İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

12 NOYABR
18:00 “Qarabağ”a qayıdacağım yalandır” – Riçard Almeyda
17:30 Uelbek əməliyyat olundu - “Qarabağ“la oyunu buraxacaq
17:00 Türkiyə millisinin heyəti açıqlandı
16:45 Axşamdan qalan çayı içməyin ziyanları
16:35 Vasif ailəsi ilə efirə çıxan müğənniləri qınadı
16:23 İşdə pozitiv olmağın yolları
16:14 Ofis seçərkən nələrə diqqət etməli?
16:00 Yaponiya poçtu ilk dəfə korrespondensiyaları dronlar vasitəsilə çatdırmağa başlayıb
15:48 Dünyanın ən ağıllı qadınları
15:38 Kompüteriniz üçün maraqlı şəkillər.
15:25 Britaniyalı “Ginnesin Rekordlar Kitabı”na düşdü: 500 bananla…
15:12 “Qarabağ”la oyun nəyin üzərində işləməli olduğumuzu göstərdi“ - Saçko
15:00 “Aşağı liqaya düşəcəyimizə inanmıram” - Mourinyo
14:47 Riberi jurnalisti vurdu
14:38 Uşağın iştahsızlığı ilə necə mübarizə aparmalıyıq?
14:27 “Niyə də olmasın?” - Xalq artistinin deputat olmaq istəyi
14:16 Doqquz aylıq küsülülük bitdi
14:00 “Efirə çıxmağa paltarım olmayıb, o, mənə paltar alıb” - Damladan ETİRAF
13:48 Mədə xorasına şəfa : Bal və qara zirə
13:37 Sağlam saçlara və dəriyə sahib olmaq üçün asan resept
13:25 Uşağın sosial inkişafı üçün nə etmək lazımdır?
13:14 Diş ağrısının öhdəsindən necə gələ bilərik?
13:00 Min dərdə şəfa bitki: Qulançar
12:44 Bu xəbəri miqrendən əziyyət çəkənlər oxusun
12:35 Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar
12:24 Şou-biznesdə daha bir barışıq
12:13 Teymur Əmrah əməliyyat olunacaq
12:00 Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edir
11:48 Qeyri-sabit hava şəraiti noyabrın 15-dək davam edəcək
11:37 Sabah havanın dəyişkən buludlu olacağı gözlənilir
11:25 Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi istinadgahıdır
11:12 Vladimir Putin Türkiyəyə səfər edəcək
11:00 Bəyimxanım Vəliyeva İsraildə “Ud” festivalında iştirak edib
10:38 Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
10:27 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb
10:08 Atəşkəs pozulub
10 NOYABR
13:00 “Amaliya Pənahovanın böyük dərdi var imiş“ - Aybəniz Haşımova
12:52 “Yenə boşanaq?“ - Emredən Çağlaya cavab
12:47 Ən sürətli saç uzadan sadə, ucuz və effektiv maska

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (40878)
2 PRESS-ANONS (32729)
3 Banan qabığı təbii məlhəmdir (24797)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (20259)
5 Ev üsulu saç boyama (14826)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Berlində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib
Tarix: 08.11 | Saat: 10:36 | E-mail | Çapa göndər

