İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 FEVRAL
18:00 Soyuqdəyməni müalicə edən 2 TƏBİİ QARIŞIQ. Reseptlər
17:45 Hər gün üzünüzü bitki yağı ilə silin. İnanılmaz nəticə!
17:39 Saçqıranın səbəbləri və ÇARƏSİ
17:28 Dəridəki ölü hüceyrələri təmizləyəcək 5 ÜSUL
17:17 Türk klublarından Avropada son 7 ilin ən pis nəticəsi
17:00 İştahasızlıq. SƏBƏBLƏRİ VƏ HƏLL YOLLARI
16:47 Mikrobları, qurdları və xərçəng hüceyrələrini öldürən ədviyyat. RESEPTLƏR
16:37 Narla müalicə. RESEPTLƏR
16:25 “Yuventus“a qol vurdu, ÇL-də həftənin oyunçusu seçildi
16:11 Tanınmış aparıcıya vəzifə verildi
16:00 Sona: “Hüseyn Dəryayla xoş gün yaşamamışam“
15:49 FİFA-dan “Çelsi“yə transfer qadağası
15:38 CRISPR kök hüceyrələri görünməz etdi
15:24 Soyuq havada dərini qorumaq üçün məsləhətlər
15:16 Nəsli 100 il əvvəl kəsilmiş sayılan tısbağa tapılıb
15:00 Neptun planetinin yeni Ayı kəşf edildi
14:47 Dərinizi duzla təmizləyin - İNANILMAZ NƏTİCƏLƏR
14:36 150 milyon dollarlıq kolleksiya satılır
14:23 “Qarabağ“ın təxirə salınmış oyununun saatı açıqlandı - birinci divizion
14:16 Tanınmış aşığın müğənni qızı nişanlandı
14:00 Dərinizi canlandırmaq istəyirsinizsə, bu sadə maskadan faydalanın
13:48 “Anamın ürəyi aparatla işləyir…“
13:37 Modriç qərarını verdi
13:24 Bu qidaları çox yeməyin – Sızanaq yaradır
13:15 Xatirənin qolundakı saatın qiyməti ŞOK ETDİ
13:00 Mətanət türkə ərə verdiyi qızına Bakıda ad günü etdi
12:43 Qoyun ətinin insan orqanizminə misilsiz faydaları
12:31 Klublar Komitəsinə yeni sədr seçildi
12:24 Əməkdar artistin axtarışa verdiyi qadın kimdir? - 29 ildən sonra...
12:11 Zahidə Günəşin oğlunun atası kim imiş?
11:25 Sinoptiklərdən xəbərdarlıq: Fevralın 25-də hava şəraiti dəyişəcək
11:15 Özbəkistanda Azərbaycan mədəniyyətinin təqdimatı olub
11:00 İqtisadiyyat nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə gedir
10:45 Şabranda 8 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolu tikilir
10:36 Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
10:27 Günün qoroskopu
10:13 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:04 Atəşkəs pozulub
21 FEVRAL
18:00 Mandarin qabıqlarından müalicəvi çay. FAYDALARI
17:46 Heyvadan öskürəyə qarşı TƏBİİ DƏRMAN. Resept

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (49995)
2 PRESS-ANONS (33278)
3 Banan qabığı təbii məlhəmdir (26045)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (23265)
5 Qreyfrutun faydaları və zərərləri (17330)
Məşhur milyarderin UĞUR FORMULU
Tarix: 11.02 | Saat: 12:45 | E-mail | Çapa göndər

