İnternational Press Center
012 537 16 13; 050 245 94 94
BEYNƏLXALQ
MƏTBUAT MƏRKƏZİ
 

XƏBƏR LENTİ

22 MAY
15:00 Kompüteriniz üçün maraqlı FOTOSESSİYA
14:33 Mükəmməl münasibətin 5 qaydası
14:21 Gözlərinizə inanmayacaqsınız: 150 yaşı var
14:11 Geyimlərin rənginin əhvalımıza təsiri
14:00 “İstəyirdi bizi polisə ərə versin“ - Elzadan GÖZLƏNİLMƏZ ETİRAF
13:44 Bəzi mətbəx hiylələri. Xanımların çoxu bundan xəbərsizdir
13:32 Limon qabığını atmayın. İçində bitki yetişdirin...
13:23 Üzünüzə sürtün, 20 dəqiqədən sonra möcüzəni gözünüzlə görəcəksiniz
13:11 Kök xanımların makiyajı və saç düzümü
13:00 Saçlarınız haqda bilmədiyiniz maraqlı faktlar...
12:44 Həftəiçi baş nazir, həftəsonu həkim olan şəxs
12:35 Millimizin rəqibinin heyətində dəyişiklik
12:23 Tokio-2020-yə ilk lizensiya
12:16 Misir fironu Tutanhamonun amuleti başqa planetdən gətirilib - Elmi təsdiq
10:28 Günün qoroskopu
10:15 Dünya birjalarında neftin qiyməti ucuzlaşır
10:07 Atəşkəs pozulub
21 MAY
18:00 “Mançester Yunayted“ 21 yaşlı futbolçu alır
17:47 Üzü incə göstərən saç modelləri
17:35 Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla
17:21 Ayaqqabınz xasiyyətinizdən xəbər verir
17:13 Sızanaqlar üçün maska
17:00 9 müdrik qayda
16:47 “Toppuş” tibbi maskada aparıcılığa başladı
16:36 Saçlarınızda problem varsa... - Maskalar
16:28 Əllər üçün maska - Resept
16:15 Eriksen “Real“a keçir - finaldan sonra
16:00 Ən az 3 uşaq anası olan azərbaycanlı qadın müğənnilər
15:49 Möhkəm ürək və sinirlər üçün YEMİŞAN DƏMLƏMƏSİ
15:37 Tayı-bərabəri olmayan MƏRZƏ - Revmatizm, sinir və mədə problemləri, cinsi zəiflik...
15:24 “Arsenal“ Bakıda qalib gəlsə... - fantastik mükafat
15:14 Möhtəşəm cütlük: əncir və süd
15:00 Qanı aşağı olanların diqqətinə-bu möhtəşəm resept qanazlığını cəmi 3 gündə aradan qaldıracaq-ən sınanmış resept
14:49 Arterial təzyiqi aşağı salan 7 ədviyyat
14:35 Beyini cavan saxlamaq üçün 5 MƏSLƏHƏT
14:23 Ana südündən ürək-damar xəstəliklərinə qədər hər dərdin dərmanı - GİCİTKƏNİN FAYDALARI
14:12 “Sabah“dan ilk transfer
14:00 Türkiyədə yeraltı şəhər tapılıb
13:49 Ən yüksək maaşlı şəhər məlum oldu - Fantastik orta aylıq əməkhaqqı
13:37 “Borussiya“ müdafiəçi aldı - rəsmi

TOP 5

1 Qanda şəkərin hansı göstəricisi diabet diaqnozudur? (62735)
2 PRESS-ANONS (33860)
3 Banan qabığı təbii məlhəmdir (27357)
4 Qız uşaqları üçün saç düzümləri - FOTO (26474)
5 Qreyfrutun faydaları və zərərləri (21839)
Ümummilli lider Heydər Əliyevin xatirəsi Bolqarıstanın Teteven şəhərində də anılıb
Tarix: 10.05 | Saat: 11:00 | E-mail | Çapa göndər

