Vəfa Zeynallının başına iş gəldi
Azərbaycanın əməkdar artisti Vəfa Zeynallının başına iş gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kino və teatr aktrisası yemək bişirərkən diqqətsiz davranıb və qolunu yandırıb.
Bu barədə o, İnstaqram hesabında məlumat yayıb. Qolu ciddi şəkildə zədələnən V.Zeynallı həkimə yox, kosmetoloqa müraciət edib
42 yaşlı aktrisa qolunun fotosunu paylaşaraq yanıq ləkələrinin azaldığını bildirib:
"Evdə yemək bişirərkən qolumu fırında yandırdım. Bir neçə dəfə kosmetoloqa müraciət etmişəm. "MicroNeedling" sistemi və "dermopen" edərək yoxladıq. Nəticə bir həftəyə göstərər".

Xəbər 143 dəfə oxundu.