Xırdalanda yataqxanada yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər 501 dəfə oxundu.