İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

24 APREL
18:00 Qarın qurultusunun səbəbləri
17:49 Bu məcun bütün növ qəbizliyə çarədir
17:38 Beyini streslərdən qoruyan 5 ən yaxşı məhsul
17:25 Poqba qərarını verdi - Gedir, yoxsa qalır?
17:12 Ev şəraitində masaj yağının hazırlanması
17:00 Rəngsiz xına ilə üz üçün intensiv təmizləyici maska
16:45 Buruq saçlar necə yuyulmalıdır?
16:33 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
16:21 “Pop oxuyanlarının əksəriyyətindən mədəniyyətliyəm“
16:15 Təzyiqi salır, böyrəkləri təmizləyir, immuniteti möhkəmləndirir... Min bir dərdin dərmanı!
16:00 Bu 6 məhsul qarın piylərini əridir
15:47 “Atletiko“ iki əsas futbolçusu ilə yolları ayırır
15:39 Ronaldo onları “Yuventus“a təklif etdi - transfer siyahısı
15:28 “Beşiktaş“da ciddi itki - mövsümü bitirdi
15:12 Azərbaycanlı aktrisa bir əməliyyatla TANINMAZ DƏRƏCƏDƏ DƏYİŞDİ
15:00 Alimlər beyni necə oyatmaq haqda xususi üslub hazırlayır
14:45 Günəşə yaxın olan ikinci planet aşkar olunub
14:33 Aysel İrem Dericinin eks-əri ilə
14:25 “İntihar edə bilərəm“ - Fərda sənətdən getməyi barədə
14:14 Dünyanın ikinci ən böyük almazı nümayiş etdirilib
14:00 Makedoniyalı İskəndərin itmiş gəmisi tapıldı
13:47 Yalnız indiki nəslin hələ planeti xilas etmək şansı var
13:35 Günay:“Şəbnəm mənimlə reklam olunmaq istəyir“
23 APREL
18:00 Derbini buraxacaq - “Mançester Siti“də ciddi itki
17:44 Reynaldo 11-likdə, Zubir ehtiyatda - Qəbələdə heyətlər açıqlandı
17:32 Zidan: Ən yaxşı hücumçu odur!
17:21 Zubir ən yaxşı futbolçu seçildi
17:13 Ən faydalı tərəvəz hansıdır?
17:00 Xurma haqqında bilmədiyiniz 7 FAKT
16:47 Dəniz kələminin faydalı xüsusiyyətləri
16:33 Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə
16:21 Püstə erkən qocalmanın qarşısını alır
16:12 Yağlı dərilər üçün krem-maska
16:00 Xərçəngdən qorunmaq üçün bu qidaları artırın
15:49 Təzyiqi salan ən ucuz və əlçatan TƏBİİ VASİTƏ
15:37 Ayaqlarda qabarlar.TƏBİİ MÜALİCƏ ÜSULU
15:23 Üz üçün cavanlaşdırıcı əzvay maskası
15:14 Kompüteriniz üçün maraqlı şəkillər.
15:00 Roza İlhamə Quliyevanın taxtında oturmağı arzulayır
14:43 26-cı turun hakimləri müəyyənləşdi - Premyer Liqamızda

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (58259)
2 PRESS-ANONS (33708)
3 Banan qabığı təbii məlhəmdir (26985)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (25578)
5 Qreyfrutun faydaları və zərərləri (20998)
Günün qoroskopu
Tarix: 15.04 | Saat: 10:27 | E-mail | Çapa göndər

Qoç - bilik və bacarıqların artırılması, yeni təcrübənin əxz olunması üçün yaxşı zamandır. Problemlərin həllində kreativ olun. Müzakirələr və danışıqlar aparın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün praqmat davranın.
Günün ikinci yarısında davranışınıza fikir verin. Hisslərə nəzarət etmək çətin olsa da, bunu bacarın.
Sevdiyiniz insanla və yaxınlarınızla münasibətlərinizdə hissləriniz tarıma çəkilə bilər. Ekstravaqant addım və ya qərar sizi sinirləndirməsin. Yeni tanışlıqlar istisna deyil. Amma onlar ani olacaqlar.

