İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 İYUN
15:00 Konoplyanka “Fənərbaxça“da? - 3 illik müqavilə
14:45 Maradona istefa verdi
14:31 “Xəzər“dən AzTV-yə keçdi
14:23 Aşpazların kiçik sirləri
14:15 Dadlı çiyələkli keks
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:47 Sadə məhsullardan DADLI SALAT
13:38 Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları
13:27 Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
13:15 Klublarımızın yay transferləri
13:00 Van Qoqun özünə sui-qəsd etdiyi silah hərraca çıxarılıb
12:49 Yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
12:37 Uşaqlar üçün faydalı tətil necə olmalıdır?
12:25 “Barselona“ Rakitiçi satır
12:13 Kibariye Bakıda
13 İYUN
18:00 Eldar da şou-biznesin bu trendinə qoşuldu
17:45 Qara nöqətələrə qarşı ən effektli MASKA
17:35 Gözəllik üçün əvəzsiz təbii vasitələr
17:23 Albalı ilə çizkeyk. Asan hazırlanan qeyri-adi desert
17:12 Ev şəraitində dadlı içməli yoqurt. Əla çiyələkli desert
17:00 MLS-in ən yüksək maaş alan futbolçusu - İbrahimoviç
16:47 “Qarabağ“dan “Zirə“yə
16:37 Ruslan Abışovun yeni klubu müəyyənləşdi
16:29 Bu dəfə heç-heçə
16:15 Günel ərindən danışdı: “Daha qısqanmır“
16:00 Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
15:48 “O biriləri kimi pulu yastığın altına yığmıram“
15:39 Utancaqlığın səbəbi nədir? Ondan qurtulmaq olarmı?
15:28 Bişirdikdən əvvəl əti və toyuğu yumaq lazımdırmı?
15:13 Hava ilə gücləndirilən yumşaq robotlar kosmosda kömək edə bilər
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:49 Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?
14:35 Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU. Evdə özünüz hazırlayın!
14:22 Türkiyəli stomatoloq: Dişləri yeməkdən dərhal sonra fırçalamayın
14:12 Elektriki müqavimətsiz çatdıran maddə
14:00 Ev şəraitində dişlərin ağardılması üsulları. Stomatoloq tövsiyə edir
13:45 Vasif Məhərrəmlinin ARXİV FOTOSU YAYILDI
13:33 Qar dənələrindən elektrik yaradan cihaz
13:25 Qarğıdalını kərə yağı ilə yeyin! Sağlamlığa faydaları
13:15 Ac qarına su içməyin saysız faydaları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (66566)
2 PRESS-ANONS (34041)
3 Banan qabığı təbii məlhəmdir (27749)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (27595)
5 Qreyfrutun faydaları və zərərləri (22584)
Dövlət İmtahan Mərkəzi rezidenturaya sənəd qəbulu elan edir
Tarix: 14.02 | Saat: 10:36 | E-mail | Çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2019-cu il fevralın 14-dən 21-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.
Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2019-cu il aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2019-cu il iyulun 14-də keçiriləcək.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.
Qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda, “Rezidentura” jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.
Jurnalı günün ikinci yarısından etibarən kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xəbər 540 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.06.2019
Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının qeydiyyatı başlanıb
13.05.2019
Abituriyentlərin nəzərinə!
10.05.2019
Paytaxt məktəblərində Qələbə Günü qeyd olunub
06.05.2019
Kosmik hava proqnozu açıqlanıb
16.04.2019
Dövlət qulluğunun B növü üzrə test imtahanında iştirak edəcək namizədlərin nəzərinə


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
14 İYUN  |   13:27
Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
13 İYUN  |   16:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Aşpazların kiçik sirləri
14 İYUN  |   14:23
Dadlı çiyələkli keks
14 İYUN  |   14:15

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info