İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 OKTYABR
18:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:38 “Arsenal“ “Atletiko“dan futbolçu alır
17:24 Videoları rekord qıran Nahidə “Youtube“ qazancını açıqladı - şok məbləğ
17:15 “Qarabağ“da mənim mövqeyimdə yaxşı rəqabət var“ - Halldorsson
17:00 İkisi oynamayacaq, biri sual altdadır - “Zirə“də 3 zədəli
16:44 “Azərbaycanı məğlub etmək istəyirik“ - Norveç yığmasının baş məşqçisi
16:37 Könül “Əməkdar artist” olmasını belə qeyd etdi
16:23 Namiq Aygünlə duetdən imtina etdi
16:15 İtaliyada arzu olunmayan rəqəm 17-dir
16:00 Çirklənməyən köynək
15:43 Alimlər yapon mütəxəssislərinin yaratdıqları kvant kompüterindən ödənişsiz istifadə edəcəklər
15:32 2600 hava şarından düzəldilən otaq
15:21 Altı min dollara başa gələn kottec
15:13 ABŞ-da dünyanın ən etibarlı evi tikilib
15:00 Gözəl saçların 10 sirri..
14:45 Kəpəksiz saçlar
14:35 Saç tökülməsinə qarşı üç təbii maska
14:23 Göbələkli, qeyri-adi blinçiklər
14:12 Sosiskalı Peraşki – Foto
14:00 Milföye xəmirinə bükülmüş göbələkli və tenderloinlu börək
13:43 Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI
13:34 Nar qabıqlarını atmayın
13:25 “Qarabağ“ın qapıçısı 90 dəqiqə oynadı
13:13 Premyer Liqamızda 8-ci turun hakim təyinatları
13:00 Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...“
12:43 Axşam yeməyi yuxudan 3-4 saat əvvəl qəbul edilməlidir
12:33 İmmuniteti möhkəmləndirən 3 ən yaxşı məhsul
12:23 Yuxu zamanı insan bədənində baş verən 10 mühüm dəyişiklilk
12:14 “Bozbash”dan ayrılan “Ağsaqqal”: “Bütün günü cavan qızlarla bir yerdədir”
12:00 Sabah havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır
11:45 Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
11:37 Fransa hökumətinin yeni tərkibi elan olunub
11:24 Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb
11:13 Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
11:00 San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü bağlı təbrik bəyannaməsi qəbul edib
10:44 Ukraynada iki lokomotiv toqquşub, ölənlər var
10:36 Şamaxı ərazisində zəlzələ qeydə alınıb
10:24 Günün qoroskopu
10:13 Dünya birjalarında neftin qiyməti bahalaşır
10:06 Atəşkəs pozulub

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (38679)
2 PRESS-ANONS (32632)
3 Banan qabığı təbii məlhəmdir (24546)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (19585)
5 Ev üsulu saç boyama (14691)
Köhnə kitablar təhlükəlidir
Tarix: 14.04 | Saat: 12:15 | E-mail | Çapa göndər

