“Keşlə” Qurbanovu göndərib, Tçamini saxlayır
“Keşlə” baxışda olan futbolçulardan birini göndərib.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Məhəmməd Qurbanovun çıxışı baş məşqçi Yuri Maksimovu qane etməyib. Artıq dağıstanlı hücumçu düşərgədən ayrılıb.
Paytaxt təmsilçisi baxışda olan digər futbolçu Herve Tçami ilə anlaşmaq üzrədir. Kamerunlu yarımmüdafiəçi “Qaradağ Lökbatan”la yoxlama oyununda baş məşqçinin diqqətini cəlb edə bilib.
Qeyd edək ki, hazırda Tçamidən başqa, baxışda daha 3 futbolçu var. Bunlar İdris Musluyev, Nemanya Stoyanoviç və Ruslan Cəfərovdur.

Xəbər 417 dəfə oxundu.