ATƏT sədri: “Həmsədrlərin səylərini dəstəkləməyə davam edəcəyik“
"Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik".
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib. Qeyd edək ki, bu il yanvarın 1-dən ATƏT-ə İtaliya sədrlik edir.

Xəbər 425 dəfə oxundu.