıq işləri yekunlaşıb.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, ”Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf mühit və energetika nazirliyinin nümayəndələri-Mixail Verroiopolos, Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin müavini Enis Aliko iştirak edəcək.
ABŞ-ı Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edəcək.
Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola Vuyoviç, Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət katibi İvo Milatiç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılacaq. Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da iştirak edəcək. Türkmənistanı toplantıda Prezidentin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edəcək.
Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başqa regional prezidenti Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı, toplantıda Snam, Enagas, Axpo və Fluxys şirkətlərinin də iştirakı nəzərdə tutulub.
Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin enerji bölməsinin direktoru Aşok Bhargava, bankın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannabekov, eləcə də layihə icraçıları Yaqut Ertenliche və Səbinə Cəfərova qatılacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin tərkibinə isə bankın Şərqi Avropa və Qafqaz icraçı direktoru Françis Malige, Qafqaz, Moldova və Belarus üzrə regional direktor Bruno Balvanera, təbii sərvətlər üzrə direktor Erik Rasmussen, Rusiya, Qafqaz və Mərkəzi Asiyada enerji üzrə direktor Aida Sitdikova və baş bankir Veronika Krakoviç və Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Fernandes Duarte daxildir.
Avropa İnvestisiya Bankından isə toplantıda qurumun vitse-prezidenti Vazil Hudakın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə bankın maliyyə bölməsinin müdir müavini Peter Ceffreys, enerji üzrə baş iqtisadçısı Aleksandr Antonyuk, bankın Cənubi Qafqazdakı regional nümayəndəliyinin rəhbəri Sebastien Husson de Sempayni daxildir.
Beynəlxalq Maliyyə Korporasiyasının toplantıda iştirak edəcək nümayəndələri isə bunlardır: Bankın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Tomas Telma, Cənubi Qafqaz üzrə regional direktor Yan van Bilsen və Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Almaniya İnkişaf Bankının (KfW) baş icraçı direktoru Klaus Miçalak da tədbirə dəvəti qəbul edib. Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda enerji məsələləri üzrə meneceri Sameer Şukla, enerji üzrə baş mütəxəssisi Əbdüləziz Fəqhi və Azərbaycan üzrə ölkə meneceri Naveed Həsən Naqvi Məşvərət Şurasının dördüncü iclasının iştirakçıları sırasındadır. Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyini isə qlobal inkişaf üzrə direktor Markus Villiams təmsil edəcək.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Maroş Şevçoviç və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub. Dördüncü hissədə isə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İGB və İAP istiqamətləri üzrə məruzələr dinləniləcək. Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə”, eləcə də “Albgaz” və “SOCAR Balkans”, həmçinin “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında Niyyət məktublarının imzalanması planlaşdırılır.
Daha sonra energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti M. Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

Xəbər 103 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.02.2018
Dünya birjalarında neft bahalaşıb
17.02.2018
Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
17.02.2018
Dünya birjalarında neft bahalaşıb
16.02.2018
Gəncə-Alabaşlı dəmir yolunun 7,2 kilometri təmir olunacaq
16.02.2018
Səfir: “Ümid edirəm ki, gələcəkdə İtaliyadan Azərbaycana gələnlərin sayı artacaq”


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Böyrək ağrılarına birdəfəlik son - SADƏ RESEPT
17 FEVRAL  |   12:00
Ürək və damarları sağlam saxlamaq üçün 5 SADƏ ADDIM
17 FEVRAL  |   11:47

Fotogalereya

Ağacdan kəsilmiş həndəsi fiqurlar Anonim personajlı əsərlər Maraqlı şəkillər Rusiyada  Kosmik ab-havada olan toy

QADIN SAATI

Qışın gözəllik sirləri
05 FEVRAL  |   15:46
Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri
24 NOYABR  |   13:14

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1293

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info