Lənkəranda ev yanır
Lənkəran rayonunun Cil kəndində Balasi Tağıyevə məxsus fərdi yaşayış evi yanır.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Xəbər 239 dəfə oxundu.