Messi ən yaxşı bombardirlər siyahısında
"Barselona"nın futbolçusu Lionel Messi İspaniya kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub.
Qol.az-ı İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, kubokun 1/8 finalında "Selta"ya qarşı cavab matçında (5:0) dubla imza atan argentinalı hücumçu bu turnirdə vurduğu qolların sayını 46-ya yüksəldib. Bununla da o, bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.
Qeyd edək ki, bu göstəricidə ilk pillədə Telmo Sarra (81 qol) qərarlaşıb.

Xəbər 138 dəfə oxundu.