İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 MART
17:00 Dodaqlara qulluq edilməsi
16:46 Sızanaqların müalicəsində xalq təbabəti üsulları
16:36 Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
16:25 Üzeyir müğənnilərin “Youtube“ saxtakarlığından danışdı
16:14 Püstənin bilmədiyiniz faydaları - cavanlaşma, yaxşı əhval, güclü potensiya
16:00 NASA səmada yanan son meteoru tədqiq edib
15:49 Çin təcili əlaqə üçün günəş batareyası ilə işləyən pilotsuz uçan aparat hazırlayır
15:36 Yaşıl kokteyl - həm detoks, həm də arıqlama. RESEPTLƏR
15:24 Həftədə neçə dəfə ət yemək olar? Həkim tövsiyələri
15:14 Darçınla alma çayı. Çox faydalı!
15:00 Kompüteriniz üçün maraqlı şəkillər.
14:46 Müğənni Damla Həccə gedir
14:39 Bu məhsullar yuxu zamanı arıqlamağa kömək edir
14:25 Beyl “Bavariya“da?
14:15 Atəşkəs pozulub
14:14 İngiltərədə Anqlosakslar dövrünə aid olan qızıl əşyalar tapılıb
14:00 Cücərdilmiş buğdanın şəfaverici gücü. Hər gün yeyin!
13:48 Super yarma KİNOA
13:39 QOVURĞANIN bilmədiyiniz faydaları
13:22 Qrafen əsasında işləyən ilk qurğu təqdim edilə bilər
13:16 Dubayın öz “Şöhrət xiyabanı” olacaq
13:00 Varan “Real“dan ayrılmaq istəyir
12:47 Çinli cərrah xəstədən 3000 kilometr məsafədə beyin əməliyyatı keçirdi
12:39 Alimlər səsi tamamilə boğan material əldə etdi
12:29 Saul Niqes milliyə çağırıldı
12:11 “Arsenal“ Suaresi “Barselona“ya qaytarır
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
18 MART
14:38 “Gecə evə gələndə əlimdə bıçaqla qalxırdım“ - SƏİDƏDƏN ŞOK AÇIQLAMA
14:29 “Qarabağ” 3-cü dövrənin ən yaxşısıdır
14:16 İş həyatında pis vərdişlər
14:00 İnsan ölümündən əvvəl hansı yuxuları görür? - ALİMLƏRDƏN AÇIQLAMA
13:45 Almeydadan 40-cı qol
13:33 Misirdə humanoid mumiyası tapıldı
13:23 Nobel Sülh Mükafatçısı 16 yaşlı aktivist olacaq
13:11 Boksçumuz Avropa çempionu oldu
13:00 Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər
12:47 “Barselona“da ciddi itki - Suares 3 həftə oynamayacaq
12:33 Yatmış gözəl mumiyasının sirri açıldı - Azərbaycandan Çinə gedən qadın imiş
12:27 Azərbaycanlı aktyor həmkarı ilə evləndi
12:13 “Aparıcı olduğuma görə məni almırdılar”

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (52211)
2 PRESS-ANONS (33407)
3 Banan qabığı təbii məlhəmdir (26409)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (23960)
5 Qreyfrutun faydaları və zərərləri (18755)
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib
Tarix: 30.10 | Saat: 15:00 | E-mail | Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin sədr müavini və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, QHTFilm.az saytı və NGOFilm mobil applikasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində hazırlanıb.
C.Hüseynzadə qeyd edib ki, layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasının formalaşdırılması və sosial şəbəkələrdə təbliğ edilməsindən bəhs edir.
İnternet resurslarına mobil cihazlardan girişin sürətlə artdığını diqqətə çatdıran Cəsarət Hüseynzadə bu məqsədlə qhtfilm.az saytının mobil telefonlara uyğunlaşdırıldığını və eyni zamanda Android sistemli mobil telefonlar üçün NGOfilm mobil applikasiyasının hazırlandığını qeyd edib.
Natiq bildirib ki, yeni bazada QHT-lərin hazırladığı filmlər müxtəlif bölmə və janrlar üzrə qruplaşdırılaraq qhtfilm.az saytına daxil edilib: “Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki, QHT-lər özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər”.
Layihə rəhbəri informasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə çərçivəsində yaradılan youtube və facebook səhifələrinə da daxil edilib və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilib.
Layihə rəhbəri qeyd edib ki, bu günə kimi bazaya Azərbaycan, İngilis və Rus dillərində 100-dən çox film daxil edilib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov yeni yaradılan filmlər bazasının çox vacib iş olduğunu bildirərək, sayt yaradıcılarını təbrik edib. O qeyd edib ki, hər il Şuranın dəstəyilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlayır. Bunlar əsasən milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlər və digər mövzulara həsr olunur. Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması onların daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki əvvəllər layihələr çərçivəsində hazırlanmış filmlər pərakəndə şəkildə yayılırdı. Bu da filmlərə baxış imkanlarını məhdudlaşdırırdı. İndi isə istənilən film barədə məlumat almaq və filmə baxmaq imkanı olacaq.”
Vətən naminə sənədli filmlər studiyasının rejissoru Etibar Məmmədov qeyd edib ki, yeni filmlər bazası QHT-ləri daha gözəl işlər görməyə vadar edəcək. Bu həm də təşkilatların işinə nəzarət imkanını yaradacaq. Filmlərə açıq baxış filmlərin peşəkarlıq səviyyəsinə təsirini göstərəcək, film studiyaları ilə QHT-lər arasındakı münasibətlərin yaranmasına imkan yaradacaq.
Tədbirdə çıxış edən QHT sədrləri, Akif Kərimov, Niyaməddin Orduxanlı, Xatirə Vəliyeva, Ziba Nəbiyeva, Zəminə Səfərova, Nailə İsmayılova, Mətanət Əsgərqızı, Əkrəm Bəydəmirli, Mehriban Abdullayeva, İlqar İlkin, Firuza Əsədulayeva, İrada Polad və digərləri yaradılan saytın və mobil applikasiyanın QHT-lər üçün böyük xidmət olduğunu vurğulayıb, təkliflərini irəli sürüblər.
Tədbirdə layihə və sayt haqqında videoroliklər, həmçinin NGOfilm mobil applikasiyasının yüklənməsi və istifadə qaydaları haqqında video təlimat nümayiş olunub.

Xəbər 839 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

20.02.2019
“ARB Günəş”in istehsalı olan “Xocalı” klipi təqdim edilib
14.02.2019
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib
26.10.2018
“Qarabağ dünən və bu gün” mövzusunda tədbir keçirilib
01.10.2018
Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
27.09.2018
Elmi seminar: “Lahıc əsl folklor məkanıdır”


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Püstənin bilmədiyiniz faydaları - cavanlaşma, yaxşı əhval, güclü potensiya
19 MART  |   16:14
Yaşıl kokteyl - həm detoks, həm də arıqlama. RESEPTLƏR
19 MART  |   15:36

Fotogalereya

Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Maraqlı FOTOlar

QADIN SAATI

Dodaqlara qulluq edilməsi
19 MART  |   17:00
Sızanaqların müalicəsində xalq təbabəti üsulları
19 MART  |   16:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1345

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info