İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 APREL
18:00 Qarın qurultusunun səbəbləri
17:49 Bu məcun bütün növ qəbizliyə çarədir
17:38 Beyini streslərdən qoruyan 5 ən yaxşı məhsul
17:25 Poqba qərarını verdi - Gedir, yoxsa qalır?
17:12 Ev şəraitində masaj yağının hazırlanması
17:00 Rəngsiz xına ilə üz üçün intensiv təmizləyici maska
16:45 Buruq saçlar necə yuyulmalıdır?
16:33 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:21 “Pop oxuyanlarının əksəriyyətindən mədəniyyətliyəm“
16:15 Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir... Min bir dərdin dərmanı!
16:00 Bu 6 məhsul qarın piylərini əridir
15:47 “Atletiko“ iki əsas futbolçusu ilə yolları ayırır
15:39 Ronaldo onları “Yuventus“a təklif etdi - transfer siyahısı
15:28 “Beşiktaş“da ciddi itki - mövsümü bitirdi
15:12 Azərbaycanlı aktrisa bir əməliyyatla TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ
15:00 Alimlər beyni necə oyatmaq haqda xususi üslub hazırlayır
14:45 Günəşə yaxın olan ikinci planet aşkar olunub
14:33 Aysel İrem Dericinin eks-əri ilə
14:25 “İntihar edə bilərəm“ - Fərda sənətdən getməyi barədə
14:14 Dünyanın ikinci ən böyük almazı nümayiş etdirilib
14:00 Makedoniyalı İskəndərin itmiş gəmisi tapıldı
13:47 Yalnız indiki nəslin hələ planeti xilas etmək şansı var
13:35 Günay:“Şəbnəm mənimlə reklam olunmaq istəyir“
23 APREL
18:00 Derbini buraxacaq - “Mançester Siti“də ciddi itki
17:44 Reynaldo 11-likdə, Zubir ehtiyatda - Qəbələdə heyətlər açıqlandı
17:32 Zidan: Ən yaxşı hücumçu odur!
17:21 Zubir ən yaxşı futbolçu seçildi
17:13 Ən faydalı tərəvəz hansıdır?
17:00 Xurma haqqında bilmədiyiniz 7 FAKT
16:47 Dəniz kələminin faydalı xüsusiyyətləri
16:33 Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
16:21 Püstə erkən qocalmanın qarşısını alır
16:12 Yağlı dərilər üçün krem-maska
16:00 Xərçəngdən qorunmaq üçün bu qidaları artırın
15:49 Təzyiqi salan ən ucuz və əlçatan TƏBİİ VASİTƏ
15:37 Ayaqlarda qabarlar.TƏBİİ MÜALİCƏ ÜSULU
15:23 Üz üçün cavanlaşdırıcı əzvay maskası
15:14 Kompüteriniz üçün maraqlı şəkillər.
15:00 Roza İlhamə Quliyevanın taxtında oturmağı arzulayır
14:43 26-cı turun hakimləri müəyyənləşdi - Premyer Liqamızda