İnsan beyninin dincəlməsi üçün olduqca müstəsna rola malik olan kitablar arasında gün keçirmək çox insanların sevimli məşğuliyyətidir. Bəzi insanlar onlarda nostalji hisslər yaradan köhnə kitabları vərəqləməyi, onları oxumağı daha çox sevir. Bəzi insanlar isə sırf peşələri ilə əlaqədar köhnə kitablar, sənədlər arasında gün keçirməli olurlar.
Lakin kitabsevərlər, eyni zamanda köhnə kitab, sənədlər arasında gün keçirməyə məcbur olan insanlar bilməlidirlər ki, yeni çapdan çıxan kitabların insan sağlamlığına zərəri olmasa da, köhnə kitablar, sənədlər tozlarla bol olduğundan onlar insan səhhətində bir çox problemlər yarada bilərlər.
Köhnə kitabları insan səhhəti üçün təhlükəli sayan həkim-mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib ki, kitab tozu hazırda ən geniş yayılmış allergenlərdəndir: «Allergiya simptomları kəskin respirator virus infeksiyalarının simptomlarını xatırladır. Buna görə də həkim səhv olaraq soyuqdəymə xəstəliyinin müalicəsi məqsədilə dərman preparatları təyin edir. Amma bu xəstənin vəziyyətini yüngülləşdirmir. Bu xəstəliyin ən ağır forması allergik bronxial astma, anafilaktik şok, həzm sisteminin allergik zədələnməsi ola bilər».
Y.Abdiyeva deyib ki, kitab tozlarına olan allergiya xoşəgəlməz simptomatika ilə müşayiət olunur, o, insana diskomfort yaradır, tənəffüs orqanlarının təhlükəli xəstəliklərinin inkişafına şərait yaradır. Mikroskopik hissəciklərin tərkibindəki zərərli maddələr astmatik tutmaların yaranmasını sürətləndirir:
«Toz — ən güclü qıcıqlandırıcılardan biri hesab edilir, onunla mübarizə aparmaq çətindir. Mikrohissəciklər asanlıqla mebel, xalça, yumşaq oyuncaqlar üzərində toplanır, tənəffüs yollarına asanlıqla daxil olurlar. İstənilən yaşda olan insanlar üçün nəinki ev, həm də kitab tozları təhlükəlidir, onlarda saprofitlər, onların həyat fəaliyyəti və parçalanma məhsulları yerləşir. Mikrohissəciklər kif sporları toplayır, asanlıqla burun-udlağa, bronxlara, ağciyərlərə daxil olur, burun yollarında, gözlərin sklerasında çökürlər».
Y.Abdiyeva qeyd edib ki, belə tozların fəsadlarından daha çox əziyyət çəkənlər gündəlik olaraq çox sayda kitablarla, xüsusilə köhnə kitab və sənədlərlə təmasda olan insanlardır.
Onun sözlərinə görə, belə şikayətlərlə müraciət edən pasiyentlərin əsasən arxiv, kitabxana, muzey işçiləri olur.
Həkim bildirib ki, kitab mağazalarının satıcıları da risk qrupuna daxil olsa da, yeni çap olunan kitablar az hallarda mənfi simptomların ortaya çıxmasına şərait yaradır: «Zirzəmilərdə, köhnə binalarda yaranan artıq dərəcədə rütubət neqativ reaksiyaların yaranma riskini artırır. Kif göbələklərinin sporları kitab tozuna olan allergiyanı artırır. Çox hallarda kitab tozuna qarşı yaranan allergiya insanın vəziyyətini pisləşdirir, tənəffüs orqanlarının xəstəliklərinin gedişini kəskinləşdirir, orqanizmin sensibilizasiyasını gücləndirir».
Y.Abdiyeva qeyd edib ki, bu hallarda əsas əlamətlər boğazda diskomfort, acışma olur, burundan sulu, iysiz və rəngsiz selik praktik olaraq dayanmadan axır, göz qapaqlarında və sklerada qızarma və dəri qaşınması, səsdə xırıltı, bəlğəm xaric edilmədən allergik öskürək, bronxial astma əlamətlərinin güclənməsi, gözlərin yaşarması, boğulma tutmaları, hava çatışmazlığıdır. İmmunitetin zəifləməsi zamanı allergenlərə yüksək həssaslıq olduqda insanda hətta anafilaktik şokun da yaranması mümkündür: «Məhz saralmış səhifələrində çox həcmdə qıcıqlandırıcı maddələr olan köhnə sənədlər, kitablar və jurnallar allergiklər üçün təhlükəlidir. Kitablar əldən-ələ keçdikcə, — əgər onlardan qeyri-düzgün istifadə edilərsə, — »zərərli kitablar«a çevrilir, yoluxucu xəstəliklərin daşıyıcıları olurlar. Laborantlar çox vaxt məşhur kitabxanalardakı kitabların səhifələrində xəstəlik törədicisi olan mikroblar — difteriya, qızılı stafilokk, streptokokk çöpləri və xüsusilə tez-tez vərəm çöpləri aşkar ediblər.
Yoluxucu xəstəliklərin törədicilərinin kitablara necə daxil olduğuna gəldikdə, Y.Abdiyeva deyib ki, onlar kitablara öskürmə və asqırma zamanı tüpürcəklə, daha çox tüpürcəklə isladılmış barmaqla səhifələrin vərəqlənməsi zamanı baş verir. Lakin kitablara xəstəlik törədicilərini milçəklər də daxil edə bilər. Kitabların müxtəlif xəstəlik törədicisi olan mikroblarla yoluxması onlara tozların çökməsi və səhifələrin dəri xəstəlikləri olan xəstələrin barmaqları ilə vərəqlənməsi, tüklərinin səhifələrin arasına düşməsi nəticəsində baş verir: „Ən xoşagetməz hal odur ki, mikroblar kağızlarda uzun müddət yaşayırlar və uzun müdət də xəstəlik törədici gücünü saxlayırlar. Belə ki, vərəm çöpləri səkkiz aya qədər, streptokokk, stafilokokk törədiciləri üç aydan çox, difteriya çöpləri bir aydan çox yaşayırlar“.
trend.az

Xəbər 1026 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

16.10.2018
İtaliyada arzu olunmayan rəqəm 17-dir
16.10.2018
Çirklənməyən köynək
16.10.2018
Alimlər yapon mütəxəssislərinin yaratdıqları kvant kompüterindən ödənişsiz istifadə edəcəklər
16.10.2018
2600 hava şarından düzəldilən otaq
16.10.2018
Altı min dollara başa gələn kottec


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI
16 OKTYABR  |   13:43
Nar qabıqlarını atmayın
16 OKTYABR  |   13:34

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Maraqlı məkanlar Təbiət şəkilləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Gözəl saçların 10 sirri..
16 OKTYABR  |   15:00
Kəpəksiz saçlar
16 OKTYABR  |   14:45

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1336

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info