
Ermənistan silahlı qüvvələri Tərtərin Göyarx, Ağdamın Tağıbəyli, Baş Qərvənd, Yusifcanlı, Füzulinin Qərvənd, Qorqan, Kürdlər, Horadiz, Cəbrayılın Nüzgar kəndləri yaxınlığında, yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə qarşı tərəf cavab atəşi ilə susdurulub.
|