Buğa - günün ilk yarısında yaranan seçim imkanlarından bəhrələnin. Spontan şərtlər sizi qərarlarınızda qəti olmağa vadar edəcək. Yaşamınızda indi qəflətən baş verən hadisələr çoxdur. Sakit olun, təmkinli davranın. Qüvvələrinizə qənaət edin. Resurslara ehtiyacınız olacaq.
Günün ikinci yarısında alış-verişi, maliyyə əməliyyatlarını ertələyin. Borc almayın, borc verməyin. Yaxınlarınızdan biri ilə maddi məsələlərə görə anlaşılmazlıq yarana bilər. Mövqelərinizdən geri çəkilməyin.
Axşam saatları müzakirələr və təhlillər üçün əlverişli deyil.
Müəyyən məsələ ilə bağlı qeyri-effektiv metodlardan əl çəkmək zamanıdır.

Əkizlər - günün ilk yarısı əlverişli zamandır. Danışıqlar aparmaq, sövdələşməyə başlamaq, yeni tanışlıqlara nail olmaq, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivləşmək olar. Yeni ideya və layihələri bir qədər ertələyin.
Situasiya sizdən daha çox cari işlərlə məşğul olmağı tələb edir. Vədlərə sadiq qalın, öhdəlikləri yerinə yetirin.
Risk arzuolunmazdır. Yalnız məşğul olduğunuz işin irəliləyişi, mövqelərinizin xilası üçün preventiv addımlar ata bilərsiniz.
Günün ikinci yarısında dəqiq olun. Başladığınız işi yarımçıq qoymayın. Yeni məlumat əldə edərkən sayıq davranın. Fəaliyyətinizdəki boşluqları aradan qaldırın, çətinliklərin əsirinə çevrilməyin.
Axşam saatlarında ideyalardan birinin gerçəkləşdirilməsi üçün zəmin hazırlayın. Bəzi problemlər avtomatik həllini tapacaq.

Xərçəng - günün ilk yarısı nevroz vəziyyətdir. Situasiya sürətlə dəyişəcək. Stabillik hissi yoxdur. Qərarları sürətlə, tez, psixoloji komfortu nəzərə almadan verin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik yarana bilər. Münaqişəyə səbəb olmayın.
Günün ikinci yarısında narazılıq artacaq. Münasibətlərin ənənəvi, köhnə modelləri sizi artıq təmin etmir, yeni konstruksiya isə gözə dəymir. Səbr və təmkin indi ehtiyac duyduğunuz xüsusiyyətlərdir. Emosiyalarınıza nəzarət edin. Ailə üzvlərinə qarşı kəskin iradlarla çıxış etməyin.

Şir - təcili həllini tələb edən işlərlə məşğul olun. Sərmayə və maliyyə məsələlərində ehtiyatlı olun. Diqqətli davranın. Enerji səviyyəniz aşağıdır. Qəfil hadisələr sizdən sürətli reaksiya və məntiqli həll tələb edir. Hadisələrin həddən artıq sürətli axarından kənarda qalmayın.
Günün ikinci yarısında imzalayacağınız sənədləri diqqətlə oxuyun.
Sizə yeni tapşırıqlar veriləcək. Vədlərə aldanmayın, ağır işlərə razılaşmayın.
Bilik və bacarıqların artırılması, intellektual fəaliyyət üçün əlverişli zamandır. Axşam saatlarında normal istirahət edin.

Qız - günün ilk yarısı yaxşı zamandır. Gərəkli informasiya axtarışları maraqlı tapıntılarla sonuclana bilər. Yeni situasiyadan istifadə edərək irəliləməyə çalışın. Həmfikir və şəriklərlə birgə fəaliyyətə üstünlük verin.
Günün ikinci yarısında maliyyə itkiləri riskini mümkün qədər azaldın. Spontan istəklər və illüziyaların əsiri olmayın. Səhvlərin fəsadları ağır ola bilər.
Məişət problemləri ilə bağlı neqativ vəziyyət yarana bilər.
Avadanlıq sıradan çıxmasın deyə, ehtiyatlı olun.
Diqqətli olun, fikriniz mənasız işlərə yayınmasın. Bir qədər düşünün, ehmal olun.

