İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 APREL
17:42 Sərv qamətli olmaq üçün, bunları mütləq oxuyun...
17:14 Əməkdar artist canlı yayımda ÜSYAN ETDİ: Pulum yoxdur ki...
17:00 Xalq artisti övladları ilə film çəkdi
16:50 Saç boyaları saçı ağardırmı?
16:42 Çox faydalı maskalar
16:38 Gözəlliyin daha bir sirri...
16:24 Gülmək yaddaşa kömək edir
16:18 Bunlar sümük sağlamlığı üçün faydalıdır
16:16 Uzun yaşamaq istəyənlər dəniz məhsullarına üstünlük versin
16:04 Enerjili olmaq üçün faydalı məsləhətlər
16:00 Azərbaycanda alternativ enerji sahəsinə sərmayənin stimullaşdırılması üçün yeni qaydalar hazırlanıb
15:56 Danninq Krüger sindromu
15:50 İşgüzar görkəmdə buraxılan 10 səhv
15:41 Sabaha olan hava proqnozu
15:39 Final uğrunda mübarizə: “Fənərbaxça“ “Beşiktaş“a qarşı
15:33 Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, dolu düşəcək, temperatur 4-8 dərəcə enəcək
15:29 “Çelsi”nin futbolçusuna sərt cəza
15:24 Dəbli kişilərin seçimi: Qol düymələrinin yaranma tarixi
15:17 Günəş sistemində ölü planet tapıldı
15:05 Azərbaycan prezidenti ata Buşa başsağlığı məktubu göndərib
15:00 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır
14:46 Şəmkir-Gədəbəy yolunda 2 maşın toqquşub, dörd nəfər xəsarət alıb
14:35 Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır
14:23 “Arsenal”ı sabiq futbolçusu çalışdıra bilər
14:14 Ronaldo şəxsi rekordunu təkrarladı
14:00 Moskvada Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
13:47 “Bütün müğənnilərə meydan oxuyacam” - Toylarda birdənəyəm deyən xalq artisti
13:38 Bakı-Qazax yolunda yük avtomobili aşıb, 30 tondan çox sement yola dağılıb
13:16 Ucarda təbii qazın təchizatında problem yaranıb
13:00 Aprelin 23-dən rayon qeydiyyatlı avtomobillərin Bakıya girişi məhdudlaşdırılacaq
12:46 Bakıda və Qubada yanğın olub
12:34 Amaliya Pənahova görüntüsü ilə təəccübləndirdi
12:21 Səttar Bəhlulzadənin rəsm əsərlərindən
12:11 Gözəl qaşların sirri
12:00 Dərini gəncləşdirən çiyələk maskası
11:48 Dəfnə yarpağının möcüzəvi xüsusiyyətləri
11:36 Hər gün çiy yumurta içməyin inanılmaz faydaları.
11:27 Suya dad qataraq milyon dollarlıq şirkət quran iş qadını
11:13 Bu qan qrupundan olanların əcdadları İNSAN OLMAYIB
11:08 “Youtube”da rekord qıran azərbaycanlı müğənnilər

TOP 5

1 Gözətrafı qırışlar üçün yağlar (1) (220272)
2 Qırışlar üçün maskalar (207444)
3 Dəri ağardıcı maskalar (138531)
4 Qozun faydaları (114802)
5 Saçlar üçün çaytikanı yağı ilə maskalar (105924)
Tərtərdə 6 kəndi birləşdirən yeni avtomobil yolu inşa edilir
Tarix: 28.03 | Saat: 14:00 | E-mail | Çapa göndər

Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu layihələrin icrasında əsas məqsəd, ilk növbədə vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir. Elə bu məqsədlə də Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilir.
Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilib.
Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir.
Tikinti layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün 0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bu işlərə paralel olaraq çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulub. Bu məqsədlə 32 yerdə 384 paqon-metr uzunluğunda müxtəlif diametrli dəmir və dəmir-beton boruların tikintisi işləri aparılır. Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələdə yolun asfaltlanması işləri aparılacaq ki, bunun üçün 130 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihə əsasında yol boyu 8 ədəd avtobus dayanacağının, 142 ədəd yol nişanının, 22 ədəd km göstəricinin və 840 ədəd siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa hərəkətin normal təşkili üçün 54.5 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi də planlaşdırılır.
Yeni yolun inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri məhsullarının tez və xarab olmadan daşınması imkan yaranmaqla sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf edəcək. Bu isə öz növbəsində vətəndaşların sosial rifah halının yüksəlməsinə gətirib çıxaracaq.

Xəbər 393 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.04.2018
Əməkdar artist canlı yayımda ÜSYAN ETDİ: Pulum yoxdur ki...
19.04.2018
Xalq artisti övladları ilə film çəkdi
19.04.2018
“Bütün müğənnilərə meydan oxuyacam” - Toylarda birdənəyəm deyən xalq artisti
19.04.2018
Amaliya Pənahova görüntüsü ilə təəccübləndirdi
19.04.2018
“Youtube”da rekord qıran azərbaycanlı müğənnilər


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

20 APREL
15:00 PRESS-ANONS
20 Aprel 2018
04 MAY
12:00 PRESS-ANONS
04 May 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Gülmək yaddaşa kömək edir
19 APREL  |   16:24
Bunlar sümük sağlamlığı üçün faydalıdır
19 APREL  |   16:18

Fotogalereya

Səttar Bəhlulzadənin rəsm əsərlərindən Seçiminizə kömək edə biləcək qonaq otağı mebeli modelləri 2018-ci ilin trend qadın geyimləri Gün batımı

QADIN SAATI

Sərv qamətli olmaq üçün, bunları mütləq oxuyun...
19 APREL  |   17:42
Saç boyaları saçı ağardırmı?
19 APREL  |   16:50

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1317

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info