İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

15 DEKABR
13:00 Nadir sarı almaz tapılıb
12:49 Saçları uzatmaq üçün - 5 üsul
12:38 Uşaqlıq dövrünün ən dadlı, unudulmaz təamlarından olan bubliklərin hazırlanması çox sadədir.
12:28 Aparıcı Zaur 2 aydan sonra ATA OLACAQ
12:19 Bundesliqada 15-ci tura start verildi
12:00 Şokoladlı kartofları hazırlamaq çox asandır, heç bişirməyə ehtiyac yoxdur
11:48 Çoxlu ət yemək bu orqanı sıradan çıxardır
11:37 Bu qidaları gecə yeyib kökəlməmək olar
11:21 Hadisə Bəyazla sevgili olduğu iddialarına CAVAB VERDİ
11:14 Emin “Maşın Şou”nun qonağı oldu
10:26 Günün qoroskopu
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
14 DEKABR
17:13 Mini pidelərin hazırlanması
17:09 Adi xörək duzu bu xəstəlikləri müalicə edir
17:03 Saçları daha sağlam edən 6 MƏHSUL
17:01 Avroliqada turun rəmzi komandası
16:25 ÇL-də həftənin ən yaxşı oyunçusu
13:12 Xatun: “Roza Zərgərlidən qorxuram“
13:00 Ələkbər “Maşın”da niyə yoxdur? - Murad söz vermişdi...
12:44 Avroliqada həftənin ən yaxşı oyunçusu kim olacaq? - 4 namizəd
12:36 Azərbaycan mövsümü neçənci yerdə bitirdi? - UEFA-nın reytinqi
12:25 “Qarabağ“ son oyunda “Arsenal“a uduzdu
12:19 “Maşın şou“ başladı - Bu da iştirakçılar
11:00 Məlahətli səsi ilə qəlbləri fəth edən unudulmaz sənətkar
10:48 Kaspi Liseyinin Ağ Şəhər filialında cüdo zalının açılışı olub
10:37 Xırdalanın su və kanalizasiya sistemləri yenilənir
10:27 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
10:14 Günün qoroskopu
10:08 Atəşkəs pozulub
13 DEKABR
18:00 Maraqlı FOTOlar
17:38 Peraşki piroqu “Mehriban ailə“
17:23 “Fənərbaxça” Koku ilə müqaviləni ləğv etdi
17:17 Şəmistan Əlizamanlı yenidən məşhur serialda
17:00 Şokoladlı Çörək
16:44 Ucuz başa gələn, daha dadlı və ətirli, qeyri-adi ALMA VƏ PENDİRLİ PİROJKİ!
16:31 Bütün dəri problemlərinə qarşı sınanmış maskalar
16:24 İsti su ilə qocalmış dərinizi canlandırın, bu kapsulaları evdə hazırlayın
16:11 Duz lampası orqanizmə necə təsir edir?
16:00 Böyrək və öd kisəsi daşlarından təbii yolla azad olun - Qəpik-quruşluq reseptlər

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (43819)
2 PRESS-ANONS (32891)
3 Banan qabığı təbii məlhəmdir (25208)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (21342)
5 Ev üsulu saç boyama (15082)
Mikayıl Müşfiqin 110 illiyi qeyd edilib
Tarix: 02.10 | Saat: 17:00 | E-mail | Çapa göndər

R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən keçirilən tədbirdə Əməkdar jurnalist Qafar Əsgərzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Qeyd edib ki, Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıb. Vurğulayıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.
Tədbir konsert proqramı ilə davam edib.

Xəbər 274 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

14.12.2018
Məlahətli səsi ilə qəlbləri fəth edən unudulmaz sənətkar
10.12.2018
Ölkəmiz Vyanada “Avropa Mədəni İrs İli-2018” adlı tədbirdə təmsil olunub
04.12.2018
Belarusda Yeni il sərgi-yarmarkasında Azərbaycan mətbəxinin nümunələri təqdim olunub
03.12.2018
Azərbaycan Qazaxıstanda keçirilən yarmarkada təmsil olunub
30.11.2018
Milli Dram Teatrı dekabr repertuarını təqdim edir


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 DEKABR
14:00 PRESS-ANONS
17 Dekabr 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Çoxlu ət yemək bu orqanı sıradan çıxardır
15 DEKABR  |   11:48
Bu qidaları gecə yeyib kökəlməmək olar
15 DEKABR  |   11:37

Fotogalereya

Maraqlı FOTOlar Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər.

QADIN SAATI

Saçları uzatmaq üçün - 5 üsul
15 DEKABR  |   12:49
Uşaqlıq dövrünün ən dadlı, unudulmaz təamlarından olan bubliklərin hazırlanması çox sadədir.
15 DEKABR  |   12:38

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1338

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info