Lənkəranda yaşayış evində yanğın olub
Lənkəranda yaşayış evində yanğın olub.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Nərimanabad qəsəbəsində 1938-ci il təvəllüdlü Xannənə Balakişi qızı Qurbanovaya məxsus evdə qeydə alınıb.
Ümumi sahəsi 70 kv.m olan 2 otaqlı mənzilin 2 kv.m hissəsi yanıb.
Hadisə yerinə FHN-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Xəbər 473 dəfə oxundu.