İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 YANVAR
18:00 Hər gün ağartı məhsulları yemək üçün 7 SƏBƏB
17:43 Reynaldo zədələndi
16:28 Qripə qarşı ən yaxşı təbii vasitələr. Xalq təbabəti reseptləri
15:36 Ətli Blinçikin xəmirini hazırlamağın ən asan resepti
14:49 Alimlərdən xəbərdarlıq: “Yerin Şimal maqnit qütbü yerini dəyişir“
14:39 Bu ölkə uçan taksi xidmətinə keçir
14:28 Xatirənin qarın nahiyəsindən 3 litr piy çıxarıldı
14:16 Balotelli Fransada klubunu dəyişdi
14:00 “Qalatasaray“ müdafiəçisi ilə yolları ayırdı
13:49 Yatmadan əvvəl bu qidaları qəbul edin - Səbəbi isə...
13:36 “Səbail“ qələbə ilə başladı
13:24 “Çelsi” argentinalı yarımmüdafiəçi alır
13:12 Özil yenidən İspaniyada oynaya bilər
13:00 Çin tarixdə ilk dəfə olaraq Ayda uğurlu bioloji eksperiment keçirib
12:48 Alimlər: Qlobal ekoloji fəlakət yaxınlaşır
12:37 Ərindən boşanandan sonra efirdə tez-tez görünən Afət: İcazə vermirdi ki...
12:25 Samir 3 ildən sonra qayıdır
12:15 Azərbaycanlı aparıcı evlənir
15 YANVAR
18:00 Vasif onu 8 kiloqram arıqladan pəhrizini açıqladı
17:47 Yumurta sarısını tez-tez qəbul edin - Nevroloqlardan çağırış
17:36 Hər mətbəxdə olan xərçəngin 7 düşməni
17:24 Çiy acika
17:15 Dünyanın ən ağıllı ölkələri: Azərbaycan...
16:23 “Neftçi“ üçün daha bir rəqib
16:18 Çex gedir
16:00 Badımcan yelpiyi
15:46 “Hədəflərimizə çatmağa çalışacağıq“ - Ürfan Abbasov
15:33 “Sezar“ salatı
15:24 Noxudlu şorba
15:12 “Birinci hissə çətin oldu, ikinci hissə daha çətin olacaq“ - Qurban Qurbanov
15:00 Motivasiyanı bərpa edən amillər
14:47 Zədələnən Keynin ilkin durumu açıqlandı
14:34 “Məndən başqa kişi yoxdur?” - Manaf Ağayev QƏZƏBLƏNDİ
14:23 Sağlamlıq üçün ən qiymətli məhsul
14:12 Gecə çarpayının yanına kəsilmiş limon qoysanız, bədəndə nə baş verəcək?
14:00 Məqsədə çatmağın 5 əsas yolu
13:48 Akrofobiya
13:38 “Ticarət mərkəzində ayaqqabı satırdım” - Əbdül Xalid
13:29 Şou-biznesdə daha bir toy oldu
13:16 Çay içdikdən sonra mütləq 1 stəkan su için - Həkimlər bildirir

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (46239)
2 PRESS-ANONS (33078)
3 Banan qabığı təbii məlhəmdir (25542)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (22168)
5 Qreyfrutun faydaları və zərərləri (15415)
Sentyabrın 6-sı dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsini anma günüdür
Tarix: 06.09 | Saat: 17:26 | E-mail | Çapa göndər

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin vəfatından bir il ötür.
AZƏRTAC xəbər verir ki, 1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurduna - Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. O, 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. Lütfi Zadə həmin ali təhsil ocağında ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.
L.Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. L.Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.
AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək “Honda” mükafatı ilə təltif olunub.
L.Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.
Bir çox xarici ölkə akademiyalarının üzvü olan L.Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib. L.Zadə həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub.
Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və birinci Fəxri xiyabanda dəfn edilib. Alimin vəfatının ildönümü ərəfəsində heykəltəraş, Xalq rəssamı, akademik Ömər Eldarov tərəfindən hazırlanmış qəbirüstü abidəsi ucaldılıb.

Xəbər 254 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

11.01.2019
Dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün 24 nəfər ərizə verib
10.01.2019
“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı olub
08.01.2019
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir
04.01.2019
Təhsil müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbirlər keçiriləcək
03.01.2019
Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası başlayıb


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 YANVAR
11:00 PRESS-ANONS
17 Yanvar 2019
12:00 PRESS-ANONS
17 Yanvar 2019
14:00 PRESS-ANONS
17 Yanvar 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qripə qarşı ən yaxşı təbii vasitələr. Xalq təbabəti reseptləri
16 YANVAR  |   16:28
Yatmadan əvvəl bu qidaları qəbul edin - Səbəbi isə...
16 YANVAR  |   13:49

Fotogalereya

Maraqlı FOTOlar Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Hər gün ağartı məhsulları yemək üçün 7 SƏBƏB
16 YANVAR  |   18:00
Ətli Blinçikin xəmirini hazırlamağın ən asan resepti
16 YANVAR  |   15:36

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1340

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info