İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

25 MAY
13:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
12:45 Rəqsanəyə nə olub? - “Yaşamaq istəmirəm“
12:35 Maya və karbonatla gözəllik
12:23 Ayaq masajı edəndə orqanizmdə nə baş verir?
12:11 Adi kələmdən yay salatı - Hazırlanma qaydası
12:00 Şenol Günəş “Beşiktaş“dan ayrıldı
11:48 Sümük iliyi yedikdə nə baş verir? - Faydalarını saymaqla bitmir
11:36 Mbappe ən yaxşı bombardir oldu
11:25 İnsan hüceyrələri istifadə edilərək mini beyin surəti hazırlandı
11:16 Kosmosda uçan robotlar sınandı
24 MAY
18:00 Leroy Sane üçün 80 milyon avro
17:47 Runi məşqçi olacaq
17:35 “Yeni ulduz“ yenidən başlayır?
17:23 “Kasıb qızam, öz şotuma bərk gedirəm“ – Səidə Sultan
17:11 Fındığın faydaları
17:00 İmmunitetinizin zəif olduğunu göstərən əlamətlər
16:49 Bunlar bizi zobdan qoruyacaq. Sadə tövsiyyələr
16:38 Şəkərli diabet xəstələri bu meyvələri yeyə bilər. SİYAHI
16:25 Qalxanvari vəzi üçün ƏN FAYDALI QARIŞIQ
16:12 İftarla imsak arasında nə qədər su içmək lazımdır?
16:00 Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
15:48 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
15:36 “Ailədə olan hər şeyin səbəbkarı kişilərdir“
15:25 Uzun və sağlam saç istəyənlər oxusun - MƏSLƏHƏT
15:12 Tuxeldən Neymar və Mbappe açıqlaması
15:00 Dəri çatlarını belə yox edin - ÜSUL
14:48 NASA elan etdi - Türklər birinci oldu
14:33 Evdə sadə tonik necə hazırlanir
14:23 Tez Saç uzatmaq üçün məsləhətlər
14:14 Emil Balayev ən yaxşılar arasında
14:00 Əliyar Ağayev Fransaya gedir
13:47 “27 yaşımda oxumağa başlamışam“ - Əməkdar artistdən TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA
13:38 Bu kəndin sakinləri şəhərə getmir
13:29 Alp dağının zirvəsindəki evin sirri
13:15 İmtahanlara necə hazırlaşmalı: 12 məsləhət
13:00 Dünya üzrə turist axını bu ilin birinci rübündə 4 faiz artıb
12:47 Bu ölkədə ən kiçik məktəb 12 kvadratmetrdir
12:38 Qızının ad gününə taxtadan avtomobil düzəltdi
12:27 “Ayaks“ 15 yaşlı futbolçu ilə müqavilə bağladı
12:16 Elza müəlliminin qəbri üstündə

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (63440)
2 PRESS-ANONS (33887)
3 Banan qabığı təbii məlhəmdir (27422)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (26646)
5 Qreyfrutun faydaları və zərərləri (21978)
Arıqlamaq istəyənlər üçün faydalı məsləhətlər
Tarix: 13.03 | Saat: 17:00 | E-mail | Çapa göndər

