İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 NOYABR
17:18 “Keşlə“nin futbolçusu üçün il bitdi
15:00 Zeytun yarpağından hazırlanan çayın müalicəvi gücü
14:38 “Qalatasaray”a vurduğum qolu unuda bilmərəm” – Valbuena
14:27 Ramos 100-ə çatdı
14:14 “Mən ailə quranda bilmirdim neyləyim“ - Xalq artistindən SƏMİMİ ETİRAF
14:00 “6-cı sinifdən sevgilimdir” - Rəmiş həyat yoldaşından DANIŞDI
13:12 “Fikirdən xəstəlik tapdım“ - Hacı Nuran
13:00 Berlin süni intellekt yaradılmasına 3 milyard avro sərmayə qoyur
12:46 Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək
12:33 Əfsanəvi Hind vadisi mədəniyyəti niyə məhv olub? - Tarixin gizlin sirləri
12:22 “Zirə“ və “Səbail“in legionerləri millidə qələbəyə sevindi
12:11 “Elçin deyirdi ki, tez öləcəm, evlənmirəm“
11:22 Honkonq laboratoriyasında robot Sofiya üçün əlavə proqramlar hazırlanır
10:27 Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb
10:22 Günün qoroskopu
10:18 Atəşkəs pozulub
15 NOYABR
16:48 Saç tökülməsinə qarşı möcüzəvi maska
16:37 Dərinizi cavanlaşdırın
16:28 Üz dərisinin cavanlaşması üçün sehrli krem
16:16 Gözaltı qaraltılar üçün maska
16:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:49 Tanınmış azərbaycanlı aktrisanın oğlunun toyudur
15:35 “Mənə yaşayarkən ölməyə imkan ver“
15:23 “Qrupun favoriti bizik“ - kosovolu yarımmüdafiəçi
15:12 “Nazarovun son zərbələrdə bəxti gətirmir“ - baş məşqçi
15:00 Belçika millisində ciddi itki
14:45 Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə...
14:33 Məsləhət: Bunları edin və payızda xəstələnməyin
14:24 Soyuq havada heyva yeyin
14:11 Qabıqlarını qaynadıb içərək öskürəkdən qurtulun
14:00 Zob xəstəliyinin 7 qeyri-adi simptomu
13:47 Avropa alimləri: “Qəhvə şəkərli diabet riskini azaldır“
13:35 Vəfa özünə biznes qurdu
13:22 Sevdanı bezdirdilər: “Soruşurlar, nə vaxt ərə gedirsən?”
13:11 Daha məhsuldar olmaq üçün bu əşyalar iş stolunda ƏSLA olmamalıdır
13:00 İş həyatında uğur qazanmaq üçün uşaqlara nələr öyrədilməlidir?
12:46 Bunları etmək sadəcə vaxt itkisidir – 5 davranış
12:32 Çinin milyardlıq unikal binaları haqda MARAQLI FAKT
12:25 Yeni günəş panelləri artıq istiliyi kosmosa göndərəcək
12:12 “Maşın”da kimlər olacaq? - “Yox” deyənlər daha çoxdur...

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (41231)
2 PRESS-ANONS (32755)
3 Banan qabığı təbii məlhəmdir (24856)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (20386)
5 Ev üsulu saç boyama (14872)
Sabah Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayacaq
Tarix: 24.10 | Saat: 11:12 | E-mail | Çapa göndər

Oktyabrın 25-26-da Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumu keçiriləcək. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.
AZƏRTAC xəbər verir ki, builki Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edəcək. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.
VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.
Forumda həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına dərin inamı, humanizm və bəşəri məsuliyyətin zəruriliyi məsələsi önə çəkiləcək. Bütün bu təşəbbüslər insanların həyatını xilas edən, iztirabları yüngülləşdirən, kəskin və gərgin dəyişikliklər dövründə insan ləyaqətini qoruyan, habelə antropogen böhranlar və fəlakətlərə bənzər situasiyaların önlənməsini təmin edən humanizm aktlarıdır. Forum bu addımları humanizmin bütün dünya üçün vacib əhəmiyyət kəsb edən təməl prinsipləri çərçivəsində - neytrallıq, müstəqillik və obyektivlik şərtləri altında nəzərdən keçirir. Ənənəvi tədbirin konsepsiyasının əsas elementi BMT baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin həmrəyliyinə, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışıdır.
Keçmişdən günümüzə insanların ən müxtəlif vəziyyət və situasiyalara uyğunlaşmaq və yaratmaq bacarığı istər ayrı-ayrı fərdlər, istərsə də cəmiyyət kimi ümumi uğurumuzun əsasını təşkil edib. Tarixin hər bir dönəmində bizləri yeni və kreativ yollarla düşünməyə, davranmağa və əməkdaşlıq etməyə sövq edən fərqli çağırışlar mövcud olub. Bu günün dünyası da bu mənada fərqli deyil. Ona görə də 2015-ci ilin sentyabr ayında dünyanın 193 ölkəsinin rəhbərləri 2030-cu ilə kimi dayanıqlı inkişafa nail olmaq üçün ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə, qeyri-bərabərliyin azaldılması, davamlı su təchizatı, enerji mənbələri və yeni sənaye sahələrinin təmin edilməsi də daxil olmaqla, dünyanın görməli olduğu işləri müəyyənləşdirib.
Forumda BMT baş katibinin iki müavini, ISESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (İPU), BMT-nin iqtisadi və sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Müstəqil Dövlətlər Birliyinin MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak edəcək. Tədbirə həmçinin Sudanın vitse-prezidenti, Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılacaq.
Qeyd edək ki, Beynəlxalq Humanitar Forum çərçivəsində tədbir iştirakçılarının asudə vaxtlarının təşkili məqsədilə rəngarəng mədəni proqram təqdim olunacaq, qonaqların Bakı şəhərinin gəzməli-görməli yerləri ilə tanışlığı təşkil ediləcək.

Xəbər 123 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

15.11.2018
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
13.11.2018
Bu mövsümlərdə keçməyən inadçıl öskürəyi 2 gündə keçirəcək möhtəşəm resept
08.11.2018
Bolqarıstan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclası başa çatıb
08.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
07.11.2018
Azərbaycan Respublikasının dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 NOYABR
12:00 PRESS-ANONS
17 Noyabr 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Zeytun yarpağından hazırlanan çayın müalicəvi gücü
16 NOYABR  |   15:00
Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə...
15 NOYABR  |   14:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı şəkillər.

QADIN SAATI

Saç tökülməsinə qarşı möcüzəvi maska
15 NOYABR  |   16:48
Dərinizi cavanlaşdırın
15 NOYABR  |   16:37

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1337

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info