İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

12 NOYABR
18:00 “Qarabağ”a qayıdacağım yalandır” – Riçard Almeyda
17:30 Uelbek əməliyyat olundu - “Qarabağ“la oyunu buraxacaq
17:00 Türkiyə millisinin heyəti açıqlandı
16:45 Axşamdan qalan çayı içməyin ziyanları
16:35 Vasif ailəsi ilə efirə çıxan müğənniləri qınadı
16:23 İşdə pozitiv olmağın yolları
16:14 Ofis seçərkən nələrə diqqət etməli?
16:00 Yaponiya poçtu ilk dəfə korrespondensiyaları dronlar vasitəsilə çatdırmağa başlayıb
15:48 Dünyanın ən ağıllı qadınları
15:38 Kompüteriniz üçün maraqlı şəkillər.
15:25 Britaniyalı “Ginnesin Rekordlar Kitabı”na düşdü: 500 bananla…
15:12 “Qarabağ”la oyun nəyin üzərində işləməli olduğumuzu göstərdi“ - Saçko
15:00 “Aşağı liqaya düşəcəyimizə inanmıram” - Mourinyo
14:47 Riberi jurnalisti vurdu
14:38 Uşağın iştahsızlığı ilə necə mübarizə aparmalıyıq?
14:27 “Niyə də olmasın?” - Xalq artistinin deputat olmaq istəyi
14:16 Doqquz aylıq küsülülük bitdi
14:00 “Efirə çıxmağa paltarım olmayıb, o, mənə paltar alıb” - Damladan ETİRAF
13:48 Mədə xorasına şəfa : Bal və qara zirə
13:37 Sağlam saçlara və dəriyə sahib olmaq üçün asan resept
13:25 Uşağın sosial inkişafı üçün nə etmək lazımdır?
13:14 Diş ağrısının öhdəsindən necə gələ bilərik?
13:00 Min dərdə şəfa bitki: Qulançar
12:44 Bu xəbəri miqrendən əziyyət çəkənlər oxusun
12:35 Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar
12:24 Şou-biznesdə daha bir barışıq
12:13 Teymur Əmrah əməliyyat olunacaq
12:00 Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir
11:48 Qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək
11:37 Sabah havanın dəyişkən buludlu olacağı gözlənilir
11:25 Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi istinadgahıdır
11:12 Vladimir Putin Türkiyəyə səfər edəcək
11:00 Bəyimxanım Vəliyeva İsraildə “Ud” festivalında iştirak edib
10:38 Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb
10:08 Atəşkəs pozulub
10 NOYABR
13:00 “Amaliya Pənahovanın böyük dərdi var imiş“ - Aybəniz Haşımova
12:52 “Yenə boşanaq?“ - Emredən Çağlaya cavab
12:47 Ən sürətli saç uzadan sadə, ucuz və effektiv maska