Tərəzi - qəfil xəbərlər alacaqsınız. Sizə birbaşa dəxli olan məsələlərin həlli ilə məşğul olun. Kollektivdə dəyişikliklər, planlara yenidən baxılması, yeni tapşırıqlar və öhdəliklər istisna deyil. Köhnə mövqelər sizi təmin etmirsə, onlardan imtina edin. Yeni imkanlar yaranır.
Günün ikinci yarısında heç bir səbəb olmadan qısqanclığa qapılmayın. Yaşamınızda köklü dönüşə səbəb olacaq qərar zamanı deyil. Sabit münasibətlərdən imtina etməyin, əlaqələri kəsməyin. Məişət qayğılarını növbə ilə həll edin. Yaşam arealını qaydaya salın.
Axşam saatları yaradıcılıq üçün uğurludur. Əqli fəaliyyətlə məşğul olmaq olar.

Əqrəb - işlərinizdə qayda yaradın. Qayğı tələb edən obyekt spontan formalaşacaq. Həddən artıq yükə boyun olmayın, qüvvə və imkanlarınızı real dəyərləndirin. Fiziki tonus səviyyəniz aşağıdır. Tələsməsəniz, prioritetləri dəqiq müəyyənləşdirsəniz, gərəkli işlər məhz lazımi məcrada hərəkətə gələcəklər.
Günün ikinci yarısında dəyişikliklər uğurludur. Yeni situasiyanın fərqli şərtlərinə sürətlə uyğunlaşmağa çalışın. Önəmli məsələləri həll etmək, cari qayğıların çözülməsi ilə məşğul olmaq mümkündür. Məsləhət istəyən insanın sözlərini qulaqardına vurmayın.

Oxatan - günün ilk yarısı perspektivlər baxımından sərfəlidir. Aldığınız təklifləri dəyərləndirin. Səfər və ya yerdəyişmə ilə bağlı tapşırıqlardan imtina etməyin. Xəbərlər və informasiyaların axınında olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi diqqətlə dinləyəcəklər. Yazışmalarda passiv olmayın. Yeni ideya verə biləcək insanlarla sürəkli əlaqə saxlayın. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.
Yaxın gələcəklə bağlı planlarınıza düzəlişlər edin. Şəxsi münasibətlərdə sizi narahat edən məsələni təhlil edin.

Oğlaq - ən adi işlərlə yanaşı, mühüm məsələlərin çözülməsi üçün yaxşı zamandır. Bununla belə, genişmiqyaslı və yeni layihəyə başlayarkən səbrli olun, aramla davranın. İndi ağır işə başlamaq üçün əlverişli zamanın axtarılması vaxtıdır.
Günün ikinci yarısında işgüzar danışıqlar aparmaq olar. Yaxınlarınız sizi dəstəkləyəcək, planlarızın reallaşdırılmasında yardım edəcəklər. Ailədə nüfuzunuz artacaq.
Axşam saatlarını açıq havada keçirin.

Dolça - günün ilk yarısında problemlərin sayı artacaq. Təcili həllini tələb edən məsələlərlə məşğul olun. Sizi işdən ayıra biləcək xəbərlərə aludə olmayın. Fəaliyyət istiqamətinin dəyişməsi, yeni mühüm seçim istisna deyil. Borcları qaytarın, hesabları ödəyin.
Günün ikinci yarısında işlər düşündüyünüzdən də yaxşı alına bilər. Stavkaların yüksək olduğu situasiyalarda diqqətli olun. Rəqabət mübarizəsi kəskinləşəcək. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı vicdansızlıq edə bilər. Lakin düşmənə arxadan zərbə endirməyin.
Səhhətinizə fikir verin, vaxtında fasilə edin. Daxili gərginlik əlavə problemlər yaratmamalıdır.

Balıqlar - hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra etmək gərəkdir. Bezməyin, soyuqqanlı qalın.
Günün ikinci yarısı birgə layihələrin reallaşdırılması, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideyanın müzakirəsini ixtilaf, mübahisə, münasibətlərin aydınlaşdırılması korlaya bilər.

Xəbər 3947 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

23.04.2019
Günün qoroskopu
20.04.2019
Günün qoroskopu
19.04.2019
Günün qoroskopu
18.04.2019
Günün qoroskopu
17.04.2019
Günün qoroskopu


Şərh əlavə olunmayıb

 
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Qarın qurultusunun səbəbləri
24 APREL  |   18:00
Bu məcun bütün növ qəbizliyə çarədir
24 APREL  |   17:49

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Ev şəraitində masaj yağının hazırlanması
24 APREL  |   17:12
Rəngsiz xına ilə üz üçün intensiv təmizləyici maska
24 APREL  |   17:00

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1351

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info