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü, Teteven Bələdiyyəsi və Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının Teteven bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Teteven şəhərində keçirilən tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “Azərbaycan diplomatiyası və müasir xarici siyasətimizin memarı Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış edib. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Son iclas” bədii-sənədli filminin və “İrs” jurnallarının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
Tədbirdə Teteven şəhər rəhbərliyi, şəhər kitabxanasının direktoru, Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının Teteven bölməsinin üzvləri, şəhər sakinləri və yerli KİV nümayəndələri iştirak ediblər.
N.Qurbanova çıxışında ötən il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünün ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə keçirildiyini söyləyib. O, cəmi 23 ay yaşayan Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi böyük işlərdən söz açıb. Diplomat cari ildə 100 illik yubileyini qeyd etdiyimiz diplomatik xidmət orqanlarının tarixinin məhz o dövrdən başladığını əlavə edib.
Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Şərqdə demokratiyanın əsasının məhz Azərbaycan xalqı tərəfindən qoyulduğunu qürur hissi ilə bildirib və hazırda bu demokratik ənənələrin davam etdiyini diqqətə çatdırıb.
N.Qurbanova sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən ölkəmizin mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğinə böyük töhfələr verdiyini qeyd edərək bir neçə gün öncə Bakının Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmilərinin qatıldığı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyi barədə məlumat verib. Qeyd edib ki, Cümhuriyyətin süqutundan 71 il sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşaraq dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulub. Müstəqilliyimizin ilk illərində ölkəmizin ağır vəziyyətlə üzləşdiyini söyləyən N.Qurbanova Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti barədə danışıb, qarşısına çıxan maneələrə baxmayaraq, ötən dövr ərzində ölkəmizin çox uğurlu bir inkişaf yolu qət edərək qlobal və regional proseslərə böyük töhfələr verən ölkəyə çevrildiyini əlavə edib. Səfir görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz rolundan ətraflı bəhs edib. O, cari il 10 may tarixinin bu dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümü olduğunu və onun əziz xatirəsinin xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad edildiyini vurğulayıb. N.Qurbanova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu uğurlu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dost Bolqarıstan ilə əlaqələrinin inkişaf etdirilməsinə daim önəm verdiyini qeyd edən səfir 2015-ci il martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması, Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi və bu əlaqələrin daha möhkəmləndirilməsi üçün böyük potensialın mövcud olmasına nəzər yetirib.
Daha sonra diplomat “Son iclas” bədii-sənədli filmi barədə məlumat verib. O bildirib ki, film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib. Filmin baş prodüseri Bakı Media Mərkəzinin direktoru Arzu Əliyevadır. Film Cümhuriyyətin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər, dönməz və qətiyyətli mübarizədən bəhs olunur. Filmin çəkilişləri paytaxtla yanaşı, tarixi hadisələrin yaşandığı digər bölgələrdə lentə alınıb.
Səfər çərçivəsində N.Qurbanova, həmçinin Teteven şəhərinin rəhbərliyi – mer M.Boyadciyeva və onun müavinləri B.Vrabevski, T.Stoev, S.Rusinov ilə görüş keçirib, Teteven Şəhər Kitabxanasına ölkəmizin mədəniyyəti və tarixinə dair kitablar hədiyyə edib.

Xəbər 163 dəfə oxundu



 

Bölməyə aid digər xəbərlər

13.05.2019
Kaliforniyanın Örvayn şəhərində mayın 28-i Azərbaycan Milli Günü elan edilib
10.05.2019
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini yad edir
03.05.2019
Milli Məclisin növbəti plenar iclası keçirilir
03.05.2019
Müdafiə naziri Zakir Həsənov: Azərbaycan ilə NATO arasında 25 illik dayanıqlı tərəfdaşlıq mövcuddur
02.05.2019
28 May – Respublika Günü Küveytdə qeyd edilib


Şərh əlavə olunmayıb

 

PRESS-ANONS

23 MAY
11:00 PRESS-ANONS
23 May Anons 2019
Layihənin adı:Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi
Sakinlərin İcra hakimiyyətləri ilə bağlı məlumatlılıq səviyyələri yetərli deyil
05 İYUL  |   12:00
Dövlət qurumlarının internet resursları vətəndaşlara necə xidmət göstərir?
06 İYUN  |   17:08
Yerli icra hakimiyyətlərinin saytları necə işləyir?
31 MAY  |   16:00

SAĞLAMLIQ

Möhkəm ürək və sinirlər üçün YEMİŞAN DƏMLƏMƏSİ
21 MAY  |   15:49
Tayı-bərabəri olmayan MƏRZƏ - Revmatizm, sinir və mədə problemləri, cinsi zəiflik...
21 MAY  |   15:37

Fotogalereya

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı FOTOSESSİYA Kompüteriniz üçün maraqlı şəkillər. Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

QADIN SAATI

Bəzi mətbəx hiylələri. Xanımların çoxu bundan xəbərsizdir
22 MAY  |   13:44
Üzünüzə sürtün, 20 dəqiqədən sonra möcüzəni gözünüzlə görəcəksiniz
22 MAY  |   13:23

ON-LINE MÜRACƏT

Videogalereya

Gülməli maşın şəkilləri - video Plastik qablardan möhtəşəm əl işləri  - video Gözlər haqqında maraqlı faktlar - video Ən gülməli uşaqlar - video

Sorğu

Dünyaca məşhur əsərlərdən hansını oxumusunuz?
Ovod - Etel Lilian Voyniç
Cinayət və cəza - Fyodor Mixayloviç Dostoyevski
Hərb və Sülh - Lev Tolstoy
Martin Eden - Cek London
Hamlet - Uilyam Şekspir

  Nəticələr!    İştirak edənlər: 1353

Arxiv

© Copyright 2013 Beynəlxalq Mətbuat Mərkəzi
AZ1073,Bakı,Yasamal,Mətbuat,23
Telefon: (+994 12) 537-16-13;  Faks:(+994 12) 510-39-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info