İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

19 MART
17:00 Dodaqlara qulluq edilməsi
16:46 Sızanaqların müalicəsində xalq təbabəti üsulları
16:36 Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri
16:25 Üzeyir müğənnilərin “Youtube“ saxtakarlığından danışdı
16:14 Püstənin bilmədiyiniz faydaları - cavanlaşma, yaxşı əhval, güclü potensiya
16:00 NASA səmada yanan son meteoru tədqiq edib
15:49 Çin təcili əlaqə üçün günəş batareyası ilə işləyən pilotsuz uçan aparat hazırlayır
15:36 Yaşıl kokteyl - həm detoks, həm də arıqlama. RESEPTLƏR
15:24 Həftədə neçə dəfə ət yemək olar? Həkim tövsiyələri
15:14 Darçınla alma çayı. Çox faydalı!
15:00 Kompüteriniz üçün maraqlı şəkillər.
14:46 Müğənni Damla Həccə gedir
14:39 Bu məhsullar yuxu zamanı arıqlamağa kömək edir
14:25 Beyl “Bavariya“da?
14:15 Atəşkəs pozulub
14:14 İngiltərədə Anqlosakslar dövrünə aid olan qızıl əşyalar tapılıb
14:00 Cücərdilmiş buğdanın şəfaverici gücü. Hər gün yeyin!
13:48 Super yarma KİNOA
13:39 QOVURĞANIN bilmədiyiniz faydaları
13:22 Qrafen əsasında işləyən ilk qurğu təqdim edilə bilər
13:16 Dubayın öz “Şöhrət xiyabanı” olacaq
13:00 Varan “Real“dan ayrılmaq istəyir
12:47 Çinli cərrah xəstədən 3000 kilometr məsafədə beyin əməliyyatı keçirdi
12:39 Alimlər səsi tamamilə boğan material əldə etdi
12:29 Saul Niqes milliyə çağırıldı
12:11 “Arsenal“ Suaresi “Barselona“ya qaytarır
10:17 Dünya birjalarında neftin qiyməti ucuzlaşıb
18 MART
14:38 “Gecə evə gələndə əlimdə bıçaqla qalxırdım“ - SƏİDƏDƏN ŞOK AÇIQLAMA
14:29 “Qarabağ” 3-cü dövrənin ən yaxşısıdır
14:16 İş həyatında pis vərdişlər
14:00 İnsan ölümündən əvvəl hansı yuxuları görür? - ALİMLƏRDƏN AÇIQLAMA
13:45 Almeydadan 40-cı qol
13:33 Misirdə humanoid mumiyası tapıldı
13:23 Nobel Sülh Mükafatçısı 16 yaşlı aktivist olacaq
13:11 Boksçumuz Avropa çempionu oldu
13:00 Avstraliyalı alimlər yeni hörümçək növləri aşkar ediblər
12:47 “Barselona“da ciddi itki - Suares 3 həftə oynamayacaq
12:33 Yatmış gözəl mumiyasının sirri açıldı - Azərbaycandan Çinə gedən qadın imiş
12:27 Azərbaycanlı aktyor həmkarı ilə evləndi
12:13 “Aparıcı olduğuma görə məni almırdılar”

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (52592)
2 PRESS-ANONS (33435)
3 Banan qabığı təbii məlhəmdir (26497)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (24089)
5 Qreyfrutun faydaları və zərərləri (18987)
Naxçıvan Muxtar Respublikasının 95 illiyi qeyd olunub
Tarix: 14.03 | Saat: 11:00 | E-mail | Çapa göndər

Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası ötən illər ərzində ölkəmizin iqtisadi və mədəni yüksəlişinə, hərtərəfli inkişafına layiqli töhfəsini verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamına əsasən muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə 20 ildən artıq dövrdə qədim diyarımızın möhtəşəm inkişaf və tərəqqi yolu keçdiyini vurğulayan Natəvan Qədimova bildirib ki, Ali Məclis Sədrinin qayğısı ilə ötən dövrdə muxtar respublikamızda mədəniyyətin inkişafı, milli dəyərlərimizin təbliği istiqamətində də mühüm işlər görülüb. 70-dən artıq dünya əhəmiyyətli abidə təmir və bərpa olunub. Bu illər ərzində 15-dən çox muzey yaradılıb, yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, onlarla digər mədəniyyət müəssisəsi istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, qədim diyarımızda tarixi-mədəni irsin qorunub saxlanması sahəsində görülən işlər öz bəhrəsini verib. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” tədbirləri 2018-ci ildə uğurla keçirilib, “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
Natəvan Qədimova deyib: Naxçıvan Muxtar Respublikası bu gün öz inkişaf və intibahının yeni mərhələsini yaşayır. Naxçıvan beynəlxalq tədbirlərin, idman yarışlarının, elmi konfransların keçirildiyi bir məkana çevrilib.
Tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı göstərilib. “Ehsan xan Kəngərli” tarixi dramı XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələri əks etdirir. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.
İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər, Naxçıvanın gələcək taleyi ilə bağlı məsələlər tamaşanın əsas leytmotivini təşkil edir.
Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanovun da bədii obrazı diqqəti cəlb edir. Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir. “Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.
Bu maraqlı tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Tamaşada professional aktyor heyəti təmsil olunur.
Tamaşanın sonunda teatrsevərlər əsərin müəllifini və yaradıcı kollektivi alqışlarla qarşılayıblar.

Xəbər 73 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

19.03.2019
Atəşkəs pozulub
18.03.2019
Kür çayı üzərindəki körpü əsaslı bərpadan sonra istifadəyə verilib
18.03.2019
Aprelin 1-dən etibarən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni qaydaların layihəsi hazırlanır
18.03.2019
Atəşkəs pozulub


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Püstənin bilmədiyiniz faydaları - cavanlaşma, yaxşı əhval, güclü potensiya
19 MART  |   16:14
Yaşıl kokteyl - həm detoks, həm də arıqlama. RESEPTLƏR
19 MART  |   15:36

Fotogalereya

Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Maraqlı FOTOlar

QADIN SAATI

Dodaqlara qulluq edilməsi
19 MART  |   17:00
Sızanaqların müalicəsində xalq təbabəti üsulları
19 MART  |   16:46

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1345

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info