İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 APREL
18:00 Qarın qurultusunun səbəbləri
17:49 Bu məcun bütün növ qəbizliyə çarədir
17:38 Beyini streslərdən qoruyan 5 ən yaxşı məhsul
17:25 Poqba qərarını verdi - Gedir, yoxsa qalır?
17:12 Ev şəraitində masaj yağının hazırlanması
17:00 Rəngsiz xına ilə üz üçün intensiv təmizləyici maska
16:45 Buruq saçlar necə yuyulmalıdır?
16:33 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:21 “Pop oxuyanlarının əksəriyyətindən mədəniyyətliyəm“
16:15 Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir... Min bir dərdin dərmanı!
16:00 Bu 6 məhsul qarın piylərini əridir
15:47 “Atletiko“ iki əsas futbolçusu ilə yolları ayırır
15:39 Ronaldo onları “Yuventus“a təklif etdi - transfer siyahısı
15:28 “Beşiktaş“da ciddi itki - mövsümü bitirdi
15:12 Azərbaycanlı aktrisa bir əməliyyatla TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ
15:00 Alimlər beyni necə oyatmaq haqda xususi üslub hazırlayır
14:45 Günəşə yaxın olan ikinci planet aşkar olunub
14:33 Aysel İrem Dericinin eks-əri ilə
14:25 “İntihar edə bilərəm“ - Fərda sənətdən getməyi barədə
14:14 Dünyanın ikinci ən böyük almazı nümayiş etdirilib
14:00 Makedoniyalı İskəndərin itmiş gəmisi tapıldı
13:47 Yalnız indiki nəslin hələ planeti xilas etmək şansı var
13:35 Günay:“Şəbnəm mənimlə reklam olunmaq istəyir“
23 APREL
18:00 Derbini buraxacaq - “Mançester Siti“də ciddi itki
17:44 Reynaldo 11-likdə, Zubir ehtiyatda - Qəbələdə heyətlər açıqlandı
17:32 Zidan: Ən yaxşı hücumçu odur!
17:21 Zubir ən yaxşı futbolçu seçildi
17:13 Ən faydalı tərəvəz hansıdır?
17:00 Xurma haqqında bilmədiyiniz 7 FAKT
16:47 Dəniz kələminin faydalı xüsusiyyətləri
16:33 Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
16:21 Püstə erkən qocalmanın qarşısını alır
16:12 Yağlı dərilər üçün krem-maska
16:00 Xərçəngdən qorunmaq üçün bu qidaları artırın
15:49 Təzyiqi salan ən ucuz və əlçatan TƏBİİ VASİTƏ
15:37 Ayaqlarda qabarlar.TƏBİİ MÜALİCƏ ÜSULU
15:23 Üz üçün cavanlaşdırıcı əzvay maskası
15:14 Kompüteriniz üçün maraqlı şəkillər.
15:00 Roza İlhamə Quliyevanın taxtında oturmağı arzulayır
14:43 26-cı turun hakimləri müəyyənləşdi - Premyer Liqamızda

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (58262)
2 PRESS-ANONS (33708)
3 Banan qabığı təbii məlhəmdir (26985)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (25578)
5 Qreyfrutun faydaları və zərərləri (21002)
Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
Tarix: 27.09 | Saat: 16:47 | E-mail | Çapa göndər

