Bakıda minik avtomobili yük maşını ilə toqquşub, ölən var
Bakı şəhərində minik avtomobili yük maşını ilə toqquşub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıblar.

Xəbər 199 dəfə oxundu.