1. Artıq çəkinin olmasını necə təyin etmək olar? Ən asan üsul: qadınların belinin çevrəsi (göbək nahiyyəsində) 80 sm-dən çox, kişilərin - 92-94 sm-dən çox olmamalıdır.
Əks halda hesab olunur ki, insanın artıq çəkisi var. Təbii ki 1-2 santimetr ciddi problem sayılmır, lakin 10 və daha artıq santimetr olduqda, bu artıq ciddi pozulma sayılır.
2. Bəzi hallarda artıq çəkisi olan insanlara axşam 6-dan sonra qida qəbul etməməsini məsləhət edirlər. Bu səhv məsləhətdir. Bunun nəticəsində insan orqanizmi stress vəziyyətinə düşür və özünü "aclıqdan" xilas etmək üçün daha artıq miqdarlarda piy yığmağa başlayır.
Təbii ki, axşam saatlarında insanın fiziki aktivliyi kəskin azalır, qəbul etdiyi kalorilər yanmır və bel və qarın nahiyəsində "yığılmağa" başlayır. Bu səbəbdən axşam saatlarında qızarmış, yağlı, şirin qidalardan, təbii ki, imtina etmək lazımdır.
Beləliklə, nahar mütləqdir. Lakin nahar azkalorili qidalardan ibarət olmalıdır - bir qədər bitki yağı əlavə olunmuş tərəvəz salatı, meyvələr, yoqurt və s.
3. Bir çox insanlar fikirləşir ki, arıqlamaq istəyən insan şirniyyatlardan tam imtina etməlidir. Lakin bu heç də belə deyil. Zefir, marmelad, quru meyvələr, tünd şokolad (70% kakao), hətta dondurma (təbii ki, cüzi miqdarlarda) pəhrizdə qala bilər. Lakin onları yalnız günün birinci yarısında qəbul etmək olar. Dükanlarda satılan müxtəlif peçenye, keks, vafli və s. şirniyyatlardan (xüsusilə uzun saxlanma müddəti olanlardan) tam imtina etmək lazımdır (bu bütün insanlara aiddir). Bu məhsulların tərkibinə artıq miqdarlarda şəkər və ucuz və orqanizm üçün ziyanlı yağlar (trans-yağlar) daxildir.
4. Ac qalmaq arıqlamaq üçün ən pis üsuldur. Aclıq insanın bütün orqan və sistemlərinə mənfi təsir edir. Ac insanın sinir sistemi çox həssas olur və nəticədə insanda nevroz inkişaf edə bilər. Mədə-bağırsaq sistemi də əziyyət çəkir. İnsanın immun sisteminə ciddi zərbə vurulur. Nəticədə insanda müxtəlif və bəzən çox ağır xəstəliklər (vərəm, onkoloji xəstəliklər və s.) inkişaf edə bilər.
5. Fiziki gərginliklər də böyük çəki ilə mübarizədə fikirləşdiyimiz qədər kömək etmir. Bəzən idman zalına gedən insan bir müddət keçdikdən sonra təəccüblə çəkisinin daha da artmasını aşkar edir. Piy toxuması əzələ toxuması ilə əvəz olunmur. Xüsusi məşğələlər nəticəsində əzələlər "şişir" və onların çəkisi artır. Beləliklə, piy toxuması "öz yerində" qalır, əzələ toxuması isə artır və bunun nəticəsində insanın çəkisi də artır.
Yalnız düzgün qidalanma və daimi fiziki gərginliklər (məsələn, hər gün 4-5 km piyada gəzmək) arıqlamaq istəyən insana kömək edə bilər. Düzgün qidalanma dedikdə həkimlər meyvə-tərəvəz, yağı az olan süd məhsulları, müxtəlif yarmalar, yağsız ət və s. məhsulların qəbulunu nəzərdə tuturlar. Qızardılmış, yağlı, duzlu, kəskin, hisə verilmiş, bir çox şirin qidalar, konservalar, kolbasa-sosiska, mayonez, fast-fud və s. bu kimi qidalar pəhrizdən çıxarılmalıdır.
6. Arıqlamağa yönələn pəhrizlərin bir çox hissəsi dietoloq tərəfindən hazırlanmayıb, onların əksəriyyətinin hətta konkret müəllifi də yoxdur. Bu pəhrizlərin bir çox hissəsi insan orqanizminə yalnız zərər yetirə bilər. Müəyyən müddət ərzində 1-2 məhsulla qidalanan insan öz orqanizmini müxtəlif ona lazım olan maddələrdən məhrum edir ki, nəticədə orqanizmdə müxtəlif pozulmalar baş verə bilər.
7. Əgər insanın 15 və daha artıq kq artıq çəkisi varsa, bu halda pəhrizdən və idmandan başlamaq düzgün deyil. İlk növbədə insan həkimə müraciət etməlidir, lazım olan müayinə və analizlərdən keçməlidir. Bəzi hormonal pozulmalar (qalxanvari vəzi xəstəlikləri və s.) zamanı insan hətta ac qaldıqda arıqlaya bilmir.
8. 4-5 kq "atmaq" istəyən insan üçün belə sadə resept var: rasiondan 4 növ məhsul (şəkər və tərkibində şəkər olan bütün qidalar, un məmulatları, kartof, uzun düyü) kənarlaşdırılmalıdır və insan hər gün 4-5 km piyada gəzməlidir.
9. Arıqlamaq üçün olan dərmanların bir hissəsi çox təhlükəlidir. Bu dərmanlar insan səhhətinə çox ciddi zərər yetirə bilər. Məsələ burasındadır ki, bu dərmanlar insan orqanizmində gedən maddələr mübadiləsi proseslərini sürətləndirir, bu isə müxtəlif ciddi pozulmalara (hətta onkoloji xəstəlklərin inkişafına) yol açır. Bu səbəbdən mənşəsi bilinməyən, əllərdə (apteklərdə yox) satılan arıqlamaq üçün olan "möcüzəli" həblərdən istifadə etməyin.
Digər qrup dərmanlar apteklərdə satılır və orqanizmə sidikqovucu və işlətmə təsir edir. Lakin artıq piy sidik və nəcislə orqanizmdən çıxmır. Orqanizm yalnız artıq mayedən azad olur ki, nəticədə çəki azalır. Lakin bir müddətdən sonra çəki yenidən artır. Digər tərəfdən belə preparatların nəzarətsiz və uzun müddət ərzində qəbulu insan orqanizmi üçün ziyanlıdır.
Beləliklə, arıqlamaq üçün ideal həb (çay, bitki yığımı və s.) yoxdur. Onların qəbulu yalnız cüzi və azmüddətli effekt verə bilər.
10. Masaj və bəzi kosmetoloji prosedurlar arıqlamağa kömək edir. Lakin bu halda da insan passiv olmamalıdır - pəhriz və fiziki gərginliklər mütləqdir.
Məsləhətlərin müəllifi Rusiyanın tanınmış dietoloqu Aleksey Kovalkov.
Saglamolun.Az

Xəbər 342 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

25.05.2019
Maya və karbonatla gözəllik
25.05.2019
Adi kələmdən yay salatı - Hazırlanma qaydası
24.05.2019
Uzun və sağlam saç istəyənlər oxusun - MƏSLƏHƏT
24.05.2019
Dəri çatlarını belə yox edin - ÜSUL
24.05.2019
Evdə sadə tonik necə hazırlanir


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Ayaq masajı edəndə orqanizmdə nə baş verir?
25 MAY  |   12:23
Sümük iliyi yedikdə nə baş verir? - Faydalarını saymaqla bitmir
25 MAY  |   11:48

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Maya və karbonatla gözəllik
25 MAY  |   12:35
Adi kələmdən yay salatı - Hazırlanma qaydası
25 MAY  |   12:11

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info