İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

21 MAY
13:00 “Sakit okeanın xilası bütün planetin xilası deməkdir“
12:44 İki ildən sonra La Liqada
12:31 Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar
12:21 “Keşlə“də yeni müqavilə
12:15 Bu dəfə də kökəlməsini istədilər - Kazımovadan yeni FOTOlar
10:28 Günün qoroskopu
10:13 Dünya birjalarında neftin qiyməti bahalaşır
10:05 Atəşkəs pozulub
20 MAY
18:00 Xorvatiya millisinin heyəti açıqlandı
17:44 Qırışlar üçün təbii bal maskası
17:32 Bundesliqa klubunda yeni baş məşqçi
17:23 Üz üçün təmizləyici maska
17:12 Fransada mövsümün ən yaxşıları
17:00 Tünzalə məclislərdə həmkarları ilə niyə görüşmür?
16:45 “2 övladımızı pulsuzluqdan itirmişik” - Nadir Qafarzadə
16:33 Kompüteriniz üçün maraqlı şəkillər.
16:24 Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır
16:11 “Dovşan”ını 154 milyona satdı
16:00 Bazarda alınmış əsərin qiyməti milyonu keçdi
15:45 Cazibədar görünməyin 9 SİRRİ
15:38 Alimlər qlobal istiləşməyə davamlı olan mərcan növü aşkar ediblər
15:25 Enerjimizə ciddi təsir edən 4 sadə vərdiş
15:12 Ramazanda mədəmizin dostu olan zeytun yağının 16 FAYDASI
15:00 Yaz günlərində təbiətdə allergiyadan necə qorunaq?
14:49 Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı
14:36 Boy uzadan qida məhsulları hansılardır?
14:28 Həqiqi ətri saxtasından ayırmağın SADƏ YOLLARI
14:15 Soyuducunun içinə bir fincan qəhvə qoysanız...
14:00 Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 əlamət
13:48 Milli xörəklərin kalori dəyəri
13:35 Üzdəki sızanaqlar bu xəstəliklərə işarədir - Xanımların diqqətinə
13:28 “Qarabağ“ üçün 13 potensial rəqib
13:15 “Ayağımın altına qoyaram“ - Zenfira ərinə mesaj yazan xanımları hədələdi
13:00 “Barselona“da itki
12:49 Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu
12:37 Ərindən Natavana ad günü təbriki
12:23 “Nə saç fenləyirdim, nə makiyaj edirdim“ - Aybənizin arxiv FOTOsu
12:11 “Ərim sonuncu dəfə şərhləri keçən il oxuyub”
17 MAY
18:00 Bu qədim hind resepti insult, infarkt, hətta xərçəngin qarşısını alır
17:46 Aygün Kənana sevgisini etiraf etdi: “Səni sevirəm, həyatımın mənası“

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (62472)
2 PRESS-ANONS (33855)
3 Banan qabığı təbii məlhəmdir (27343)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (26444)
5 Qreyfrutun faydaları və zərərləri (21799)
ABŞ Konqresində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Tarix: 01.03 | Saat: 10:45 | E-mail | Çapa göndər