Heydər Əliyev Fondunun və ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini, iqtisadiyyatımızın şah damarı- neft sənayesinin inkişafını əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara italyan dilində ölkəmizin tarixinə dair nəşrlər təqdim edilib.
Müqəddəs Taxt-Tacın “Cancelleria” Sarayında təşkil olunmuş ziyafətdə ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan, quruculuq işlərindən söz açıb.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, ölkənin himninin, bayrağının və gerbinin təsis olunmasının Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu vurğulayıb. Bildirilib ki, birinci respublikanın nailiyyətlərini izləyən böyük dövlətlərin nümayəndələri onun rəhbərlərini alqışlayıblar. 1919-cu ildə Britaniyanın Qafqaz üzrə ali komissarı Oliver Uoldrop deyib ki, Azərbaycan Zaqafqaziyanın digər etnik qrupları üçün ən yaxşı nümunədir.
Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. O, müasir müstəqil Azərbaycanın iqtisadi inkişafı, sabitliyi və balanslaşdırılmış xarici siyasəti haqqında danışıb. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib, Bakı qitələri birləşdirən böyük layihələrə imza atıb.
2019-cu ilin yanvar ayında Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasındakı əlaqələrin 25 ilinin tamam olacağını bildirən R. Mustafayev bu müddət ərzində ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyəyə çatdığını və dinamik inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hörmətə, fəal dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb.
Siyasi sahədə dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin, xüsusilə də 2002-ci ildə Roma Papası II İohan Pavelin və 2016-cı ildə Papa Fransiskin ölkəmizə səfərləri, eləcə də Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxerin bu il ölkəmizə səfəri çərçivəsində ikitərəfli və beynəlxalq münasibətlər sahəsində aktual məsələlərin müzakirə olunduğunu bildirib. Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tac arasında sıx əməkdaşlıqdan və bu birgə fəaliyyətin bəhrələrindən danışıb. Əməkdaşlıq çərçivəsində Vatikanın tarixi və mədəniyyətinin nadir rəmzlərinin bərpası, Müqəddəs Marçellinio və Pietro katakombaları, eləcə də Vatikan muzeyində Zevsin heykəlinin, Sikstin kapellasında divar şkaflarının bərpa edildiyini diqqətə çatdırıb.
Heydər Əliyev Fondu tərəfindən bərpa edilən, 2 min ildən artıq yaşı olan Müqəddəs Sebastian katakombalarının açılışından danışıb.
Elmi sahədə Vatikan Mədəniyyət Şurasının və Apostol kitabxanasının dəstəyi ilə arxiv tədqiqatlarının aparıldığını, Orta əsrlər Azərbaycan mütəfəkkirləri Nizami, Füzuli və Nəsimi haqqında oxuculara məlum olmayan yeni məlumatların əldə edildiyini bildirib. Ölkəmizin Müqəddəs Taxt-Tacla çoxşaxəli əməkdaşlığını və dialoq yolunu davam etdirmək əzmində olduğunu vurğulayıb.
Müqəddəs Taxt-Tacın Mədəniyyət işləri üzrə şuranın sədri, kardinal Canfranko Ravazi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfərinə toxunaraq, iki dövlət arasında siyasi, mədəniyyətlərarası və dinlərarası dialoq sahələrində əlaqələrin yüksək səviyyəsindən söz açıb. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verib. Əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, ölkəmizin xristian dini mədəni irs abidələrinin bərpasına dəstək verməsini dinlərarası dialoqun bariz nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist Emil Əfrasiyabın rəhbərliyi ilə Azərbaycan incəsənət ustalarının ifasında milli musiqi proqramı ilə davam edib.
Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian kilsəsində bərpa edilmiş katakombalarla bağlı nəşrlər tədbir iştirakçılarına hədiyyə edilib.

Xəbər 473 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

16.04.2019
Milli Məclisin nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
06.04.2019
Mərakeş qəzetində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib
05.04.2019
Fuad Muradov: Azərbaycan-Gürcüstan dostluğu nümunəvidir
04.04.2019
Mərakeş və Mavritaniya mətbuatında Azərbaycanlıların Soyqırımı Günü barədə məqalələr dərc edilib
04.04.2019
Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradılıb


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qarın qurultusunun səbəbləri
24 APREL  |   18:00
Bu məcun bütün növ qəbizliyə çarədir
24 APREL  |   17:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ev şəraitində masaj yağının hazırlanması
24 APREL  |   17:12
Rəngsiz xına ilə üz üçün intensiv təmizləyici maska
24 APREL  |   17:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1351

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info