Berlində Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan sərginin açılışı və rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Bundestaqın deputatları, Almaniya hökumətinin təmsilçiləri, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sərgi ilə tanış olublar.
Daha sonra keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif sahələri əhatə edən fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyev Fondunun o cümlədən Almaniya ilə mədəniyyət mübadiləsinə önəm verdiyini, bu ölkədə çoxsaylı elm və mədəniyyət tədbirləri həyata keçirdiyini vurğulayıb.
Bugünkü respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edən səfir ölkəmizin tərəfdar çıxdığı demokratiya, dünyəvilik, dini və mədəni müxtəliflik kimi dəyərlərin bizə Xalq Cümhuriyyətindən miras qaldığını bildirib. Səfir vurğulayıb ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının Azərbaycan xalqının rifahı naminə həyata keçirmək istədiyi, amma sovet işğalının imkan vermədiyi ideyalar bu gün müstəqil respublikamız tərəfindən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursu sayəsində uğurla reallığa çevrilir. Bu siyasətin nəticəsidir ki, ölkəmiz regionda aparıcı iqtisadi qüvvəyə çevrilib və Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerdə qərarlaşıb.
Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfərinin bütün sahələrdə dinamik inkişaf edən əlaqələrin daha da yaxınlaşması üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Ölkəmizin Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşı olduğunu, Almaniya şirkətlərinin “Cənub Qaz Dəhlizi” layihəsində uğurla iştirak etdiklərini, 200-ə qədər alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan Ramin Həsənov Prezident İlham Əliyevin və Kansler Angela Merkelin iştirakı ilə iki ölkənin iş adamları ilə keçirilmiş görüşün Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığında yeni layihələrin həyata keçirilməsi üçün geniş meydan yaratdığını qeyd edib.
Ramin Həsənov, həmçinin xalqlarımız arasında münasibətlərin 200 illik tarixinə toxunaraq, elmi, mədəni və humanitar sahədə mövcud əməkdaşlıqdan danışıb. Buna nümunə olaraq, Azərbaycanda alman irsinin təşviq olunmasını, Almaniyada azərbaycanlı gənclərin təhsil almasını, Bakıda Göte İnstitutunun açılmasını, Bakı və Mayns, Sumqayıt və Lüdviqshafen şəhərləri arasında mövcud olan “qardaşlaşma”ları, nüfuzlu Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının fəaliyyət göstərməsini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin ədalətli və beynəlxalq hüquqa söykənən həllini dəstəklədiyini bildirib. Ramin Həsənov vurğulayıb ki, Almaniya hökumətinin də bölüşdüyü Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ərazisi olması faktını işğalçı Ermənistan nəhayət ki qəbul etməlidir.
Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars çıxışında 20 ildən bəri davam edən deputat fəaliyyəti dövründə Azərbaycanın keçdiyi böyük inkişaf yolunun şahidi olduğunu deyib. O, rəhbərlik etdiyi parlament qrupunun adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımızı təbrik edib. Almaniyalı deputat bildirib ki, bundestaqdakı Cənubi Qafqaz parlament qrupunun Azərbaycanla bağlı fəaliyyəti iki prioritetə malikdir. Bunlardan biri ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin təşviqi, digəri isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməkdir. Yohannes Kars sözügedən münaqişənin hər zaman yenidən alovlana biləcəyini əsas gətirərək onun tezliklə həllinə nail olunmasının zəruriliyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi səfir Haydrun Tempel qeyd olunan 100 illik yubiley münasibətilə Almaniya hökuməti adından Azərbaycanı təbrik edib. Alman diplomat ölkəsinin digər sahələrlə yanaşı, mədəni və humanitar məsələlərdə də Azərbaycanla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə həyata keçirilən layihələri vurğulayıb. Haydrun Tempel, həmçinin Azərbaycanın nəhəng regional layihələrin təşəbbüskarı və iştirakçısı olduğunu, ölkəmizin bölgədə böyük iqtisadi gücə çevrildiyini qeyd edib. Almaniya hökumətinin təmsilçisi, eyni zamanda, 2016-ci ilədək Almaniyanın ölkəmizdə səfiri olması ilə əlaqədar respublikamızın 100 illik yubileyinin onun diplomatik fəaliyyətinə birbaşa aidiyyəti olduğunu bildirib.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirdə tanınmış musiqiçilər Elçin Şirinovun, Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.

Xəbər 47 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

08.11.2018
Bolqarıstan-Azərbaycan Müştərək Komissiyasının 5-ci iclası başa çatıb
07.11.2018
Azərbaycan Respublikasının dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi
02.11.2018
Milli Məclisin növbəti plenar iclası keçirilir
31.10.2018
Qarsda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib
30.10.2018
Milli Məclisin növbəti plenar iclası keçirilir


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

13 NOYABR
13:30 PRESS-ANONS
13 Noyabr 2018
14:00 PRESS-ANONS
13 Noyabr 2018
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Axşamdan qalan çayı içməyin ziyanları
12 NOYABR  |   16:45
Mədə xorasına şəfa : Bal və qara zirə
12 NOYABR  |   13:48

Fotogalereya

Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı şəkillər. Maraqlı FOTOlar Kompüteriniz üçün maraqlı şəkillər.

QADIN SAATI

Uşağın iştahsızlığı ilə necə mübarizə aparmalıyıq?
12 NOYABR  |   14:38
Sağlam saçlara və dəriyə sahib olmaq üçün asan resept
12 NOYABR  |   13:37

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1337

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info