ABŞ Konqresinin Reybörn binasında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə ABŞ Konqresinin üzvləri Stiv Şəbot, Henri Kueyyar, Pol Qosar, Konqresin çoxsaylı əməkdaşları, ABŞ-dakı Azərbaycan icmasının və digər icmaların nümayəndələri iştirak ediblər. Hazırda ABŞ-da yaşayan, Xocalı faciəsinin canlı şahidi olan Anar Usubov tədbirə xüsusi qonaq qismində qatılıb.
Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatdırılıb, həmin faciədə qətlə yetirilmiş insanların xatirəsi anılıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi bildirilib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat verərək Xocalı qurbanlarının xatirəsini yad edib və bunun azərbaycanlılara qarşı törədilmiş soyqırımı olduğunu deyib, münaqişənin həlli istiqamətində Ermənistanın ciddi addımlar atmasının vacibliyini vurğulayıb.
Səfir soyqırımı cinayətinin birbaşa iştirakçıları olan və qanlı cinayətin törədilməsini etiraf edən Ermənistan Respublikasının keçmiş rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın hazırda Ermənistanda öz xalqlarına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmələri prosesinin getdiyini bildirib və bir gün sözügedən şəxslərin ölkəmizin Xocalı şəhərində insanlıq əleyhinə törətdikləri cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu qeyd edib.
Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyyar çıxış edərək Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.
Daha sonra Azərbaycan üzrə İşçi Qrupunun yeni respublikaçı həmsədri, Ohayo ştatını təmsil edən Stiv Şəbot çıxış edib. Konqres üzvü 27-ci il öncə sovet qoşunlarının köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şəbot bu acı faciənin ildönümündə Azərbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanların xatirəsinin unudulmadığını diqqətə çatdırıb.
Bundan əlavə, Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu qeyd edən Konqres üzvü ölkəmizin enerji istehsalçısı kimi yalnız regionun deyil, eləcə də Avropanın enerji təchizatına verdiyi töhfəni təqdir edib. ABŞ və Azərbaycan arasındakı əməkdaşlığı və tərəfdaşlığı yüksək dəyərləndirən S.Şəbot Azərbaycanın Əfqanıstan məsələsində ABŞ-a göstərdiyi dəstəyə görə dərin minnətdarlığını ifadə edib.
Azərbaycan üzrə İşçi Qrupunun digər üzvü Pol Qosar illər öncə Xocalı şəhərində törədilmiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd edib.
ABŞ-da yaşayan Xocalı şəhər sakini Anar Usubov doğma şəhəri ilə bağlı qanlı yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, Xocalıdakı uşaqlıq illərindən və müharibə zamanı Xocalı qətliamında yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib. Ailəsi və yaxınlarının başına gətirilən müsibətləri dilə gətirən Xocalı sakini oxuduğu məktəbin bombalandığı, yüzlərlə insanın necə əsir götürüldüyü və itkin düşdüyünü qeyd edib. Bu acı anların onun yaddaşında indi də canlı olduğunu və öldürülmüş ailə üzvlərinin və qohumlarının, itirilmiş uşaqlığının heç zaman geri qayıtmayacağını vurğulayıb. Öz doğma şəhəri Xocalı daxil olmaqla, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və doğma yurd-yuvasına qayıtmağın onun üçün yeganə təsəlli olacağını qeyd edən A.Usubov dünyanın heç bir yerində insanların belə işgəncələrə məruz qalmayacağına ümidini ifadə edib. Anar Usubovun çıxışı tədbir iştirakçılarına dərin emosional təsir göstərib.
Tədbirin sonunda cari ildə Xocalı faciəsi ilə bağlı Konqres üzvləri tərəfindən verilmiş bəyanatlar səsləndirilib və Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.

Xəbər 497 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.05.2019
Kaliforniyanın Örvayn şəhərində mayın 28-i Azərbaycan Milli Günü elan edilib
10.05.2019
Ümummilli lider Heydər Əliyevin xatirəsi Bolqarıstanın Teteven şəhərində də anılıb
10.05.2019
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir
03.05.2019
Milli Məclisin növbəti plenar iclası keçirilir
03.05.2019
Müdafiə naziri Zakir Həsənov: Azərbaycan ilə NATO arasında 25 illik dayanıqlı tərəfdaşlıq mövcuddur


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Tərəvəzləri bu məhsulla birlikdə yeyəndə faydası 10 qat artır
20 MAY  |   16:24
Ramazanda mədəmizin dostu olan zeytun yağının 16 FAYDASI
20 MAY  |   15:12

Fotogalereya

Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Qırışlar üçün təbii bal maskası
20 MAY  |   17:44
Üz üçün təmizləyici maska
20 MAY  |   17:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info