“Nar bağı” filmi Fəcr festivalında nümayiş olunacaq
“Nar bağı” bədii filmi İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının Asiya və İslam Ölkələrindən Film Panoraması bölməsi çərçivəsində nümayiş olunacaq.
APA-nın məlumatına görə, “Azərbaycanfilm” kinostudiyası və "Buta film" kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Xəbər 472 dəfə oxundu.