İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

14 İYUN
15:00 Konoplyanka “Fənərbaxça“da? - 3 illik müqavilə
14:45 Maradona istefa verdi
14:31 “Xəzər“dən AzTV-yə keçdi
14:23 Aşpazların kiçik sirləri
14:15 Dadlı çiyələkli keks
14:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
13:47 Sadə məhsullardan DADLI SALAT
13:38 Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları
13:27 Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
13:15 Klublarımızın yay transferləri
13:00 Van Qoqun özünə sui-qəsd etdiyi silah hərraca çıxarılıb
12:49 Yaponlar nə üçün SSRİ-dən şüşə qırıqları alıb dənizə tökürdülər?
12:37 Uşaqlar üçün faydalı tətil necə olmalıdır?
12:25 “Barselona“ Rakitiçi satır
12:13 Kibariye Bakıda
13 İYUN
18:00 Eldar da şou-biznesin bu trendinə qoşuldu
17:45 Qara nöqətələrə qarşı ən effektli MASKA
17:35 Gözəllik üçün əvəzsiz təbii vasitələr
17:23 Albalı ilə çizkeyk. Asan hazırlanan qeyri-adi desert
17:12 Ev şəraitində dadlı içməli yoqurt. Əla çiyələkli desert
17:00 MLS-in ən yüksək maaş alan futbolçusu - İbrahimoviç
16:47 “Qarabağ“dan “Zirə“yə
16:37 Ruslan Abışovun yeni klubu müəyyənləşdi
16:29 Bu dəfə heç-heçə
16:15 Günel ərindən danışdı: “Daha qısqanmır“
16:00 Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
15:48 “O biriləri kimi pulu yastığın altına yığmıram“
15:39 Utancaqlığın səbəbi nədir? Ondan qurtulmaq olarmı?
15:28 Bişirdikdən əvvəl əti və toyuğu yumaq lazımdırmı?
15:13 Hava ilə gücləndirilən yumşaq robotlar kosmosda kömək edə bilər
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:49 Breket hansı yaşda, hansı dişlərə qoyula bilər?
14:35 Dişləri ağappaq edən TƏBİİ DİŞ MƏCUNU. Evdə özünüz hazırlayın!
14:22 Türkiyəli stomatoloq: Dişləri yeməkdən dərhal sonra fırçalamayın
14:12 Elektriki müqavimətsiz çatdıran maddə
14:00 Ev şəraitində dişlərin ağardılması üsulları. Stomatoloq tövsiyə edir
13:45 Vasif Məhərrəmlinin ARXİV FOTOSU YAYILDI
13:33 Qar dənələrindən elektrik yaradan cihaz
13:25 Qarğıdalını kərə yağı ilə yeyin! Sağlamlığa faydaları
13:15 Ac qarına su içməyin saysız faydaları

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (66566)
2 PRESS-ANONS (34041)
3 Banan qabığı təbii məlhəmdir (27749)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (27595)
5 Qreyfrutun faydaları və zərərləri (22584)
27 mart - Beynəlxalq Teatr Günüdür
Tarix: 27.03 | Saat: 10:36 | E-mail | Çapa göndər

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis edilib. Ənənəyə əsasən hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.
AZƏRTAC xəbər verir ki, yaranmasının 146-cı ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib.
Dövlət başçısının bu sahə ilə bağlı imzaladığı sərəncamlar, həyata keçirilən müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarında əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam etdirilir. Ötən ilin dekabr ayında Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı təmir olunaraq istifadəyə verilib. Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyinə iki milyon manat vəsait ayrılıb.
Bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu sahə ilə bağlı bir sıra təkliflər səsləndirilib. Martın 4-də Prezident İlham Əliyevin “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb. Prezidentin martın 5-də imzaladığı digər Sərəncamla Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib. Bütün bunlar dövlətimizin teatr sənətinin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən teatr kollektivləri qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 146-cı ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.

Xəbər 549 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

03.06.2019
“Kitab sənəti” müsabiqəsinin baş mükafatını Azərbaycan kitabı qazanıb
23.05.2019
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində
16.05.2019
İlin ən vacib konsertinə 10 gün qaldı!
13.05.2019
Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş etno-caz festivalı keçirilib
02.05.2019
Tbilisidə Cansuq Kaxidze adına V Beynəlxalq Musiqi Festivalı keçiriləcək


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Mikrobları öldürür, yaraları sağaldır - Mixəyin faydaları
14 İYUN  |   13:27
Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
13 İYUN  |   16:00

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Aşpazların kiçik sirləri
14 İYUN  |   14:23
Dadlı çiyələkli keks
14 İYUN  |   14:15

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info