İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

16 NOYABR
17:18 “Keşlə“nin futbolçusu üçün il bitdi
15:00 Zeytun yarpağından hazırlanan çayın müalicəvi gücü
14:38 “Qalatasaray”a vurduğum qolu unuda bilmərəm” – Valbuena
14:27 Ramos 100-ə çatdı
14:14 “Mən ailə quranda bilmirdim neyləyim“ - Xalq artistindən SƏMİMİ ETİRAF
14:00 “6-cı sinifdən sevgilimdir” - Rəmiş həyat yoldaşından DANIŞDI
13:12 “Fikirdən xəstəlik tapdım“ - Hacı Nuran
13:00 Berlin süni intellekt yaradılmasına 3 milyard avro sərmayə qoyur
12:46 Ayın görünməyən hissəsi Yerlə əlaqələndiriləcək
12:33 Əfsanəvi Hind vadisi mədəniyyəti niyə məhv olub? - Tarixin gizlin sirləri
12:22 “Zirə“ və “Səbail“in legionerləri millidə qələbəyə sevindi
12:11 “Elçin deyirdi ki, tez öləcəm, evlənmirəm“
11:22 Honkonq laboratoriyasında robot Sofiya üçün əlavə proqramlar hazırlanır
10:27 Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb
10:22 Günün qoroskopu
10:18 Atəşkəs pozulub
15 NOYABR
16:48 Saç tökülməsinə qarşı möcüzəvi maska
16:37 Dərinizi cavanlaşdırın
16:28 Üz dərisinin cavanlaşması üçün sehrli krem
16:16 Gözaltı qaraltılar üçün maska
16:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:49 Tanınmış azərbaycanlı aktrisanın oğlunun toyudur
15:35 “Mənə yaşayarkən ölməyə imkan ver“
15:23 “Qrupun favoriti bizik“ - kosovolu yarımmüdafiəçi
15:12 “Nazarovun son zərbələrdə bəxti gətirmir“ - baş məşqçi
15:00 Belçika millisində ciddi itki
14:45 Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə...
14:33 Məsləhət: Bunları edin və payızda xəstələnməyin
14:24 Soyuq havada heyva yeyin
14:11 Qabıqlarını qaynadıb içərək öskürəkdən qurtulun
14:00 Zob xəstəliyinin 7 qeyri-adi simptomu
13:47 Avropa alimləri: “Qəhvə şəkərli diabet riskini azaldır“
13:35 Vəfa özünə biznes qurdu
13:22 Sevdanı bezdirdilər: “Soruşurlar, nə vaxt ərə gedirsən?”
13:11 Daha məhsuldar olmaq üçün bu əşyalar iş stolunda ƏSLA olmamalıdır
13:00 İş həyatında uğur qazanmaq üçün uşaqlara nələr öyrədilməlidir?
12:46 Bunları etmək sadəcə vaxt itkisidir – 5 davranış
12:32 Çinin milyardlıq unikal binaları haqda MARAQLI FAKT
12:25 Yeni günəş panelləri artıq istiliyi kosmosa göndərəcək
12:12 “Maşın”da kimlər olacaq? - “Yox” deyənlər daha çoxdur...

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (41231)
2 PRESS-ANONS (32755)
3 Banan qabığı təbii məlhəmdir (24856)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (20386)
5 Ev üsulu saç boyama (14872)
Con Boltonun səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafı və regional təhlükəsizlik baxımından əhəmiyyətlidir
Tarix: 25.10 | Saat: 11:22 | E-mail | Çapa göndər

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev və Con Bolton arasında keçirilən görüşdə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi nəhəng enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərir. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan sübut edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ-ın Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu kontekstdə qiymətləndirilməlidir. Əlbəttə ki, bu, məsələnin heç də hamısı deyil. Əgər regionda təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu, müəyyənləşdirir. Həm dünya siyasətini müəyyən edən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində mühüm yeri və rolu ola bilər. Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi. O, bundan sonrakı mərhələdə Ermənistana səfər edəcəyini və rəsmi Yerevanla bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı.
Hikmət Babaoğlu bildirib ki, əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli, onun təhlükəsizliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir.
Deputat bildirib ki, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi. Azərbaycan tərəfi onunla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha ortaya qoydu. Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyunkturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Bir sözlə, bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi.

Xəbər 102 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

15.11.2018
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
13.11.2018
Bu mövsümlərdə keçməyən inadçıl öskürəyi 2 gündə keçirəcək möhtəşəm resept
08.11.2018
Bolqarıstan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclası başa çatıb
08.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
07.11.2018
Azərbaycan Respublikasının dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

17 NOYABR
12:00 PRESS-ANONS
17 Noyabr 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Zeytun yarpağından hazırlanan çayın müalicəvi gücü
16 NOYABR  |   15:00
Soyuqdəymə zamanı tez sağalmaq istəyirsinizsə...
15 NOYABR  |   14:45

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı şəkillər.

QADIN SAATI

Saç tökülməsinə qarşı möcüzəvi maska
15 NOYABR  |   16:48
Dərinizi cavanlaşdırın
15 NOYABR  |   16:37

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1337

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info