İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 YANVAR
18:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
17:48 Öskürəyə qarşı xalq təbabəti üsulları
17:35 Saçınızın gözəlliyini qoruyun!
17:23 “Havay aşı“nın hazırlanma qaydası
17:13 Ürəyi möhkəmləndirən xalq təbabəti üsulları
17:00 Ürək üçün xeyirli bitkilər
16:45 Xalq təbabəti ilə baş ağrılarının müalicəsi
16:39 Çobanyastığının faydası
16:25 “Arxamca danışıb, pulumu oğurlayıb...“ - Natavan
16:12 Tanınmış aparıcı: “Bacımın 2 günlük ömrü qalıb“
16:00 Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər? - Heyrətamiz SİRR ÇÖZÜLDÜ
15:47 Xoşbəxtliyin sirri çözüldü
15:36 Xanımlar bu xəbəri mütləq oxuyun: 2019-cu ilin dəbdə olacaq saç rəngləri
15:24 Gül kələmindən dadlı xörək bişirin
15:17 Damlanın verilişlərə tək getməyinin səbəbi ortaya çıxdı: “Məni bəyənmirlər“
15:00 Halldorssondan “Qarabağ“dan ayrılacağı iddialarına cavab
14:48 Sxadadzenin müqaviləsi uzadıldı
14:36 Orqanizmi təbii yollarla toksinlərdən - TƏMİZLƏYƏN QİDALAR
14:25 Bu da əməkdar artistin heç yerdə görmədiyiniz, özünə bənzəyən oğlu
14:14 Kakoslu qurabiyə belə bişirilir
14:00 “Sumqayıt“ “Vardar“la üz-üzə
13:47 Qripdən qorunmaq üçün təbii üsullar
13:35 Ramil Şeydayev “Jilina“nı xatırladı: “Hücum futbolu oynamaq xoş idi“
13:24 Makiyajsız Cenifer Lopez hər kəsi təəccübləndirdi
13:11 Evdə hazırlaya biləcəyiniz ləzzətli piroqlar
13:00 Mehriban Xanlarova ərə getmək istəyir - “1 il müddətində övlad sahibi olacam“
12:44 “Zirə“ Macarıstan klubuna qarşı
12:36 Astronomlar Qalaktikanın mərkəzində yeni qara dəlik kəşf etdilər
12:28 71 yaşlı pensiyaçı taxtadan maşın düzəltdi
12:17 “Mançester Yunayted“də yeni müqavilə
21 YANVAR
18:00 Kirpik uzadan qarışım
17:47 Adi kişmişlə bu xəstəliklərdən qurtulun - ÇOX UCUZ RESEPTLƏR
17:36 Hər gün sirkədən istifadə etmək üçün 8 səbəb
17:24 Hafizəni gücləndirməyin yolu tapıldı
17:12 Mədə-bağırsaq xəstəliyinə kömək olacaq qarışım
17:00 Evdə Tantuninin Hazırlanma qaydası
16:49 Mərhum xalq artisti ölümqabağı Gülyanaqdan nə istəyibmiş?
16:35 Sürprizli kartof
16:27 Çingiz Mustafayevdən ŞOK AÇIQLAMA: “Saçım uzun olanda çox sataşırdılar“
15:25 “Barselona“da ciddi itki