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (40878)
2 PRESS-ANONS (32729)
3 Banan qabığı təbii məlhəmdir (24797)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (20259)
5 Ev üsulu saç boyama (14826)
Qadın jurnalistlər arasında ilk dəfə keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı
Tarix: 07.03 | Saat: 12:00 | E-mail | Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında keçirdiyi “Azərbaycanın maarifçi qadınları” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
BMM.az xəbər verir ki, tədbirdə “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, şairə publisist Telli Pənahqızı, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı iştirak edib.
Tədbirdə ilk çıxış edən O.Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan danışıb. O qeyd edib ki, qadınlar Azərbaycan dövlətçiliyin möhkəmlənməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə ötürülməsində böyük rol oynayıb və ərazi bütövlüyümüzün qorunmasında canlarından keçiblər. İcraçı direktor vurğulayıb ki, xanım jurnalistlər arasında ilk dəfə keçirilən müsabiqə dekabrın 8-də elan edilib və müsabiqəyə fevralın 8-də yekun vurulub: “Bu müddət Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb”.
O əlavə edib ki, müsabiqənin nəticəsi olaraq dərc edilən yazılar toplusu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.
Daha sonra çıxış edən Sona Vəliyeva vurğulayıb ki, Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolu çox vacib məsələdir. Azərbaycanın maarifçi qadınlarının fəaliyyətindən danışan S.Vəliyeva deyib ki, hazırda maarifçilik fəaliyyəti ilə məşğul olmaq o qədər də çətin deyil, çünki söz və mətbuat azadlığı var. O əlavə edib ki, Azərbaycanın əvvəlki dövrlərdə fəaliyyət göstərən qadınlarının hansı əziyyətlər bahasına maarifçilik ideyalarını yayması göz özünə gəlir. S.Vəliyeva bildirib ki, Azərbaycan qadınını dünyanın digər qadınlarından 3 əsas cəhət fərqləndir: “Bura Azərbaycan qadınının mübarizliyi, qəhrəmanlığı, Türk mənəviyyatına sahib olması, digər tərəfdən İslamı dəyərlərə bağlı olması və daim inkişafda olan cəmiyyət üzvü olmasıdır. Qadınların fəaliyyətində bu 3 keyfiyyət özünü ehtiva edib”.
O həmçinin Mömünə xatun, Tomris, Sara Xatun kimi qadınların tarixi fəaliyyətindən danışıb. S.Vəliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik ideyalarını yayan qadınların gördüyü işlərə də diqqət çəkib. O vurğulayıb ki, Azərbaycanda ilk mətbuat yayımının əsasını Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova qoyub və öz həyat yoldaşı ilə birgə maarifçilik ideyalarını yaymaq üçün çiyin-çiyinə mübarizə aparıb: “Bu baxımdan Nina Qız Məktəbinin açılmasından da danışmaq istərdim. 1901-ci ildə qız məktəbinin açılışı oldu və Hacı Zeynalabdin Tağıyev heç tərəddüd etmədən Hənifə xanımı ora müdirə təyin etdi. Hənifə xanım isə iki qızını həmin məktəbə göndərdi”.
S.Vəliyeva maarifçi qadınların fəaliyyətinə dair hazırlanan kitabdan da danışıb və bildirib ki, kitaba daxil olan məqalələr mühazirə formatında hazırlanacaq: “Burada məqsəd bilavasitə həmin xanımları tanıtmaqdır. Ötən əsrin 30-cu illərində Azərbaycan kişiləri ilə yanaşı qadınları da repressiyaya məruz qaldı. Həmin maarifçi qadınlar Bakıda qalmayıb bölgələrə qayıdır və maarifçilik ideyalarını yayırdılar. Məktəb açırdılar, qızları oxudurdular. Bəzən məktəbi gizli şəkildə tikiş məktəbi adı ilə açırdılar ki, aparılan yoxlamaların diqqətindən yayınsınlar”.
S.Vəliyeva vurğulayıb ki, Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə Azərbaycan qadınına inanırdı. Ulu öndər inanırdı ki, Azərbaycan müstəqil olacaq və qadınlar dövlətçiliyin inkişafına töhfə verəcəklər: “Ona görə Heydər Əliyev müstəqillik illərində qadın və gənclərin fəaliyyətinə önəm verdi. Bu gün Mehriban Əliyevanın birinci - vitse prezident olması qadın siyasətinə önəm verilməsinin təzahürüdür”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycanda qadınların digər sahələr kimi, mətbuatda da təmsilçiliyi çox fəaldır O bildirib ki, Azərbaycanda mövcud jurnalistlərin 60 faizi qadınlardır: "Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir". Lakin Ə. Amaşov bir məsələdən narahatlıq keçirdiyi deyib. O qeyd edib ki, Azərbaycanın bəzi bölgələrində qızlar məktəbə göndərilmir. Qızların təhsildən məhrum edildiyi cəmiyyətin gələcəyi şübhə doğurur. Ona görə də bu məqam məni çox narahat edir”. O sonda vurğulayıb ki, biz Şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq və Azərbaycan xanımına verdiyimiz azadlığı qorumalıyıq.
KİVDF sədri Vüqar Səfərli öz çıxışında qadınlar arasında keçirilən müsabiqənin çox təqdirəlayiq olduğunu deyib. O qeyd edib ki, indiyə kimi müsabiqələrdə bu mövzuya toxunulmamışdı: “Hesab edirəm ki, bu ənənə davam etdiriləcək və müsabiqəyə qatılan jurnalistlərin sayı çox olacaq”.
Telli Pənahqızı isə öz çıxışında müsabiqəyə təqdim edilən yazılardan danışıb. O qeyd edib ki, 26 yazının hamısını bir-bir oxuyub: “Mən bu yazılarda yanan ürək, maarifçilik ideyalarının yayılmasında özünü alova atan qadınlar gördüm”. O əlavə edib ki, qadınların savadlı olması cəmiyyətin savadlı olmasıdır.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da mövzu ilə bağlı fikir bildirib. O qeyd edib ki, Hənifə Məlikova, Şəfiqə Qaspiralı və burada adı keçən digər qadınlar tarixə möhürünü vuran qadınlardır: “Onlar maarifpərvər qadınlar və böyük vətənpərvər idilər. Onlar millətinin aydınlanması üçün mübarizə aparırdılar. Mən Sona xanımı Şəfiqə Qaspiralının davamçısı olaraq görürəm. Bu gün birinci vitse-prezident Mehriban Əliyevanın dövlət quruculuğunda öz rolu var”.
“APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızı maarifçi qadınların cəmiyyətdəki rolunun işıqlandırılmasının vacibliyini vurğulayıb.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Xəbər 1163 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

30.10.2018
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib
26.10.2018
“Qarabağ dünən və bu gün” mövzusunda tədbir keçirilib
01.10.2018
Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
27.09.2018
Elmi seminar: “Lahıc əsl folklor məkanıdır”
14.09.2018
“Doğma qəriblər“ bədii-sənədli filminin təqdimat mərasimi keçirilib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

13 NOYABR
13:30 PRESS-ANONS
13 Noyabr 2018
14:00 PRESS-ANONS
13 Noyabr 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Axşamdan qalan çayı içməyin ziyanları
12 NOYABR  |   16:45
Mədə xorasına şəfa : Bal və qara zirə
12 NOYABR  |   13:48

Fotogalereya

Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı şəkillər. Maraqlı FOTOlar Kompüteriniz üçün maraqlı şəkillər.

QADIN SAATI

Uşağın iştahsızlığı ilə necə mübarizə aparmalıyıq?
12 NOYABR  |   14:38
Sağlam saçlara və dəriyə sahib olmaq üçün asan resept
12 NOYABR  |   13:37

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1337

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info