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (58259)
2 PRESS-ANONS (33708)
3 Banan qabığı təbii məlhəmdir (26985)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (25578)
5 Qreyfrutun faydaları və zərərləri (20998)
İmadəddin Nəsiminin 650 ilik yubileyinə və Nəsimi ilinə həsr olunmuş konfrans keçirilib
Tarix: 28.03 | Saat: 12:00 | E-mail | Çapa göndər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “İmadəddin Nəsimi və Özbək ədəbiyyatı” adlı konfrans keçirilib.
BMM.az xəbər verir ki, konfrans İmadəddin Nəsiminin 650 ilik yubileyinə və “Nəsimi ili”nə həsr olunub. Tədbirdə Nəsiminin özbək dilində çap olunmuş kitabının təqdimatı da keçirilib.
Konfransı giriş sözü ilə açan “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva İmadəddin Nəsimi sözünün qüdrəti və Özbəkistan ziyalıları ilə birgə ədəbiyyat sahəsində görülən işlər barədə məlumat verib: “Mən çox sevinirəm ki, böyük Türk şairi, Azərbaycan şairi, Şərqin, eləcə də dünya ədəbiyyatının böyük fəxri sayılan İmadəddin Nəsimiyə həsr olunmuş konfransda sizlərlə görüşürəm. Bildiyiniz kimi, bu ili dövlət rəhbəri, cənab İlham Əliyev “Nəsimi ili” elan etdi və Nəsiminin 650 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu, hər şeydən əvvəl Nəsiminin şair olaraq sözə dəyər verdiyi məqamda onun haqqıdır. Düşünürəm ki, sizin bu gün bizimlə görüşməyiniz, eyni zamanda biz bu tədbiri Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir bəyin köməkliyi ilə keçirməyimiz böyük bir məna daşıyır. Biz bir neçə ay öncə Özbəkistanda olmuşduq. Orada həm Hüseyn Cavidin əsərinin təqdimatını keçirmişdik, həm də Cavidə həsr olunmuş böyük bir tədbir Nizami Gəncəvi adına Pedaqoji İnstitutda baş tutmuşdu. Biz birlikdə ictimai-siyasi, tarixi, azərbaycançılıq, eləcə də maarifçilik mövzuları ilə bağlı layihələrə imza atırıq. Bunlar hamısı bir kitab şəklində öz əksini tapır. Digər tərəfdən, ədəbi əlaqələri, ədəbiyyatın özünü, ədəbi şəxslərin yaradıcılığını da diqqətdə saxlayırıq. Bu da bizim ədəbiyyat səhifəmizdə və saytımızda əks olunur. Bundan başqa, bizim qəhrəmanlığa, hərbi vətənpərvərliyə, eyni zamanda Məmməd Araza, Hüseyn Cavidə həsr olunmuş layihələrimiz işıq üzü gördü. Bu layihələr dar bir çərçivədə qalmadı. Məlum olduğu kimi, Türkiyədə Hüseyn Cavidin əsərlərini çap olunması, vaxtaşırı olaraq hər il kitab sərgilərində yayımlanması, Türkiyənin müxtəlif şəhərlərinin müəyyən universitetlərində təqdim olunması, İranda Hüseyn Cavidin 4 əsərinin işıq üzü görməsi, çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrinin antologiyasının ayrı-ayrı şeir nümunələrinin çıxması kimi məsələləri həyata keçirdik. Bununla yanaşı, Qazaxıstanda, Özbəkistanda Cavidin yaradıcılığının və çağdaş ədəbiyyatının tanınması kimi fərqli bir layihələrə imza atdıq. Bunları ona görə izah edirəm ki, bu, bizim Özbəkistan ziyalıları ilə başladığımız növbəti layihəmizdir. Mən inanıram ki, bu layihə davamlı olacaq. Çünki Azərbaycan-Özbəkistan ədəbi əlaqələri Türk tarixinin özü qədər qədimdir və illərlə bu əlaqələri kəsməyə, sındırmağa çalışsalar da zərrə qədər buna nail ola bilməmişlər”.
S.Vəliyeva əlavə edib ki, bu gün Nəsimi yaradıcılığının Özbəkistan ziyalıları ilə birgə keçirilməsi, eyni zamanda Nəsimi yaradıcılığının Özbəkistan ədəbiyyatına təsiri və Özbəkistan ədəbiyyatından Nəsimidən ruhlanaraq yazan şairlərin tədqiqat olaraq axtarılması, üzə çıxarılması bu xalqların həm ruh, həm qan, həm də yaradıcılıq əlaqələri etibarı ilə bir-birindən ayrılmaz olduqlarını bir daha sübut etdi: “Bundan sonra da bu inkişaf xətti üzrə daim çalışmalıyıq. Bu sahədə Azərbaycanın Daşkənddə fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri Samir bəyə təşəkkürüm bildirirəm. Doğurdan da orada sanki böyük bir Akademiyanın görəcəyi iş səviyyəsində iş qurulub. Orada Azərbaycan ədəbiyyatının təbliği, ictimai proseslərdə baş verən hadisələrin dərhal çatdırılması, digər tərəfdən Azərbaycan musiqisinin, mədəniyyət və incəsənətinin təbliği sahəsində gözümüzlə gördüyümüz böyük işlər gedib. İnanıram ki, bu gün Nəsimi yaradıcılığına həsr olunmuş bu tədbir sonradan digər şair və ədiblərin yaradıcılığı ilə bağlı başqa tədbirlərə keçid rolu oynayacaq. Sözsüz ki, İmadəddin Nəsiminin Türk dünyasına, dünya ədəbiyyatına, ümumiyyətlə Şərq ədəbiyyatına təsiri qaçılmaz idi və “haqq mənəm, haqq məndə təzahür edir” deyərək haqq aşiqi olan Nəsimi həm də ilahi eşq uğrunda ikinci bir şəhid şairdir. Nəsiminin Əlişir Nəvai yaradıcılığına təsiri və onun yaradıcılığının tətbiqində artıq başqa şairlərə də təsirini hiss edirik. Nəsimi ilahi tərəfindən seçilən bir adam idi. Bu da bizim klassiklərə təsir etməyə bilməzdi. Xüsusilə qeyd etmək lazımdır ki, Nəsiminin əxlaqi, estetik kateqoriyalara münasibəti də İlahidən gələn idi. İnsanın təkcə üz gözəlliyini nəzərdə tutmurdu. Nəsimi insanın daxili və zahirinin vəhdətdə gözəl olması fikrini irəli sürüb. Bu fikir getdikcə Nəsimi yaradıcılığından bütün xalqların yaradıcılığına keçməyə başladı və özbək xalqları, türkdilli xalqlar içərisində bir evdə böyüyən qardaş-bacı qədər bizə yaxın olan özbək ədəbiyyatında qabarıq şəkildə özünü büruzə verdi. Zaman gələcək tarix bir az da bizdən uzaqlaşacaq. Düşünürəm ki, hər bir ədəbi əlaqələrdə zərrə qədər əməyi olan insanlar unudulmayacaq. Ona görə də bu gün özbək ziyalıları ilə gördüyümüz bu işin xüsusi əhəmiyyəti var və bu əlaqələr davam edəcək, bizim üçün ədəbi əlaqələrimizin inkişafında yeni səhifələr açacaq”.
Tədbirdə məruzəçi qismində AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, tərcüməçi, alim Tahir Qəhhar, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, Özbəkistandakı Heydər Əliyev Mərkəzinin direktoru Samir Abbasov, tarixçi, publisist Şuxrat Salamov və AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış ediblər.
Sonda Özbəkistandan gələn qonaqlara “Kaspi” qəzetinin və Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olundu.

Xəbər 489 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

20.02.2019
“ARB Günəş”in istehsalı olan “Xocalı” klipi təqdim edilib
14.02.2019
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verib
30.10.2018
QHTFilm.az saytının və NGOFilm mobil applikasiyasının təqdimat mərasimi keçirilib
26.10.2018
“Qarabağ dünən və bu gün” mövzusunda tədbir keçirilib
01.10.2018
Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qarın qurultusunun səbəbləri
24 APREL  |   18:00
Bu məcun bütün növ qəbizliyə çarədir
24 APREL  |   17:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ev şəraitində masaj yağının hazırlanması
24 APREL  |   17:12
Rəngsiz xına ilə üz üçün intensiv təmizləyici maska
24 APREL  |   17:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1351

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info