İlon Mask günümüzün görkəmli dahisi və eruditidir (müxtəlif sahələrdə bilikləri olan şəxs). Unikal öyrənmək praktikası sayəsində o, bir çox uğurlara imza atıb. Uşaqlıq arzularından heç vaxt vaz keçməyən İlon müxtəlif sahələrdə (proqram təminatı, energetika, nəqliyyat və aerokosmos) milyardlarla dollar dəyərində bir neçə nəhəng şirkətin sahibidir.
Milli.Az bu yazıda oxucuları dünyanın ən dahi adamlarından biri hesab edilən İlon Maskın illər əvvəl gənclərə ünvanlandığı məktubu ilə tanış edir:
"Uşaqlıqda arzu edirdim ki, varlanıb Avropanın bütün şəhərlərini gəzəcəm. Amma Barselonanın mərkəzində olarkən, o anın xüsusiliyini hiss etmədim. Hər şey ardıcıllıqla, hətta məntiqi şəkildə baş verdi. Yolum kiçik kənddən başlandı və gözlənilməz bir şəkildə paytaxtda davam etdi. Bütün bunlar məndə ona görə alındı ki, arzulamaqdan qorxmurdum.
Məktəbi əla qiymətlərlə bitirmişdim. İmtahan göstəriciləri nüfuzlu bir universitetə qəbul olmağa imkan verdi. Proqramlaşdırma son dərəcədə asan idi. Hər bir profil imtahanı əla qiymətlə yekunlaşırdı. Müəllimlər razı idi, lakin mən şübhələnməyə başlamışdım. Uşaqlıq xəyallarım yox olurdu. Dünya səyahətinə dair düşünməyi dayandırmışdım. Bunun yerinə anketi doldurdum və ən yüksək əmək haqqı üçün gələcəyimi seçdim. Başa düşdüm ki, yanlış yoldayam və o yerdə olmaq istəmirəm.
Böyüdükcə sanki bizə "Xəyallarda uçma, real dünyada yaşa" deyirlər. Əslində, həqiqət bizi əhatə edən şey deyil. Reallığı biz özümüz yaradırıq. Düşüncə, hərəkətlər və ideyalar dünyanı qavramağa təsir edir. Dünya göründüyündən daha elastikdir. Onda lazım olan hər şey var. Bizə yalnız onu almaq qalır.
İstədiyiniz işi, istənilən yerdə görə biləcəyinizə və böyüdükdən sonra istədiyiniz peşə sahibi ola biləcəyinizə dair sizdə güclü inam hissi olub? Sonra isə bütün bunların yasaq olduğunu öyrənirik. Sizə böyüməli olduğunuzu, xəyallara son verməyi, daha ağılla hərəkət etməyi və qarşınıza çox yüksək hədəflər qoymamağı tapşırırlar.
Hər şey proqramçı kimi iş tapmaq xəyalı ilə başladı. 18 yaşındaydım. Sonra başa düşdüm ki, sabahkı uğurlar bu günün səylərinin nəticəsidir. Beləliklə, bacarıqları inkişaf etdirmək üçün üç ayımı sərf etdim. Qışda artıq öz məqsədimə çatdım. Mən çox ağıllı deyiləm, yalnız istədim və aldım.
Hər səhər daha yaxşı olmaq üçün şans verilir və onu əldən vermək ağılsızlıq olardı. İnsanların əksəriyyəti bütün həyatı boyu sadə intizamla əldə olunan nəyisə xəyal edir. Bəs, siz nəyin xəyalını qurursunuz? Bəlkə də yalnız bir addım atmaq lazımdır.
"Yadda saxlayın ki, təlaş və şübhələr yalnız hərəkət nəticəsində aradan qaldırılır, qaçırdılmış şans isə özünü ömür boyu xatırladacaq" - "Yaşadığınız anlar sayəsində" məqaləsindən.
Xəyal edin... Plankanız nə qədər yuxarıdırsa, siz bir o qədər yüksəkdə olacaqsınız. Xəyal qurmağı bacarmaq lazımdır. Xoşbəxtlik haqqında çox şey boynumuza qoyulur. Çünki öz arzularını və məqsədlərini tapmaq, hazırını almaqdan daha çətindir. Mən də bunu etdim və hələ də əvvəlcədən arzulanan görünən bəzi şeylərin maraqsız hala gəldiyini görə bilirəm. Ancaq uzun zamandır həyatımda mövcud olan hədəflərə hər gün daha artıq dəyər verirəm, çünki onlar gerçək arzulardır. Yuxudan duranda bu günü məhz belə yaşamaq istədiyini anlamaq qiymətsizdir. Həyatımız hər ötən dəqiqə daha da qısalır. Məgər o bizə xoşbəxtlik üçün verilmirmi?
Xəyal qurarkən indi ilə yaşamağı unutmayın. Con Lennon boşuna demirdi ki, həyat sən planlar qurarkən başına gələn hadisələrdir. Axı arzular məqsəd deyil, əksinə istinad nöqtələridir. Hər şey plana uyğun davam edərsə, yaşamaq dözülməz dərəcədə darıxdırıcı olardı. Həyat bir andır. Bu anı daha yaxşı etməyə sadəcə siz qadirsiniz. Beləliklə, anbaan həyatınız xəyala doğru gedən yolda daha mənalı olacaq.
Əgər hər şeyi düz etsəniz, bir nöqtədə xəyalların artıq gerçək olduğunu və hər günün özü ilə birlikdə daha böyük sevinc gətirəcəyini anlayacaqsınız. Bəs düzgün yol hansıdır? İki səsi dinləyib bir qərar verin: məntiq və intuisiya. Şübhələr ikisinin bir-birləri ilə razılaşmadığı anda ortaya çıxır, amma ikisi də eyni yolu göstərirsə, bilin ki, bu, sizin ən yaxşı bələdçiniz olacaq.
Xəyal qurun, yaşayın və özünüz olun. Hər şey mümkündür! Bilin ki, gələcəyi yaşadığınız çətinliklər müəyyənləşdirir. İstədiyinizi əldə etməyə nə qədər hazır olduğunuzu yoxlamaq üçün həyat önünüzə həmişə maneələr qoyacaq. Lakin o, sizə lazım olan hər şeyi verməyə hazırdır. Bəs siz onu əldə etməyə hazırsınızmı? Əgər belədirsə, gedin və əldə edin". (publika.az)

Xəbər 70 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

22.02.2019
CRISPR kök hüceyrələri görünməz etdi
22.02.2019
Nəsli 100 il əvvəl kəsilmiş sayılan tısbağa tapılıb
22.02.2019
Neptun planetinin yeni Ayı kəşf edildi
22.02.2019
150 milyon dollarlıq kolleksiya satılır
21.02.2019
Gələcəkdə işsiz qalmaq istəmirsinizsə, bu peşələrə yiyələnin


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Soyuqdəyməni müalicə edən 2 TƏBİİ QARIŞIQ. Reseptlər
22 FEVRAL  |   18:00
İştahasızlıq. SƏBƏBLƏRİ VƏ HƏLL YOLLARI
22 FEVRAL  |   17:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Maraqlı FOTOlar Maraqlı FOTOlar

QADIN SAATI

Hər gün üzünüzü bitki yağı ilə silin. İnanılmaz nəticə!
22 FEVRAL  |   17:45
Saçqıranın səbəbləri və ÇARƏSİ
22 FEVRAL  |   17:39

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1345

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info