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (46680)
2 PRESS-ANONS (33086)
3 Banan qabığı təbii məlhəmdir (25589)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (22284)
5 Qreyfrutun faydaları və zərərləri (15684)
Raqub Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatı keçirilib
Tarix: 27.06 | Saat: 18:00 | E-mail | Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun təşəbbüsü ilə hazırlanan aprel şəhidi polkovnik-leytenant Raqub Orucova həsr olunmuş “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Ruhun həsrəti” filminin təqdimatı keçirilib.
BMM.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov filmin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib.
O bildirib ki, Mətbuat Şurası indiyə qədər 10-a yaxın film hazırlayıb və qəhrəmanlarımızın həyat yolları həmin filmlərdə öz əksini tapıb: “Dünən Azərbaycan ordusunun 100 illiyi ilə bağlı möhtəşəm parad keçirildi. Ölkə başçısı da çıxışında mühüm məqamlara toxundu. Bir daha əmin olduq ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla öz torpaqlarımızı qaytaracağıq”.
Millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, torpaq, vətən uğrunda şəhid olan hər bir qəhrəmanımız haqqında belə filmlər çəkilməlidir, xatirələri əbədiləşdirilməlidir: “Mən onun ölümündən xeyli əvvəl belə bir kəşfiyyatçının, igidin olduğunu eşitmişdim. Raqub bizim vətəndən getdi, təkcə öz ailəsindən yox. Bu Vətəni Raqub kimi oğullar qurub və yaşadır. Bu cür oğullar sayəsində torpaqlarımıza qayıdacağıq. Hər bir şəhid xanımına, övladlarına diqqət və qayğı ilə yanaşmalıyıq. Raqub haqqında deyilir ki, o, şəhid obanın, şəhid ananın şəhid oğludur. Bu sözlər mənə çox təsir edir. Qüvvələrimizi səfərbər edib torpaqlarımızı geri qaytarmalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Professor Cahangir Məmmədli filmin yüksək peşəkarlıqla hazırlandığını qeyd edib: “Raqubun anası da şəhid olub. O, torpaqlarımız işğal olunan vaxt həlak olub. Ona görə də Raqub şəhid olanda anası ona ağlaya bilmədi. Raqub üçün ağlayanlar necə ürəkdən sızlayırsa, mənə elə gəlir ki, onu anası əvəzindən də ağladılar. Mən şəhidimin xanımına səslənirəm – başını uca tut. Bütün şəhid xanımları qürur hissi keçirməlidirlər”.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən “Veysəloğlu” Şirkətlər Qrupuna öz təşəkkürünü bildirib: “Bu mövzunu davam etdirmək lazımdır. Sevindirici haldır ki, iş adamları öz gəlirlərinin bir hissəsini bu cür işlərə ayırırlar. Məktəblərdə bu mövzularda dərsdən kənar mənəvi söhbətlər aparılmalı, viktorinalar təşkil edilməli, şagirdlərlə sual-cavablar keçirilməlidir. Şəhidlər Tanrı tərəfindən seçilmiş insanlardır. Şəhidlik o zaman baş verir ki, o insanların gözünə nə ailə, nə uşaq görünür, yalnız Vətən haqqında düşünürlər. Filmdən gördük ki, Raqubun ailə üzvləri də mərd insanlardır. Şəhidlərimizin ruhları şad olsun”.
Millət vəkili Aqil Abbas bildirdi ki, film adamı kövrəldir: “Şəhidlərin dəfn mərasimində deyirlər ki, haqqınızı halal edin. Bu fikri qəbul etmirəm. Bizim şəhidlər üstündə haqqımız yoxdur. Onlar bizə haqqını halal edə bilər. Aprel döyüşləri şanlı tariximizdir. Ölkədə xeyli kanal var. Hamısı bu cür filmləri nümayiş etdirməlidir. Müğənnilərə ayrılan vaxtı bu mövzuya ayırsınlar”.
Millət vəkili Sona Əliyeva vurğuladı ki, bizim insanlarda vətənpərvərlik hissi yüksəkdir: “Dünən də qürurlu bir gün yaşadıq. Prezidentin çıxışı sayəsində torpaqlarımıza qayıdacağımıza bir daha əmin olduq”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nəzərə çatdırdı ki, bu cür filmlərin mənəvi əhəmiyyəti böyükdür: “Mən Raqub Orucovun xanımı qarşısında baş əyirəm. Var olasınız”.
Tədbirdə çıxış edən tanınmış jurnalist, şəhid övladı Zaur Əhməd şəhidləri bölgələrə, rayonlara bölməməyi xahiş etdi: “Raqub Orucovla ilk görüşümdən sonra şəhid övladı olmağımla qürur duydum. Həmin görüşə qədər kim mənim şəhid oğlu olduğumu bilirdisə mərhəmət hissi ilə yanaşırdı. Raqub Orucov isə bu statusa qürur hissini qatdı”.
“Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və bu kimi filmlərin ərsəyə gəlməsində böyük əməyi olan tanınmış jurnalist İlham Məmmədzadə isə çıxışında bu kimi mövzulara açıq olduqlarını bildirdi: “Şirkətimizin rəhbərliyi vətənpərvərlik mövzularında, şəhidlərin tanıdılması istiqamətində bütün təkliflərə açıqdır. Təkcə son aylarda həm Cümhuriyyət, həm də şəhidlərimizlə bağlı bir neçə kitab və filmin ərsəyə gəlməsinə dəstəyimizi əsirgəməmişik”.
Sonda çıxış edən Raqub Orucovun xanımı Sevinc Orucova hamıya təşəkkürünü bildirdi: “Zaur Əhmədin sözü ilə tamamilə razıyam, heç kimin bizə yazığı gəlməsin, bizimlə qürur duysunlar. Raqub Vətən üçün, torpaq üçün şəhid oldu.”
Tədbirdə çıxış edən digər natiqlər filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər və bu cür işlərin davam etdirilməli olduğunu vurğulayıblar.
Qeyd edək ki, filmin ssenarisi və səsləndirilməsi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur. Filmdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, tanınmış ziyalılar fikirlərini bölüşür. Filmin rejissorları Kəmalə Mirzəyeva və Miranə İsmayıl, operatoru Xəyyam, montaj rejissoru Rövşən, layihə rəhbərləri millət vəkili Əflatun Amaşov və Bəxtiyar Qaracadır.

Xəbər 651 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

30.10.2018
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib
26.10.2018
“Qarabağ dünən və bu gün” mövzusunda tədbir keçirilib
01.10.2018
Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
27.09.2018
Elmi seminar: “Lahıc əsl folklor məkanıdır”
14.09.2018
“Doğma qəriblər“ bədii-sənədli filminin təqdimat mərasimi keçirilib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

23 YANVAR
11:30 PRESS-ANONS
23 Yanvar 2019
12:00 PRESS-ANONS
23 Yanvar 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Öskürəyə qarşı xalq təbabəti üsulları
22 YANVAR  |   17:48
Ürəyi möhkəmləndirən xalq təbabəti üsulları
22 YANVAR  |   17:13

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Maraqlı FOTOlar Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Saçınızın gözəlliyini qoruyun!
22 YANVAR  |   17:35
“Havay aşı“nın hazırlanma qaydası
22 YANVAR  |   17:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1340

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info