Hindistanda gəmiqayırma zavodunda partlayış baş verib
Hindistanın Kerala əyalətindəki “Cochin” tərsanəsində partlayış baş verib.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Məlumatda bildirilir ki, partlayış zamanı gəmidə qalanlar təxliyyə edilib. Şirkət sözçüsü qəza ilə bağlı tezliklə araşdırmanın başladılacağını deyib.

Xəbər 181 dəfə oxundu.